Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-311/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsini almaq öhdəliyi qoyulması və ona vurulmuş maddi ziyana görə cavabdehdən 20000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə cavabdehdən 20000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, cavabdeh İddiaçı 120000 manat, 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat, dövlət rüsumu olaraq ödədiyim 473 manat, cəmi 139626 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin etiraz göndərmiş və bildirmişdir ki, iddia ərizəsindən məlum olduğu kimi, o, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 158.5 kv.m. olan qeyri-yaşayış sahəsi olan kafeni Cavabdeh 175000 manata satmışdır. Taleh və atası Nuşirəvan alqı-satqı müqaviləsinin gələcəkdə özləri istədiyi adamın adına rəsmişləşdirəcəklərini bildirmiş, həyat yoldaşının razılıq ərizəsinin və qeyri-yaşayış sahəsini alqı-satqısı səlahiyyəti verən etibarnamə verilməsini xahiş etmişlər. Alıcı olduqlarından onların iradəsinin ziddinə getməyərək, cavabdehə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli etibarnamə vermişdir. Bu alqı-satqıdan 1 ay 20 gün keçəndən sonra Cavabdeh və atası Nuşirəvan işlərinin baş tutmasını bildirib, qeyri-yaşayış sahəsi olan kafeni qaytarmaq istəmişlər. O, ehtiyacı olduğu üçün obyekti satdığını və ona görə pulun böyük hissəsini xərclədiyini bildirib, xx.xx.2022-ci il tarixdə 55000 manat pulu qaytarmışdır. (Məlumat üçün bildirir ki, onun alqı-satqısı və bütün danışıqları qohumu Nuşirəvan Məmmədovla olmuşdur, Cavabdeh yalnız atasının göstərişlərini yerinə yetirmişdir). Cavabdeh 55000 manat qaytararkən verdiyi qəbzdə pulu yaxın vaxtlarda qaytaracağını göstərsə də, Nuşirəvanla razılaşmışlar ki, obyekti satıb, pulu qaytaracaqdır. Qeyri-yaşayış sahəsini Cavabdeh satarkən, onların gələcəkdə istədikləri adama satması üçün çıxarışın əslini və ailənin razılıq ərizəsini onlara, yəni Nuşirəvana vermişdir. 30 avqust 2022-ci il tarixdə ona məxsus qeyri-yaşayış sahəsini (obyekti) makler tərəfindən gətirilən müştəri X5 obyektə baxıb, müəyyən araşdırma aparandan sonra bəyənib, onun obyektini 200000 manat almağa razılaşmışdır. O, Z.Şahverdiyevlə 10 gün ərzində alqı-satqı edəcəklərini rəsmiləşdirib, beh müqaviləsi bağlamış və ona 5000 manat pul vermişdir. O, beh müqaviləsini Nuşirəvan Məmmədova göstərib, birlikdə notariusa gedib, alqı-satqı zamanı borcunu qaytaracağını bildirmişdir. Onunla Nuşirəvan razılaşmışlar. xx.xx.2022-ci il tarixdə Nuşirəvan Məmmədov evinə gedib, səhər alqı-satqı etməyə gedəcəklərini bildirib, çıxarışın əslini özü ilə götürüb, gəlməsini xahiş etmişdir. N.Məmmədov razılaşaraq onu yola salmışdır. xx.xx.2022ci il tarixdə zəng edib çıxarışı götürüb notariusa gəlməsini xahiş etmişdir. Nuşirəvan çıxarışı ona verməyəcəyini və notariusa getməyəcəyini bildirib, pulunu verməyini tələb etmişdir. O, obyekt alan müştərinin əldən çıxmaması üçün Cavabdeh pulunu ödəmək üçün Xırdalan şəhəri, 28 məhəllə, ev 5, mənzil 14 (bu mübahisə dövrü satmışdır) pulunu və həmin pulun üstünü düzəldərək, xx.xx.2022ci il tarixdə övladı X2 Məmmədova evində 120000 manat pul verərək, çıxarışı verməsini tələb etmişdir. Nuşirəvan başqa otağa keçib, indi gələcəyini bildirmişdir. Bir qədər sonra Nuşirəvan kiminləsə məsləhətləşib, geri qayıdaraq ona bildirmişdir ki, 5 aydır o, Nuşirəvana əziyyət vermişdir. Nuşirəvan ona bildirmişdir ki, pulu özündə saxladığına görə hər ay 4 % qazancının itirdiyinə görə, əlavə 19000 manat pul verməlidir. Nuşirəvan tərtib etdiyi pulun qaytarılması barədə qəbzdə imza etməkdən imtina etmişdir. Beh müqaviləsinin axırıncı günü, yəni xx.xx.2022-ci il tarixdə Zaur Şahverdiyevlə görüşüb sonradan bilib problemi yaşatmasını deyən Cavabdehla aralaerında olan alqı-satqıdan danışmışdır. O, pulu ödədiyini və gələcəkdə obyektə dair heç bir problemin olmayacağını bildirmişdir. Yeni çıxarış almaq üçün ona bir neçə gün vaxt verməsini xahiş etmişdir. Zaur Şahverdiyev bir qədər fıkirşəlib, mübahisəli obyekt almaq istəmədiyini bildirmiş və verdiyi behi geri tələb etmişdir. O, qanuni tələbi yerinə yetirmiş və behi qaytarmışdır. Odur ki, o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı özünə məxsus xüsusi mülkiyyətində olan kafe kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini satmaq üçün bir çox müxtəlif maklerlərə məlumat vermişdir. Bununla bağlı müxtəlif müştərilər gəlmişdir. 2022-ci ilin mart ayının sonunda İddiaçı qonşusu Cavabdeh yaxınlaşıb qeyri-yaşayış sahəsini almaq istədiyini bildirmişdir. Əlövsət də qeyri-yaşayış sahəsini satmayacağını bildirmişdir. Nuşirəvan və oğlu Taleh Əlövsəti tanıyan bir çox adamları xahiş minnətə gətirib, kafeni satmağa israr etmişlər. Əlövsətin Talehlə uzaqdan qohumluğu da vardır. Əlövsət də bu münasibətləri nəzərə alıb kafeni qohu olduğundan çox güzəşt edərək, Cavabdeh 175000 manata satmağa razılaşmışdır. xx.xx.2022-ci il tarixdə kafeni satmaq üçün tərəflər 2 saylı Abşeron Notariat kontoruna getmiş, Taleh Əlövsətdən alqı-satqı müqaviləsi əvəzinə etibarnamə verməyini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsət Abşeron rayon 1 saylı Notariat Ofisində Cavabdeh Nuşirvan oğluna ZE-3334№-li etibarnamə vermişdir. Taleh isə alqı-satqı baş tutduğundan razılaşdıqları 175000 manat pulu Əlövsətə vermişdir. Əlövsət özünə şəhərdə, yeni işləyən kafe almaq üçün axtarışa çıxmış və 250000 manata təcili satılan bir obyekt tapmışdır. Əlövsət obyekt sahibi ilə danışmış, 2 ay müddətinə pulu ödəməklə ehtiyac olan 20000 manat pulu beh kimi tələb etmişdir. Əlövsət övladıyla məsləhətləşib, satıcı ilə razılaşmış və beh müqaviləsi bağlayaraq 20000 manatı Talehə vermişdir. Əlövsət satdığı əmlakı pulunun üstünü düzəltmək üçün fikirləşəndə Taleh əmlakı 1 ay keçəndən sonra pulu tələb etməyə başlamışdır. Taleh pulu tələb edib aldıqdan sonra Əlövsətin beh verdiyi obyektin pulunu ödəmə imkanı olmamış və verdiyi beh müqaviləsi əsasında batmış olmuşdur. Həmçinin Cavabdeh və atasının alqı-satqı müqaviləsinin tələbini pozaraq əmlakı geri qaytarması Əlövsətin kommersiya fəaliyyəti ilə planlarını pozmuş və Əlövsətə külli miqdarda maddi ziyan vunnuşdur. Eyni zamanda Taleh söyüşlərlə söyüb təhqir edərək Əlövsətin, ailəsinin işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçatmışdır. Qeyd edilənlərə əsasən, o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2022-ci ilin aprel ayının əvvəllərində qohumu olan İddiaçı Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən, hazırda kafe kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini satmaq istədiyini eşitmişdir. Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb bu barədə soruşduqda Elnur obyekti satmaq istədiklərini demişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında İddiaçı ona zəng edərək əgər obyekti almaq istəyirsə beh verməyini istəmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində o, Əlövsət və Əlövsətin oğlu Elnur Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən "Bizim Market” in qarşısında görüşüb obyektlə bağlı söhbət etmişlər və söhbət əsnasında Əlövsətlə obyektini 175000 manata almaqla bağlı razılaşmışlar. Həmin vaxt o, Əlövsətə 1500 manat beh vermiş və Əlövsət söz vermişdir ki, 2-3 gün müddətində obyekti onun adına rəsmiləşdirəcəkdir. xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Əlövsətlə yenidən Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən "Bizim Market” in qarşısında görüşüb Əlövsətə 3500 manat vermişdir. Həmin vaxt Əlövsət obyektin sənədlərinin özündə olmadığını, sənədləri 15000 manat borcunun əvəzində girov qoyduğunu, ona görə də Əlövsətə 10000 manat verməyini istəmişdir ki, obyektin sənədlərini götürərək sənədləşmə işlərini aparsınlar. Buna görə həmin vaxt Əlövsətə 10000 manat da vermişdir. Əlövsətlə razılaşmalarına əsasən xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüş və həmin vaxt özünə məxsus "Hundai” markalı avtomobilində Əlövsətə qalan 160000 manat pulu da vermişdir. Həmin vaxt Əlövsət notariat ofisində obyektin onun adına sənədləşdirilə bilməsi üçün ona mülki etibarnamə vermiş və ona bildirmişdir ki, təxminən 10 gün müddətində obyektə getməyidir. Səbəbi bu olmuşdur ki, Əlövsət həmin obyektin ona satılmasının heç kimin bilməməsini istəmişdir. Yenə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Əlövsətlə onun arasında obyektin alqı-satqısı ilə bağlı sadə yazılı müqavilə bağlanmışdır. Müqaviləni o, İddiaçı, Əlövsətin oğlu Elnur və qardaşı Nurlan imzalamışlar. Müqavilənin məzmunu bundan ibarətdir ki, İddiaçı reyestr nömrəsi **********84-06301 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəlldə yerləşən 158,5 kv.metrlik qeyri-yaşayış binasını ona 175000 manata satmış, sənədlər ona təqdim olumuş, o, 175000 manatı tam ödəmişdir. xx.xx.2022-ci il tarixdə obyektə getmiş və obyekti işlədən Maqsud adlı şəxsə bildirdir ki, obyekti Əlövsətdən almış, bu səbəbdən də növbəti ayın əvvəlindən obyektin ona təhvil verilməli olduğunu bildirmişdir. Həmin vaxt Maqsud onu tanımadığını, Əlövsəti tanıdığını, həmin obyektlə bağlı Əlövsətlə 4 ay müddətində müqavilə bağladığını və Əlövsətin 4 aylıq icarə pulunu əvvəlcədən aldığını, ona görə də bu barədə Əlövsətin özü ilə danışmağını bildirmişdir. Həmin gün Əlövsətlə telefon əlaqəsi saxlayıb bu barədə bildirdikdə axşama kimi Maqsud adlı şəxslə danışıb qaydasına qoyacağını demişdir. xx.xx.2022-ci il tarixdə obyektə getmiş, Əlövsət və Maqsudla orada görüşmüşdür. Həmin vaxt Maqsud 4 aylıq icarə pulunu Əlövsətə verdiyindən müqavilənin sonuna kimi obyektdən çıxmayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsətlə telefon əlaqəsi saxlayıb obyekti alqı-satqı müqaviləsi ilə adına sənədləşdirməsini istəmişdir. Buna görə həmin gün saat 14 radələrində Əlövsətlə Xərdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüşlər. Həmin vaxt Əlövsət və oğlu Elnur alqı-satqı müqaviləsində məbləği 175000 manat yox, 120000 manat göstərilməsini istəmiş, o, bununla razılaşmamış və alqı-satqı baş tutmamışdır. Bundan sonrakı günlərdə Əlövsət onun nömrəsini bloklayaraq əlaqəni kəsmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb obyektin alqı-satqı müqaviləsinin "Asan Xidmət”də bağlanmasını təklif etmiş, lakin sonradan Elnur ona zəng edərək atasının atasının müqavilənin "Asan Xidmət”də bağlanmasına razılaşmadığını, müqavilənin Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində bağlanmasını təklif edərək onu həmin notariat ofisinin qarşısına çağırmışdır. Lakin, Əlövsət alqı-satqı zamanı məbləği göstərmək istəmədiyinə və Əlövsətə verdiyi 175000 manat pulu xərclədiyinə görə alqı-satqı zamanı notariat ofisində kassaya köçürülməsi üçün təqdim edə bilməyəcəyini, guya ki, həmin məbləğin bank vasitəsilə hesabdan-hesaba keçiriləcəyini dediyi üçün bununla razılaşmamış və notariat ofisinə getməmişdir. Bundan sonrakı günlərdə Əlövsətin onu aldatdığını yəqin etdikdən sonra xx.xx.2022-ci il tarixdə Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb obyekti adına rəsmiləşdirmək istəmədikləri üçün 175000 manat pulunu geri istəmiş, lakin Əlövsət pulunun olmadığını, ona verdiyi 175000 manat pulu xərclədiyini, obyekti başqa bir şəxsə satıb pulu qaytaracağını bildirmişdir. 31 may 2022-ci il tarixdə Əlövsət yaşadığı evə gələrək 55000 manat qaytarmış, qalan 120000 manatı isə qısa müddət ərzində qaytaracağına söz vermişdir. Həmçinin, Əlövsət ona söz vermişdir ki, obyektin satılıb-satılmayacağından asılı olmayaraq 120000 manatı qısa müddət ərzində qaytaracaqdır. Həmin vaxt, yəni 31 may 2022-ci il tarixdə Əlövsətlə arasında ikinci bir müqavilə bağlamışdır. Müqaviləni o, İddiaçı, Əlövsətin oğlu Elnur, qardaşı Nurlan və Rüstəm Həşimov imzalamışlar. Müqavilənin məzmunu bundan ibarətdir ki, İddiaçı ona məxsus olan, reyestr nömrəsi **********84-06301 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəlldə yerləşən 158,5 kv.metrlik qeyri-yaşayış binasını ona 175000 manata satmış, müəyyən müddətdən sonra razılaşma pozulmuş, 175000 manatın geri qaytarılması ilə bağlı qərara gəlinmiş, İddiaçı pulun müəyyən hissəsini xərclədiyi üçün xx.xx.2022-ci il tarixdə pulun 55000 manatını geri qaytarmış, qalan 120000 manatı yaxın müddətdə geri qaytaracaqdır. İddiaçı 55000 manatı qaytardıqdan 1 gün sonra notariat ofisinə gedərək obyektin satılması ilə bağlı ona verdiyi mülki etibarnaməni məlumat vermədən ləğv etdirmişdir. Bundan sonrakı günlərdə Əlövsət verdiyi sözə əməl etmədiyinə, yəni 120000 manatı qaytarmadığına görə o, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Polis idarəsində verdiyi izahatında İddiaçı obyektin alqı-satqısı ilə bağlı məndən 175000 manat aldığını, həmin məbləğin 55000 manatını qaytardığını, qalan 120000 manat pulu isə qısa müddətdə qaytaracağını bildirmişdir. Beləliklə İddiaçı ona 120000 manat verməli olduğunu polis idarəsində verdiyi izahatında etiraf etmişdir. Lakin bu günədək pulu qaytarmamışdır. İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Alqayıd Mikayılov 10 iyul 2022-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən 120000 manat pul İddiaçı tutularaq ona ödənilməlidir. Bundan başqa, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixə 7,5%, xx.xx.2022-ci il tarixə 7,75% təşkil edir. Beləliklə orta faiz dərəcəsi 7,5+7,75/2 = 7,625% təşkil edir. Cavabdeh ona olan 120000 manat pulu qaytarmamaqla mənə məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən 120000 manatın bank uçot dərəcəsi kimi (120000x7,625%=9150) 9150 manat pul məbləği də cavabdehdən tutulmalıdır. Bundan başqa, cavabdeh 120000 manat pulu ödəmədiyindən dəfələrlə əsəbləşmiş, stress keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat tutularaq ona ödənilməlidir. Odur ki, o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında Cavabdeh izahatına uyğun izahat verdi. Şahid qismində cəlb edilmiş X4 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Cavabdeh atasıdır. Belə ki, işlərin hamısını Taleh etmiş, o da razılıq vermişdir. Taleh Əlövsətin obyekti satmaq istəmədiyini və çox pul istədiyin bildirmişdir. Daha sonra o, pulu toplayıb obyekti alması üçün Talehə vermişdir. Daha sonra vaxtında sənədləşmə olmadığını görmüş və etiraz etmişdir. Əlövsət onlara 55000 manat qaytarmış və orada Əlövsətin oğlu Elnur, makler Rüstəm o və Cavabdeh iştirak etmişlər. Hazırda onlara 120000 manat qaytarılmalıdır. Daha sonra Əlövsətlə nə qədər danışsa da, pulu qaytarmamışdır. Şahid qismində cəlb edilmiş X3 məhkəmə iclasında ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Belə ki, notariusda o da olmuşdur. Əlövsətin onlara 120000 manat borcu qalmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci ildə tam pay hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan öz imzaları ilə təsdiq edikləri xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh 175000 manata satmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən İddiaçı tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, 2022-ci ilin əvvəllərində Abşeron rayonu. Xırdalan şəhəri. 27-ci məhəllədə yerləşən, özünə məxsus, xüsusi mülkiyyətində olan və kafe kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini (obyektini) satmaq qərarına gəlmiş. 2022-ci ilin mart ayının sonunda uzaq qohumu olan Cavabdeh Xırdalan şəhərində olduğu zaman ona yaxınlaşıb sözügedən qeyriyaşayış sahəsini (obyektini) almaq istədiklərini bildirmiş, o. da həmin obyektini ona satmayacağını bildirmişdir. Səbəbi isə bundan əvvəl həmin qeyri-yaşayış sahəsini almaq üçün və icarəyə götürmək üçün gələn müştərilərə Talehin maneçilik törətməsi olmuşdur. Bundan sonra Taleh onu tanıyan bir çox adamları ona xahiş minnətə gətirdiyi üçün o. həmin obyektini onlara satmağa razılıq vermişdir.Talen Məmmədovla qohum olmalarını da nəzərə alaraq ona həmin obyektini nəzərində tutduğu məbləğdən bir qədər ucuzuna, yəni 175.000 (yüz yetmiş beş min) manata satmağı barədə razılıq vermiş, ona görə də xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Taleh Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Bizim Markef'in qarşısında ona 1500 manat. xx.xx.2022ci il tarixdə saat 14 radələrində də həmin yerdə ona 13500 manat beh vermişdir. Aralarında olan razılığa əsasən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində onlar Xırdalan şəhərində yerləşən 1 saylı Notariat ofisinə getmiş, həmin vaxt Taleh obyektini kimin adına istəsə həmin şəxsin adına alqı-satqı etməyi üçün ondan tez bir zamanda alqı-satqı müqaviləsi əvəzinə etibarnamə verməyini xahiş etmiş, ona görə də o. həmin gün sözügedən obyektilə bağlı Cavabdeh Nuşiravan oğlunun adına ZE-3334 nömrəli etibarnamə vermiş və Taleh də ona qalan 160000 manat pulu vermişdir. Bundan sonra o, özünə Bakı şəhərində, başqa qeyri-yaşayış sahəsi (obyekt) almaq qərarına gəlmiş və təcili satılan bir obyekt tapmışdır. Həmin obyektin sahibi ilə belə bir razılığa gəlmişlər ki, obyektin pulunu 2 ay müddətində ödəsin. Lakin bundan sonrakı vaxtlarda isə ona məlum olmuşdur ki. Talehin məqsədi həmin obyekti ondan aldıqdan sonra başqa bir şəxsə baha qiymətə salmaq olmuşdur. Lakin Talehin nəzərində tutduğu həmin şəxs obyekti almaqdan imtina etdiyinə görə Taleh də onunla aralarındakı müqavilənin pozulmasını, onun pulunun geri qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də o, həmin ərəfədə Talehə 55000 manat qaytarmışdır. Bundan sonra isə o. Talehin həmin obyektini ona verdiyi etibarnamə əsasında başqa bir şəxsin adma rəsmləşdirəcəyindən ehtiyat edərək Xırdalan şəhərində yerləşən Notariat ofisinə getmiş və həmin etibarnaməni ləğv etdirib Talehə bu barədə məlumat vermişdir. Qalan 120000 manat pulu da həmin obyekti başqa bir şəxsə satılan kimi qaytaracağına söz vermişdir. Talehdən ona satdığı obyektə görə aldığı 175000 manat pulu borclarına ödədiyinə, həmçinin yeni obyekt almaq üçün 20000 manat beh verdiyinə və həmin behin özünə qaytarılmaması səbəbindən, eləcə də hazırda əlində pul olmadığına görə hazırkı vaxtda qaytara bilməmişdir. Buna baxmayaraq o. Talehə qısa müddət ərzində obyekti satılan kimi onun qalan 120000 manat pulunu qaytaracağına söz vermişdir. Onun Talehə qarşı hər hansı bir dələduzluq və onun pulunu mənimsəmək fikri olmayıb. Cavabdeh Nuşiravan oğlunun ona vurduğu maddi ziyana görə o. Abşeron rayon Məhkəməsinə mülki iddia ərizəsi ilə müraciət etmişdir. Əgər Taleh həmin qeyri- yaşayış sahəsini (obyektini) yenidən almaq qərarına gəlsə ona satmağa heç bir etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia rədd edilməli, qarşılqlı iddia qismən təmin edilməlidir. İlkin iddia ilə bağlı iddiaçı tərəf sübut növü kimi təkcə izahata əsaslanmış və həmin izahat da yalnız formal mülahizələrdən ibarət olmuşdur.Halbuki Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda,ilkin iddia ilə bağlı hər hansı bir digər mötəbər sübut məhkəmədə müəyyən edilmədiyindən,məhkəmə həmin izahata tənqidi yanaşaraq, ilkin iddianın rədd edilməsi nəticəsinə gəlir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Qarşılıqlı iddia ilə bağlı məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı məxsus Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsini 175000 manata almağa razılaşmışdır. İş materiallarında olan, sadə yazılı formada tərtib edilmiş tərəflərin imzaları ilə təsdiq etdikləri xx.xx.2022-ci il tarixli müqavilədən göründüyü kimi İddiaçı özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışı müqabilində Cavabdeh 175000 manata pulu qəbul etmiş, lakin İddiaçı sözügedən qeyri-yaşayış sahəsini sonradan Cavabdeh adına rəsmiləşdirməkdən boyun qaçırmış, İddiaçı həmin puldan 55000 manatını qaytarsada, qalan 120000 manat məbləğini isə qaytarmamışdır. Bu hal qarşılıqlı iddia üzrə iddiaçının, onun nümayəndəsinin, şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən İddiaçı tərəfindən imzalanaraq tərtib edilmiş izahatı, həmçinin iş matriallarında olan sadə yazılı formada müqavilə adı altında tərtib edilmiş tərəflərin imzaları ilə tam təstiq olunur.Məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, İddiaçı heç bir hüquqi əsas olmadan Cavabdeh hesabına əsassız varlandığından, İddiaçı 120000 manat pul alınaraq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən, bu hissədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 408 manat dövlət rüsumu da İddiaçı alınmalı və Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Vurulmuş maddi ziyana görə Cavabdeh 20000 manat pul alınıb İddiaçı verilməsi tələbinə dair ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 120000 (yüz iyirmi min) manat pul və 408 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia bank uçot dərəcəsi kimi 9150 (doqquz min yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-311/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-311/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver