Məhkəmə qərarları › İş №2(102)-6027/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6027/2019

04.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6027/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Nizami Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(007)-xx/18) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək, onun azy aşlı uşağı xx xx 2014-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ev1 köçürülməsi qət olunmuş, Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışovavə N.Cəfərov, iş № 2(103)xx/18) apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli, 2(007)-xx/18 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla ilk iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən İddiaçı istifadə hüququnun 1 ( bir) il 6 (altı) ay müddətinə saxlanılması, həmin müddətdə ünvan 2 ünvanda yaşamaq üçün İddiaçı azyaşlı övladı xx xx 2014-cü il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməsi, müddətin əvvəlinin faktiki olaraq mənzilə köçürülən vaxtdan hesablanması, eləcə də qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyevvə İ.Dəmirov, iş № 2(102)-xx/18) İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov-sədrlik edən və məruzəçi, A.Hüseynovvə A.İmanov, iş № 2(103)xx/19) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-xx/2018 saylı mülki iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla ilk iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan mübahisəli mənzildən 02 (iki) il müddətinə istifadə hüququnun saxlanılması, həmin müddətdə mənzildə yaşamaq üçün İddiaçı azyaşlı övladı xx xx 2014-cü il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməsi, müddətin əvvəlinin faktiki olaraq mənzilə köçürüldüyü vaxtdan hesablanması qət edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanına azyaşılı övladı X3 ilə birgə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və cavabdehə (ilkin iddia üzrə iddiaçı) 2000.0 (iki min) manat kompensasiya ödənilməklə İddiaçı ünvan 4 ünvanındakı 41-ci mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin d əlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İddiaçının vəkili A.Ağayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçi, vəkil A.Ağayevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi ilk iddia ilə bağlı hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddia ilə bağlı hissədə isə həmin hissə sonuncu apellyasiya baxışının predmeti olmadığından ləğv olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib ilk iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxararkən aşağıd akıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirməklə bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının azyaşlı uşağı ilə birlikdə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, EV2 istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd etmişdir ki, mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Tərəflər xx xx 2018-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmişlər. Birgə nikahdan xx xx 2014-cü il tarixdə X3 dünyaya gəlmişdir. Tərəflərdən başqa həmin mənzildə kənar şəxslər yaşamamışlar. Ona gö rə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan sahəyə köçməklə aralarında etibarlı ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 8 oktyabr tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzinlənməsi yaşayış sahəsinin mülkiyyə tçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin no rmaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını üməyyən etmək vacibdir. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinin hüquqi əsası yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyy atlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçrilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcüdluğu ilə şərtləndi yindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcüdluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvaqif normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlnaması və onun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması zərurəti yoxdur. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə m ünasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasəndan saxlanıla bilər. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam ver ildirkdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edir. Göründüyü kimi, iddiaçı mülkiyyətçinin ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və orada onunla birlikdə yaşayaraq birgə təsərrüfat idarə etmişdir. Məhz bu amilə əsaslanan məhkəmə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranmasını qəbul edərək, onun həmin hüquqla bu mənzilə köçməli olması qənaətinə gəlmişdir. Lakin ailə münasibətlərinə son qoyulduğu vaxtdan iddiaçının yaşayış sahəsinə istifadə hüququ istinad olunan normalara əsasən saxlanılmır. Mənz il Məcəlləsinin 30.4-cü maddəsində daha sonra göstərilmişdir ki, mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Cavabdeh tərəfindən iddiaçının başqa yaşayış sahəsinə malik olması yaxud iddiaçının özünu yaşayış sahəsi ilə təmin etməyə imkanı olması barədə sübutlar təqdim olunmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və mənzil onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin ailə üzvü olmuş, onların bir-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. İddiaçının hazırda azyaşlı qızı il ə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdeh valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi daşıyır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə iddianı qismən təmin edərək iddiaçıya müəyyən müddət mübahisəli mənzildən istifadə hüquququnu saxlamaq imkanı verən maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Məhkəmə faktiki olaraq iddiaçıya müəyyən müddət deyil, daimi olaraq mübahisəli məznildə yaşamaq imkanı yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər 2 ilə yaxın bir müddətdə ailə münasibətlərində olmaqla, həmin müddətdə mübahisəli mənzildə yaşamalarını mübahisələndirmirlər. Ona görə də iddiaçıya müəyyən müddət ərzində özünü normal yaşayış sahəsi ilə təmi n etmək imkanı yaradılmalıdır. Qeyd olunanlara əsasən və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması tərəflərin qarşılıqlı münasibətləri və işin halları baxımından (iddiaçının özünü başqa yaşayış sahəsi ilə təmin etmək və s.) yetərlidir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılakən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasında ədalətli tarazlılığın pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsu imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu baxımdan, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istifadə hüququnun 2 ildən artıq müddətə saxlanılması ədalətli tarazlığın pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdür üldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübut edə bil mişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar