Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2245/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı ilkin, Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə, mənzilə istifadə hüququna xitam verilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)503/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qız tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə ünvan 1 ünvanda (yeni qaydalarla ünvan 2 dövlət mülkiyyətində olan mənzil qarşılıqlı iddiaçının anası - X4 və onun ailə üzvlərinə sahibliyinə və istifadəsinə verilmişdir. X10 vəfat etmişdir.
2. Cəfərova Xəyalə Tofiq qızı Cavabdeh ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və həmin tarixdə sözügedə n mənzilə gəlin köçmüşdür.
3. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 4. ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal Sahəsinin 329 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən Cəfərova Xəyalə Tofiq qızı 04 noyabr 2020-ci ildə ünvan 3 ünvanına qeydiyyata düşüb, hal-hazırda həmin mənzildə yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cəfərova Xəyalə Tofiq qızı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları x x.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 3 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 3 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cəfərova Xəyalə Tofiq qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)314/2022 saylı qətnaməsi ilə iddiaçı Cəfərova Xəyalə Tofiq qızı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh yanında saxlanmaları, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə çıx arılmışdır. Cavabdeh ayrıldıqdan sonra onun əmlakları Sumqayıt şəhəri 3-cü mikrorayon ev 9/6, mənzil 26-da qalmışdır. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda valideynlərinin yanına müvəqqəti sığınıb. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İddiaçı Cavabdeh Cəfərova Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə İddiaçı ona məxsus ünvan 4 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermantov küçəsi, 68, M2, m3) ünvanına dair istifadə hüququna kompensasiya verilmədən xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə tərəflər a rasında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun yanında saxlanılmışdır. Daha sonra iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cəfərova Xəyalə Tofiq qızından hər ay ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət olunmuşdur. Qətnamə dərhal qüvvəyə minmiş və icraya yönəlmişdir. 2022-ci ildən bu günə kimi uşaqlar onun öhdəsindədir və onunla birgə yaşayırlar. Xəyalə Cəfərova Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cehiz əşyalarının evdən çıxarılmasını istəyib. Xəyalə Cəfərova ailə qurduqdan sonra onun bacısına məxsus evə gəlin gəlib və orada yaşayıblar. Hazırda mənzilə köçürülməsini iddia etdiyi evdə 2019-cu il tarixə kimi qardaşı X6 və anası yaşayıb. Anası vəfat etdikdən sonra ev vərəsəlik qaydas ında mülkiyyətinə keçmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən ünvan 4 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermantov küçəsi, 68 M2, m3) onun ayrıca mülkiyyətindədir. İddiaçı tərəfindən verilmiş razılıq ərizəsi əsasında cavabdeh 2020-ci ildə ünvan 4 ünvanında qeydiyyata düşmüşdür. 2021-ci ildə isə ailə münasibətləri korlandığı üçün cavabdeh evi tərk etmiş və 3 ildən çoxdur ki, həmin ünvanda yox, atasının evində yaşayır. Cavabdeh uzun müddətdir ki, bu ünvanda yaşamır və cehiz əşyalarının çıxarılmasını istəmələri bir daha sübut etmiş oldu ki, orada yaşamaq niyyəti olmayıb. Hansısa məqsədlə və məhkəməyə yalan informasiya (guya uşaqlarla birlikdə evə köçmək niyyət indədir) təqdim etməklə ona məxsus olan mülkiyyətə müdaxilə edir.
11. Məhkəmə iclasında dindirilmiş şahid X13 göstərmişdir ki, Xəyalə onun bacısı qızıdır. O, Xəyalənin “3” günlüyündə və uşağın 1 yaşı olanda Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən 26 saylı mənzildə olub. Xəyalənin baldızının 2 otaqlı üzbəüz evi var idi. Cehiz üçün köməklik lazım olduqda Elxanın bacısı kömək üçün gəlmişdi. Elxanın bacısının 2 uşağı var idi.
12. X1 bildirmişdir ki, o, Xəyalənin yengəsi olub. Hazırda Elxanı yolda görsə üzdən tanımaz. Onu yalnız toyda görüb. Lakin o, Xəyalənin “3” günlüyündə gəlin getdiyi mənzildə olub. Ev 3 otaqlı ev idi. Evə mebel və servislər aparmışdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi üzrə icraata iddiaçının mənzildən qeydiyyatdan çıxarılması hissəsində xitam verilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddiasının rədd olunması, Cavabdeh iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı qarşılıqlı iddiaçıya məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzildə yaşayış sahəsindən (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Lermantov küçəsi, 68, M2, m3) istifadə hüququna kompen sasiya verilmədən xitam verilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 qarşılıqlı iddiaçının anası-X4 və onun ailə üzvlərinə order əsasında ayrılmışdır. Cəfərova Xəyalə Tofiq qızı Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və həmin tarixdə sözügedən mənzilə köçmüşdür. Xəyalə Cəfərova mənzilə köçərkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, orderli mənzil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları ataları Cavabdeh himayəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdən mən zil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşadığı öz təsdiqini tapmışdır. Münasibətlərin yarandığı 2003-cü ildə hazırkı iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına istinad edilə bilməz. Belə ki, mübahisəli mənzil 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Məhz bu andan Cavabdeh mübahisəli mənzilə sərəncam vermək hüququ yaranmış, bu fakt onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərmişdir. İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının mübahisəli mənzildən istifadə hüququ olsa da, onunla Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən Xəyalə Cəfərovanın mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, ilkin iddiaçı 2003-cü ildə order əsasında qaynanası Mina Cəfərovaya məxsus olan mənzilə gəlin köçmüş, orderdə ailə üzvü kimi onun adı qeyd olunmamışdır. Orderdə Xəyalə Cəfərovanın ailə üzvü kimi adı olmadığından və həmin vaxt ilkin i ddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığından onun mənzilin özəlləşdirilməsinə razılıq verməsinə zərurət olmamışdır. Mənzil isə 2019-cu ildə cavabdehin adına özəlləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tətbiqinə, yəni keçmiş ailə üzvü olan ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məxsus mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına zərurət yoxdur. Belə ki, işin hallarından görünür ki, ilkin iddiaçı qarşılıqlı iddiaçı ilə ayrıldığı vaxtdan valideynlərinə məxsus mənzildə yaşamaqla, mənzil sahəsinə ehtiyacı olan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan şəxslər kateqoriyasına aid deyildir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 228.1, 228.2 və 228.5 -ci, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı və qarşılıqlı iddia üzə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə münasibətlərinə xitam verilməsi və orderdə adının olmaması, qeydiyyatda olmamağı barədə mənzilin özəlləşdirilməsinə razılığının tələb olunmaması mənzildən istifadə hüququnun xitamına əsas ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü tarixli qərarında göstərilən şərhə zidd olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasını yanlış tətbiq etmişdir. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-c u il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olmasını nəzərə almamışdır. Tərəfindən istifadə hüququnun tanınması barədə iddia ərizəsinə dəqiqləşmə ərizəsi məhkəmə iclasında qəbul edilməmiş, prosessual hüquqları pozulmuşdur.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və X12 ) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməklə İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə (Yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Lermantov küçəsi, 68, M2, m3) olan istifadə hüququ itirilmiş hesab olunmuşdur.
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək, xx.xx.2019-cu il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını nəzərə alıb, mübahisəyə xx.xx.2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyi üçün Cəfərova Xəyalə Tofiq qızının Cavabdeh mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanılmadığı qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin hallarına görə isə mübahisəli hüquq münasibəti Sumqayıt şə hər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X3 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə ilk iddia üzrə iddiaçının köçməsi ilə yaranmışdır. Buna görə də birinci instansiya məhkəməsi mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməli olduğu halda, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqe hüquq münasibətlərinin yara ndığı zaman mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan evlə bağlı olmuşdur. Yəni faktiki sahiblikdə və istifadədə olan ev üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Nəzərə alınmalıdır ki, mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan özbaşına tikili qismində evlərin tərkib hissəsindən istifadə hüququnun mövcudluğu da qanunvericiliklə tənzimlənməməkdədir. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməkdə səhvə yol vermişdir.
21. Apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı Xəyalə Cəfərova Cavabdehla nikaha daxil olub, Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X3 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə köçüb, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. 2019-cu il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə əlaqədar, mənzil ilk iddia üzrə cavabdehin xüsusi mülkiyyətinə keçmişdir ki, bu hal Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçı Xəyalə Cəfərovanın həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün olmamış, onun istifadə hüququ saxlanılmışd ır. Lakin işin mübahisəsiz halına əsasən tərəflər arasında ailə münasibətləri pisləşdiyindən, ilk iddia üzrə iddiaçı 2021-ci il tarixdə mübahisəli mənzildən çıxmış və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə daimi yaşamağa başlamışdır ki, bununla da xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddəsinin tələbinə əsasən ilk iddia üzrə iddiaçı mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir. 22. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərb aycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
23. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
24. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin 3 ilə yaxın olan müddətdə evdən çıxması, həmin müddətdə mübahisəli mənzilə köçməyə cəhd etməməsi onun həmin mənzildən müvvəqqəti deyil, daimi olaraq çıxmasını və öz yaşayış y erini başqa yerdə seçməsini göstərən hal hesab olunur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Xəyalə Cəfərova 2023-cü il tarixdə Cavabdeh qarşı iddia qaldıraraq, mübahisəli mənzildə olan əmlaklarının cavabdehdən alınmasını tələb etmiş, lakin sonradan iddia ərizəsini geri götürməsi ilə iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra isə hazırkı iddianı qaldırmışdır. Xəyalə Cəfərovanın qeyd olunan hərəkətləri də onun mübahisəli evdən daimi çıxmasını təsdiq etməkdədir.
25. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh Xəyalə Cəfərovanın mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etsə də, yuxarıda qeyd olunduğu kimi cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ itirilmiş hesab olunduğundan qarşılıqlı iddiaçının hüquqi marağı, ilk id dia tələbinin təmin olunmamaqla, iddiası üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmiş və ya itirilmiş hesab edilməsindən ibarət olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi 1.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 53, 54, 60, və 87.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İlkin iddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəfərov a (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşaması işin mübahisəsiz halını təşkil edir və iddiaçının mübahisəli mənzilə gəlin köçdüyü zaman mənzil özəl olmamış, order isə qaynanası M.Cəfərovanın adına qeyd edilmişdir. İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmaqla mənzildə olan digər ailə üzvləri ilə bərabər mənzil yaşayış və istifadə hüququ yaranmışdır. Mənzil 2019-cu il tarixində əri Cavabdeh adına mülkiyyət hüququ əsasında özəlləşən dövrə qədər o, mənzildə 2003-cü ildən 2020-ci ilə kimi cavabdehin anası ilə birgə təsərrüfat idarə edib yaşamışdır. İş üçün mühüm əhəmiyyət kəsb edən hal məhkəmələrin nəzərindən qaçmışdır. Mənzil əri Cavabdeh xüsusi mülkiyyətinə keçməyənə qədər iddiaç ının orada artıq digər ailə üzvləri kimi bərabər mənzil yaşayış hüququ olmuş, mənzilin sonradan özəlləşməsi halında mülkiyyətçi ilə hər hansı bir razılaşmanın olması zəruri olmamışdır. 2020-ci ildə mənzildən (uşaqları əlindən allnaraq qovulmuşdur) çıxarılan zaman ona və uşaqlarına ayrı yerdən mənzil alacağına söz verildiyinə görə gözləmişdir. Bu isə məhkəmələr tərəfindən guya mənzili könüllü tərk etməyi və mənzildə olan əşyalarını da özü ilə apardığına dair yanlış fikrin formalaşmasına zəmin yaratmışdır. Halbuki o, qeydiyyatda olduğu mənzildən bir dəsmal belə götürməmişdir, paltarları belə mənzildə qalmaqdadır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynl əri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmələr yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxıla rkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olduğu halda bunu nəzərə almamışdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında da göstərilmişdir ki, apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən halları nəzərə almam ış və nəticədə işə baxılma hədlərində olan maddi və prosessual hüquq normalarına qiymət verməmiş, ciddi prosessual pozuntuya yol vermişdir. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
32. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
33. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yer inə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
36. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı: 37. “..Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edil ərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
50. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehlə nikaha daxil o lub, Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X3 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə köçməsi, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etməsi, 2019-cu il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə bağlı ilk iddia üzrə Cavabdeh xüsusi mülkiyyətinə keçməsi ilə Mülki Məcəllənin 158.3-cü maddəsinin tələblərinə əsasən iddiaçı Xəyalə Cəfərovanın həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməməsi, onun istifadə hüququnun saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlər inə uyğun olmuş, məhkəmə bu məsələnin həlli zamanı sübutlara Mülki Prosessual Məcəlləni 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
51. Lakin apellyasiya məhkəməsi iddiaçı Xəyalə Cəfərovanın 2021-ci il tarixdə mübahisəli mənzildən çıxması və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə yaşamağa başlaması kimi hərəkətlərini onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi kimi dəyərləndirməkdə səhvə yol vermiş, bu zaman xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddələrinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmişdir.
52. Apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı Xəyalə Cəfərovanın 3 ilə yaxın olan müddətdə evdən çıxması, həmin müddə tdə mübahisəli mənzilə köçməyə cəhd etməməsi, 2023-cü il tarixdə cavabdehə qarşı iddia qaldıraraq mübahisəli mənzildə olan əmlaklarının Cavabdeh alınmasını tələb etməsi (sonradan iddia ərizəsini geri götürməsi ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır) kimi hallar onun mübahisəli mənzildən müvvəqqəti deyil, daimi olaraq çıxması və öz daimi yaşayış yerini başqa yerdə seçməsi qənaətinə gəlməyə əsas verir. 53. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddələrinin tələblərinin tələblərinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Onların daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqavilə si onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
54. İşdən görünür ki, iddiaçı Xəyalə Cəfərovanın daimi yaşayış yeri olan mübahisəli mənzili tərk etməsi cavabdeh əri ilə olan ər-arvad münasibətlərinin sonda nikahın pozulması ilə nəticələnməsi həddində kəskinləşməsi olmuş, o, mənzili könüllü olaraq tərk etməmiş, mənzilin mülkiyyətçisi olan əri ilə birgə yaşamanın mümkünsüz olduğuna görə valideynlərinin evinə getmişdir. Bu zaman onun daimi yaşamaq üçün Sumqayıt şəhərində, yaxud başqa yaşayış məntəqəsində daimi köçməsini təsdiq edən sübutlar, yəni başqa yerdə yaşayış sahəsinin olması, yaxud yaşayış sahəsi əldə etməyə cəhd göstərməsi, Cavabdehla birgə nikah müddətində əldə olunmuş əmlakının və ayrıca əmlakının aparıb hardasa yerləşdirməsi və sair bu kimi halları təsdiq edən sübut lar Cavabdeh tərəfindən təqdim edilməmişdir.
55. İddiaçının Xəyalə Cəfərovanın 2023-cü il mübahisəli mənzildə olan əmlaklarının Cavabdeh alınmasını tələbi ilə məhkəmədə iddia qaldırması da onun mübahisəli mənzildən çıxmasının daimi olması anlamına gəlməyə kifayət hesab olunmamalıdır. Çünki apellyasiya məhkəməsinin özünün də qeyd etdiyi kimi Xəyalə Cəfərova bu barədə olan iddia ərizəsini geri qaytarılmasını xahiş etmiş, həmin tələb məhkəmədə baxılmamış saxlanılmış, Xəyalə Cəfərova istifadə hüququnun olduğu mübahisəli mənzildə köçürülməsi barədə 3 ilə yaxın müddət ərzində iddia qaldırmamasının səbəbinin cavabdehin onu başqa yaşayış sahəsi ilə təmin etməyə vəd etməsi, bununla da onu aldatması ilə əsaslandırmışdır.
56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik akt ları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və Sumqayıt şəhərində başqa yaşayış köçməsini təsdiq edən kifayət qədər sübutlar olmadan onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yan aşı qarşılıqlı iddiaçı və Cavabdeh ilk İddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və Sumqayıt şəhərində başqa yaşayış köçməsini sübut edən sənədlərin təqdim olunması təklif edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cəfərova Xəyalə Tofiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-503/2025 nömrəli mülki iş üzrə 9 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş y eni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.