Məhkəmə qərarları › İş №2(012)-3100/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3100/2020

21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3100/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Abşeron Rayon Polis İdarəsi və Maraqlı şəxs3 uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizəsinə xx xxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Abşeron Rayon Polis İdarəsi və Maraqlı şəxs3 uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona 180 gün müddətinə mühafizə orderinin verilməsi, ona və uşaqlarına narahatlıq gətirən hərəkətlərin Maraqlı şəxs3 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər MPM-nin 152.1.6 maddəsinə əsasən geri qaytarılmalıdır. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 xx xxxxxx 2019-cu il tarixli 3 saylı “Məişət zorakılığı haqqında iş üzrə “ qərarından görünür ki, Ərizəçi 30 gün olmaqla (28 avqust -xx xxxxxxxx 2019cu il) qısamüddətli mühafizə orderi verilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısa müddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Həmin Qanunun 12.1 -ci maddəsinə görə məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 355-1.1 -ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin tələblərinə görə məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, uzunmüddətli mühafizə orderinin verilməsi üçün qanunvericilik iki halın birgə mövcudluğunu tələb edir, yəni məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə xəbərdarlıq edilməli və həmin şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməlidir. Həm də, qanunun mənasına görə bu hərəkətlərə qısamüddətli mühafizə orderinin qüvvədə olduğu dövrdə yol verilməlidir.Lakin, ərizənin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən göründüyü kimi, ərizəçi Maraqlı şəxs3 məişət zorakılığı ilə bağlı hərəkətlərini həm qısamüddətli mühafizə orderinin qüvvədə olduğu 28 avqust-xx xxxxxxxx 2019-cu il tarixində və sonrakı müddətdə davam elətdirdiyini bildirir. Qeyde dilənlərdən göründüyü kimi ərizəçinin məhkəməyə hazırkı müraciəti Maraqlı şəxs1 xx xxxxxx 2019-cu il tarixli, 3 saylı “Məişət zorakılığı haqqında iş üzrə “ qərarı ilə müəyyən edilən müddətdən bir ilə yaxın müddət ötəndən sonra verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda ərizə geri qaytarılmalı, ərizəçiyə qısamüddətli mühafizə orderinin verilməsi üçün yenidən Maraqlı şəxs1nə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Abşeron Rayon Polis İdarəsi və Maraqlı şəxs3) uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi qısamüddətli mühafizə orderinin verilməsi üçün Maraqlı şəxs1nə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar