Məhkəmə qərarları › İş №2(102)-6582/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6582/2019

16.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6582/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1, vəkili X1 və Cavabdeh2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli 2(103)-3776/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünv an 1 ünvanında yerləşən yaşayış binasının 05 nömrəli mənzilinə olan istifadə hüququna 11000 (on bir min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdən mənzildən çıxarılması, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 05 nömrəli mənzilinə olan istifadə hüququna 11000 (on bir min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-7966/2018 saylı 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 11000 (on bir min) manat məbləğində kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə istifadə hüququna xitamı və mənzildən əşyaları ilə birlikdə çıxarılmanın eyni vaxtda icra olunması qərara alınmışdır. Cavabdehlər apellyasiya şikayəti verərək, hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən onlara məlumat verilmədiyindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehin X2 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 15.05.2019-cu il tarixli 2(103)-3776/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7966/2018 saylı 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı ilkin iddiasının təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ünvan 1 saylı evin 5 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi, ilkin iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli 2(103)-3776/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının izahatları təhrif edilmiş, işin həqiqi hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili X2 kassasiya şikayətinə etiraz edərək təmin ed ilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual n ormaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, 03.05.1976-cı il tarixli Orderə əsasən X2 İddiaçı verilmişdir. Məmmədov İddiaçı X2 qızı ilə 27.04.1977-ci il tarixdə Bakı Nikah Evində 1250 saylı akta əsasən n ikaha daxil olmuşdur. Həmin nikah 12.02.1993-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 59 saylı akt ilə pozulmuşdur. İddiaçı 1976-cı il tarixdən, Cavabdeh1 1977-ci il tarixdən, Cavabdeh2 doğulduğu tarixdən (1980-ci il) ünvan 2 ünvanında qeydiyyatdadırlar. “xxxx” MMC tərəfindən verilmiş 10-20/18 saylı, 20.10.2018-ci il tarixli daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə arayışa əsasən ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin hazırkı bazar qiyməti 60000-70000 manat civarında müəyyən edilmiş və şəraitindən asılı olaraq mənzilin aylıq kirayə qiyməti 300-400 manat civarında müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə tərəflərin izahatları və şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, X2saylı mənzil 03.05.1976-cı il tarixli orderə əsasən İ ddiaçı verilmiş, iddiaçı ilə 1-ci cavabdeh 27.04.1977-ci ildə rəsmi nikaha daxil olmuş, 1-ci cavabdeh nikah bağlandığı gündən iddiaçının ailə üzvü kimi həmin mənzilə köçmüş və hal-hazıradək də həmin mənzildə yaşayır, iddiaçı ilə 1-ci cavabdehin həmin nikahından 19.12.1980-ci ildə bir uşağı, 2-ci cavabdeh anadan olmuş və anadan olduğu vaxtdan hal-hazıradək o da həmin mənzildə yaşayır, iddiaçı 1-ci cavabdehlə rəsmi nikahda olmasına baxmayaraq başqa qadınla faktiki ər-arvad münasibətlərində olmuş, bu əsasla ər-arvad arasında söz-söhbət olmuş, 1981-ci ilin yanvar ayında iddiaçı özü əşyalarını yığaraq mənzildən getmiş və ünvan 3 ünvanda yerləşən anasına məxsus mənzilə köçmüş, hal-hazırda da orada yaşayır, tərəflər nikahda olduğu vaxt iddiaçının faktiki yaşadığı qadından 1985-ci ildə bir oğlu, 1 986-cı ildə isə bir qızı doğulmuş, tərəflərin nikahı rəsmi olaraq pozulmadığından həmin uşaqlara atalığın müəyyən olunmasına dair şəhadətnamə alınmış, tərəflər arasında nikah iddiaçının ərizəsi əsasında 30.10.1988-ci ildə Oktyabr rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə 11.11.1988-ci ildə qanuni qüvvəsini almış, lakin nikahın pozulması qeydiyyat orqanında 12.02.1993-cü ildə qeydiyyatdan keçirilmiş, iddiaçı mənzildən getdikdən sonra ondan heç bir məlumat alınmamış və keçən 38 il ərzində o, ailəsi ilə maraqlanmamış, 2-ci cavabdeh olan qızını görməmiş və onu tanımır, eləcə də qızı atasını görməmiş və atasını tanımır, iddiaçı hazırkı məhkəmə mübahisəsindən təxminən bir il öncə 1-ci cavabdehi taparaq mənzili öz adına sənədləşdirmək istədiyini bildirmiş və yalnız bundan sonr a cavabdehlər iddiaçının həyatda olmasını bilmiş, iddiaçı həmin mənzilə köçmək istədiyini, amma cavabdehlərin buna imkan vermədiyini bildirmiş, lakin buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin mənzildən könüllü olaraq getdiyi və özü üçün başqa yaşayış yeri seçdiyi vaxtdan, yəni 1981-ci ildən həmin mənzilə istifadə hüququnu itirmişdir. Demək ki, qarşılıqlı iddia tələbləri əsaslıdır və təmin olunmalıdır. Qarşılıqlı tələbin əsaslı olduğu, yəni iddiaçının mənzilə istifadə hüququnun onun mənzildən getdiyi vaxtdan itirildiyi müəyyən olunduğundan, ilkin iddia tələblərinin rədd olunmasının əlavə əsaslandırılmasına lüzum qalmır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinin birinci bəndinə əsasən icarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələrə ma likdir. Həmin maddənin üçüncü bəndinə görə icarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onla rın getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış s ahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmələr tərəfindən işin müəyyən edilmiş halları ilə iddiaçının 1981-ci ildən mənzildən könüllü olaraq getdiyi və özü üçün başqa yaşayış yeri seçdiyi müəyyən edildiyindən o həmin mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağ lı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələr inin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli 2(103)-3776/2019 nömrəli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar