Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-311/2024 29.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil3 İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları xx.xx.2005-ci il təvəllüdü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və digər hüquqlarına 8000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanına köçürülmələrinə və digər hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Onun nümayəndəsi-vəkili Vəkil1 da bildirmişdir ki, hazırda iddiaya mahiyyəti üzrə baxılmasına zərurət yoxdur və bu səbəbdən iddiaçının ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil3 da ərizənin təmin edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nümayəndə və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsi verilərkən xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-311/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-311/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver