Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-503/2025 09.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X5 Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X6 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə- kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X11 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. X11 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)314/2022 saylı qətnaməsi ilə iddiaçı X11 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanmaları, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh ayrıldıqdan sonra onun əmlakları Sumqayıt şəhəri 3-cü mikrorayon ev 9/6, mənil 26-da qalmışdır. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda valideynlərinin yanına müvəqqəti sığınıb. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən ilkin iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı Cavabdeh X6 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus ünvan 3 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68, M2, m3) ünvanına dair istifadə hüququna kompensasiya verilmədən xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəfərova (hazırda Ələkbərova) Xəyalə Tofiq qızı ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun yanında saxlanılmışdır. Daha sonra iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 hər ay ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilib. Qətnamə dərhal qüvvəyə minmiş və icraya yönəlmişdir. 2022-ci ildən bugünə kimi uşaqlar onun himayəsindədir və onunla birgə yaşayırlar. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cehiz əşyalarının evdən çıxarılmasını istəyib. Cavabdeh ailə həyatı qurduqdan sonra bacısına məxsus evə gəlin gəlib və orada yaşayıblar. Hazırda mənzilə köçürülməsini iddia etdiyi evdə 2019-cu il tarixinə kimi qardaşı X9 və anası yaşayıb. Anası vəfat etdikdən sonra ev vərəsəlik qaydasında mülkiyyətinə keçmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən ünvan 3 (Yeni qaydalarla Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68 M2, m3) onun mülkiyyətindədir. İddiaçı tərəfindən verilmiş razılıq ərizəsi əsasında cavabdeh 2020-ci ildə ünvan 3 ünvanında qeydiyyata düşmüşdür. 2021-ci ildə isə ailə münasibətləri korlandığı üçün cavabdeh evi tərk etmiş və 3 ildən çoxdur ki, həmin ünvanda yox, ailəsi ilə birlikdə yaşayır. Cavabdeh uzun müddətdir ki, bu ünvanda yaşamır və cehiz əşyalarının çıxarılmasını istəmələri bir daha sübut etmiş oldu ki, orada yaşamaq niyyəti olmayıb. Hansısa məqsədlə və məhkəməyə yalan informasiya (guya uşaqlarla birlikdə evə köçmək niyyətindədir) təqdim etməklə ona məxsus olan mülkiyyətə müdaxilə edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməli və onlar mənzildən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt şəhər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi üzrə icraata iddiaçının mənzildən qeydiyyatdan çıxarılması hissəsində xitam verilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, ilkin İddiaçı qarşılıqlı iddiaçıya məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə (Yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68, M2, m3) istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 qarşılıqlı iddiaçının anası-X10 və onun ailə üzvlərinə order əsasında ayrılmışdır. X2 Elxan Ağasəlim oğlu ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və həmin tarixdə sözügedən mənzilə köçmüşdür. X11 mənzilə köçərkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, orderli mənzil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki uşaqları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları ataları Cavabdeh himayəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşadığı öz təsdiqini tapmışdır. Münasibətlərin yarandığı 2003-cü ildə hazırki iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına istinad edilə bilməz. Belə ki, mübahisəli mənzil 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının mübahisəli mənzildən istifadə hüququ olsa da onunla Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən X.Cəfərovanın mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, ilkin iddiaçı 2003-cü ildə order əsasında qaynanası M.Cəfərovaya məxsus olan mənzilə gəlin köçmüş, orderdə ailə üzvü kimi onun adı qeyd olunmamışdır. Orderdə X.Cəfərovanın ailə üzvü kimi adı olmadığından və həmin vaxt ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığından onun mənzilin özəlləşdirilməsinə razılıq verməsinə zərurət olmamışdır. Mənzil isə 2019-cu ildə cavabdehin adına özəlləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tətbiqinə, yəni keçmiş ailə üzvü olan ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məxsus mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına zərurət yoxdur. Belə ki, işin hallarından görünür ki, ilkin iddiaçı qarşılıqlı iddiaçı ilə ayrıldığı vaxtdan valideynlərinə məxsus mənzildə yaşamaqla, mənzil sahəsinə ehtiyacı olan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan şəxslər kateqoriyasına aid deyil.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələri, Mülki Məcəllənin 228.1, 228.2, 228.5, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 304.4-cü maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşadığı öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd edir ki, münasibətlərin yarandığı 2003-cü ildə hazırki iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. 2003-cü ildə order əsasında qaynanası M.Cəfərovaya məxsus olması və mübahisəli mənzilin icarədarının və ailə üzvlərinin razılığı əsasında mənzilə gəlin köçməsini, 19-il ərzində həmin mənzildə yaşaması icarədarla və onun ailə üzvləri ilə birgə təsərrüfat idarə etməsi nəzərə alınmamışdır. Mübahisəli mənzil 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatna alınsa da həmin vaxta qədər mübahisəli mənzildə 2003-cü ildən 2020-ci ilə kimi cavabdehin anası ilə birgə təsərrüfat idarə edib yaşamışdır. Məhkəmə hesab edir ki, bu, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına istinad edilə bilməz. Hansı ki, 2003-cü ildə dövlət fondu olmuş mənzildə şifahi razılaşmanın olması kifayət etmişdir ki, onun mənzilə istifadə hüququ tanınsın. Mübahisəli mənzilə cavabdeh həyat yoldaşının iradə ifadəsi ilə yox, iddiaçının anası-X7 və onun ailə üzvlərinə razılığı əsasında köçmüşdür. Belə ki, mübahisəli mənzil 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərməsi barədə məhkəmənin dəlilləri əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının mübahisəli mənzildən istifadə hüququ olsa da onunla Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən X.Cəfərovanın mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, ilkin iddiaçı 2003-cü ildə order əsasında qaynanası M.Cəfərovaya məxsus olan mənzilə gəlin köçmüş, orderdə ailə üzvü kimi onun adı qeyd olunmamışdır. Orderdə X.Cəfərovanın ailə üzvü kimi adı olmadığından və həmin vaxt ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığından onun mənzilin özəlləşdirilməsinə razılıq verməsinə zərurət olmamışdır. Mənzil isə 2019-cu ildə cavabdehin adına özəlləşdirilmişdir. Bu barədə dəlilləri də əsassız hesab edir. Çünki, ailə münasibətlərinə xitam verilməsi və orderdə adının olmaması, qeydiyyatda olmamağı barədə mənzilin özəlləşdirilməsinə razılığının tələb olunmaması məhkəmədə işə baxılarkən istifadə hüququnun xitamına səbəb kimi əsas ola bilməz. Baxmayaraq ki, məhkəmədə mübahisəli Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi versə də bu əlavə məhkəmə tərfindən bu (iddia dəqiqləşmə) mülki işə əlavə edilməsindən imtina edildi. Məhkəmə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan respublikasi Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü tarixli qərarında göstərilən şərhə zidd olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasını yanlış tətbiq etmişdir. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olmasını nəzərə almamışdır. Tərəfindən istifadə hüququnun tanınması barədə iddia ərizəsinə dəqiqləşmə ərizəsi məhkəmə iclasında qəbul edilməmişdir. Belə etməklə məhkəmə prosessual hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraz onunla əsaslandırılmışdır ki, o, Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı 2 övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəkməsinin 2(060)-3144/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan övladlarının onun himayəsində qalması qət edilmişdir. 2022-ci ildən bugünə kimi uşaqlar onun himayəsindədir və onunla birgə yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsi işi hərtərəfli araşdırmış, yüksək hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, hətta Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının bacısının evinə köçməsi iddialarına da tənqidi yanaşaraq müəyyən etmişdir ki o, 2003-cü ildən hal-hazırda mülkiyyətində olan mənzildə yaşamışdır. Lakin mənzil 2019-cu ildən onun mülkiyyətimə keçdiyi üçün məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun "X.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin MK-nın xx.xx.2013-cü il tarixli qərarının AR Konstistusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Məhkəmə baxışı zamanı sübut etmişdir və işin hallarından da göründüyü kimi Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızı 2021-ci ildən uşaqlarını da ataraq mübahisəli mənzili tərk etmişdir. Onun məhkəmədə əmlaklarını tələb etməsi də onun mübahisəli mənzildə yaşamaq istəməməsi anlamına gəlir. O bu iddialarla ona əlavə pul qopartmaq istəyir. Çox təəssüf ki, bu məsələlərdə də uşaqlardan alət kimi istifadə edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə işin hallarına düzgün qiymət vermiş, ədalətli qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti tam əsassızdır. Apellyasiya şikayətinə istinad olunan işin hallarına və hüquqi normalarına Sumqayıt Şəhər Məhkəməsi tərəfindən geniş şəkildə şərh verilmişdir, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün heç bir hüquqi əsası yoxdur.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qızı cavabdehlə nikaha daxil olmuş, 2003-cü ildən 2020-ci ilədək mübahisəli mənzildə yaşamışdır. Həmin ev cavabdehin anasına məxsus olmuş, 2015-ci ildə anası öldükdən sonra cavabdeh evi mülkiyyətinə keçirmişdir. Cavabdehin bacısı öz evində yaşamış, qızı isə 26 nömrəli mənzilə gəlin köçmüş, orada yaşamağa başlamışdır. Qızının 2003-cü ildə 26 nömrəli mənzilə köçməyini təsdiq edən şahidləri var, eyni zamanda, mənzil kommunal istismar sahəsi də qızının mənzil 26-da yaşadığını təsdiq etmişdir. Qızının tələbi uşaqlarının yanına köçürülməsidir, iddia ərizəsindən səhvən uşaqlarla birgə mənzilə köçürülmə qeyd olunub. Uşaqlar ata ilə həmin mənzildə yaşayırlar. Qızı 2020-ci ildə həmin mənzildən çıxmışdır. Qızı ilə qaldığı ev iki otaqlıdır, iki qızı, əri və özü yaşayır, əri əsəb xəstəsidir, evin sahəsi az olduğundan birgə yaşaya bilmirlər. Cehiz əşyalarının çıxarılması barədə iddia tələbinə gəldikdə isə qeyd edir ki, cavabdeh evində onun qızına aid əmlakın olmadığını bildirdiyindən, bunu sübut eləmək üçün məhkəməyə ərizə vermişdir. Sonradan ərizəyə baxılmasını istəmədiklərindən ərizənin geri qaytarılmasını xahiş ediblər. Səbəb də o olub ki, həmin əmlakdan uşaqları istifadə etsinlər. Uşaqları həmin evdə yaşayır, qızı uşaqları ilə yaşamaq istəyir. Ona görə də iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəflə 2003-cü ildə nikaha daxil olmuş və Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 9/6, mənzil 24-də yaşamağa başlamışlar. Həmin mənzil isə bacısına məxsus olmuş, ünvan 1 ünvanında yerləşən əmlak isə anasına məxsus olmuşdur. Bacısının evi boş olduğundan, başqa yerdə kirayə mənzildə yaşamaqdansa, gəlini həmin ünvana gətirmişdir. 2015-ci ildə anası ölmüş, 2019-cu ildə qardaşı Rusiya Federasiyasına getmiş, evi ona vermişdir. 2020-ci ildən qarşı tərəf mənzil 26-ya qeydiyyata düşmüş, ailəliklə həmin evə köçmüşlər. Qarşı tərəf iddia tələbində uşaqlarla birlikdə həmin mənzilə köçürülməyini istəsə də uşaqlar məhkəmə qərarı ilə onunla həmin evdə yaşamaqdadırlar. Ona qarşı başqa əmlak tələbləri də iddia qaldırsalar da iddiaları təmin edilməmişdir. Bacısı 9-cu mikrorayonda üçotaqlı mənzildə yaşamışdır. Xəyalənin cehiz əşyaları hazırda yaşadığı mənzildədir. İddiaçının mənzildən istifadə hüququ yoxdur, lakin orada qeydiyyatdadır, ona görə qeydiyyatdan çıxarılma tələbi ilə iddia qaldırmışdır. İddiaçı hazırda atası evində atası, anası və bacısı ilə birgə yaşayır. İddiaçının cehiz əşyalarının evdən çıxarılması barədə məhkəmədə iddiası olub, lakin sonradan iddia baxılmamış saxlanılmışdır. İlk iddiaçının hazırkı iddianı qaldırmaqda da məqsədi ondan pul almaqdır.
İşdə olan sübutlar
15. DƏDK və RX Publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin 04 oktyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki, Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə X1 verilmişdir.
16. Mülkiyyət hüququna dair çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
17. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal Sahəsinin 329 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.2020-ci ildə ünvan 1 ünvanına qeydiyyata düşüb, halhazırda həmin mənzildə yaşamır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Xəyalə onun bacısı qızıdır. O, Xəyalənin 3 günlüyündə və uşağın 1 yaşı olanda Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən 26 saylı mənzildə olub. Xəyalənin baldızının 2 otaqlı üzbəüz evi var idi. Cehiz üçün köməklik lazım olduqda Elxanın bacısı kömək üçün gəlmişdi. Elxanın bacısının 2 uşağı var idi.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Xəyalənin yengəsi olub. Hazırda Elxanı yolda görsə üzdən tanımaz. Onu yalnız toyda görüb. Lakin o, Xəyalənin 3 günlüyündə gəlin getdiyi mənzildə olub. Ev 3 otaqlı ev idi. Evə mebel və servislər aparmışdılar.
20. İddia ərizəsindən, məhkəmə bildirişindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X2 Elxan Ağasəlim oğluna qarşı 2023-cü il tarixdə mübahisəli mənzildə olan əmlaklarının cavabdehdən alınması tələbinə dair iddia qaldırmış, lakin sonradan iddia ərizəsini geri götürməsi ilə əlaqədar iddia ərizəsi baxılmamış saxlanılmışdır.
Tətbiq edilən hüquq
21. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: 51.Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.
27. Birinci instansiya məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək, xx.xx.2019-cu il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını nəzərə alıb, mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyi üçün X5 Cavabdeh mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanılmadığı qənaətinə gəlmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin hallarına görə isə mübahisəli hüquq münasibəti Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X7 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə ilk iddia üzrə iddiaçının köçməsi ilə yaranmışdır. Buna görə də birinci instansiya məhkəməsi mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməli olduğu halda, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014cü il tarixli qərarında göstərilən hüquqi mövqe hüquq münasibətlərinin yarandığı zaman mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan evlə bağlı olmuşdur. Yəni, faktiki sahiblikdə və istifadədə olan ev üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Nəzərə alınmalıdır ki, mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan özbaşına tikili qismində evlərin tərkib hissəsindən istifadə hüququnun mövcudluğu da qanunvericiliklə tənzimlənməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməkdə səhvə yol vermişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı cavabehlə nikaha daxil olub, Sumqayıt şəhər XDS-in 31 mart 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X7 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə köçüb, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. 2019-cu il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə əlaqədar, mənzil ilk iddia üzrə cavabdehin xüsusi mülkiyyətinə keçmişdir ki, Mülki Məcəllənin 158.3cü maddəsinin tələbinə müvafiq olaraq ilk iddia üzrə iddiaçının həmin mənzil üzərində istifadə hüququ saxlanılmışdır. Lakin, işin mübahisəsiz halına əsasən tərəflər arasında ailə münasibətləri pisləşdiyindən, ilk iddia üzrə iddiaçı 2021-ci il tarixdə mübahisəli mənzildən çıxmış və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə daimi yaşamağa başlamışdır ki, bununla da xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddəsinin tələbinə əsasən ilk iddia üzrə iddiaçı mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçının 3 ilə yaxın olan müddətdə evdən çıxması, həmin müddətdə mübahisəli mənzilə köçməyə cəhd etməməsi onun həmin mənzildən müvvəqqəti deyil, daimi olaraq çıxmasını və öz yaşayış yerini başqa yerdə seçməsini göstərən hal hesab olunur. Bundan başqa iş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı 2023-cü il tarixdə cavabdehə qarşı iddia qaldıraraq, mübahisəli mənzildə olan əmlaklarının cavabdehdən alınmasını tələb etmiş, lakin sonradan iddia ərizəsini geri götürməsi ilə iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra isə hazırkı iddianı qaldırmışdır. İlk iddia üzrə iddiaçının qeyd olunan hərəkətləri də onun mübahisəli evdən daimi çıxmasını təsdiq etməkdədir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etsə də yuxarıda qeyd olunduğu kimi cavabdehin mübahisəli məzilə olan istifadə hüququ itirilmiş hesab olunduğundan qarşılıqlı iddiaçının hüquqi marağı, ilk iddia tələbinin təmin olunmamaqla, iddiası üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmiş və ya itirilmiş hesab edilməsindən ibarət olmuşdur.
33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-231/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 26 saylı mənzilə (Yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Lermontov küç, 68, M2, m3) olan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.