Məhkəmə qərarları › İş №2(012)-3115/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3115/2024

14.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3115/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 6 ədəd yastıq, 4 ədəd döşəkcə, 2 ədəd uşaq ədyalı, 1 ədəd döşək üzü, 2 ədəd böyük yorğan, 1 ədəd uşaq yorğanı, 1 ədəd xalça, 2 ədəd yataq örtüyü, 3 ədəd yastıq üzü, 1 ədəd pərdə, 4 ədəd yorğan çexolu, 6 ədəd prastina, 6 ədəd yastıq üzü, 3 ədəd qətvə, 1 ədəd uşaq qətvəsi, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd stolüstü süfrə, 3 ədəd kreslo üstü, 1 ədəd ütü stolu, 6 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 8 ədəd çəngəl, 5 ədəd yağ bıçağı, 1 ədəd böyük servis, 1 ədəd kiçik yağ qabı, 2 ədəd meyvə qabı, 1 ədəd uzun aş buludu, 2 ədəd yumru aş buludu, 5 ədəd dayaz boşqab, 6 ədəd dərin boşqab, 6 ədəd şirniyyat boşqabı, 6 ədəd salat boşqabı, 2 ədəd böyük salat qabı, 1 ədəd kiçik bulud, 1 ədəd böyük dəm çayniki, 2 ədəd pesok qabı, 6 ədəd qəhvə fincanı, 1 ədəd kompot qrafini, 5 ədəd yaşıl bəzəkli kompot stəkanı, 5 ədəd çəhrayı bəzəkli kompot stəkanı, 1 ədəd üç mərtəbəli konfet qabı, 1 ədəd kauçuk çörək qabı, 10 ədəd kiçik bəzəksiz armudu stəkan, 5 ədəd kiçik sarı bəzəkli armudu stəkan, 6 ədəd balaca qənd qabı, Altı qənd-konfet qabı 1 ədəd, 3 ədəd kauçuk qənd qabı, 3 ədəd mürəbbə üçün razetka, 5 ədəd sadə dayaz yemək boşqabı, 3 ədəd dərin boşqab, 6 ədəd kiçik salat pendir boşqabı, 2 ədəd kiçik kasa, 6 ədəd kauçuk duz qabı, 1 ədəd lüstur, 1 ədəd yataq mebeli (şifoner, taxt, termo, servant), 1 ədəd qənd kəlbətini, 1 ədəd ləpəçəkən maşın, 2 ədəd tava, 6 ədəd qazan, 1 ədəd sini, 1 ədəd aşsüzən, 6 ədəd qazan qapağı, 1 ədəd kəfkirdən ibarət olan cehiz əşyalarının onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 161 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 161 nömrəli ev onun şəxsi mülkiyyətindədir. Sözügedən mülkdə o, oğlu X2 və onun keçmiş həyat yoldaşı Cavabdeh yaşamışdır. Lakin xasiyyətləri uyğun gəlmədiyinə görə oğlu Sadiq Rəhimov ilə Cavabdeh arasında 29 may 2007-ci tarixdə bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-1097/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Artıq 8 ildir ki, cavabdeh evi tərk etmişdir, lakin cavabdehə məxsus cehiz əşyaları hazırki vaxta qədər onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 161 nömrəli evdə qalmışdır. Bu səbəbdən də o, öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir. Çünki cavabdehə məxsus cehiz əşyaları, demək olar ki, onun mənzildən normal istifadəsinə mane olur. Bu da onun dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə məxsus cehiz əşyaları aşağıdakılardan ibarətdir: 6 ədəd yastıq, 4 ədəd döşəkcə, 2 ədəd uşaq ədyalı, 1 ədəd döşək üzü, 2 ədəd böyük yorğan, 1 ədəd uşaq yorğanı, 1 ədəd xalça, 2 ədəd yataq örtüyü, 3 ədəd yastıq üzü, 1 ədəd pərdə, 4 ədəd yorğan çexolu, 6 ədəd prastina, 6 ədəd yastıq üzü, 3 ədəd qətvə, 1 ədəd uşaq qətvəsi, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd stolüstü süfrə, 3 ədəd kreslo üstü, 1 ədəd ütü stolu, 6 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 8 ədəd çəngəl, 5 ədəd yağ bıçağı, 1 ədəd böyük servis, 1 ədəd kiçik yağ qabı, 2 ədəd meyvə qabı, 1 ədəd uzun aş buludu, 2 ədəd yumru aş buludu, 5 ədəd dayaz boşqab, 6 ədəd dərin boşqab, 6 ədəd şirniyyat boşqabı, 6 ədəd salat boşqabı, 2 ədəd böyük salat qabı, 1 ədəd kiçik bulud, 1 ədəd böyük dəm çayniki, 2 ədəd pesok qabı, 6 ədəd qəhvə fincanı, 1 ədəd kompot qrafini, 5 ədəd yaşıl bəzəkli kompot stəkanı, 5 ədəd çəhrayı bəzəkli kompot stəkanı, 1 ədəd üç mərtəbəli konfet qabı, 1 ədəd kauçuk çörək qabı, 10 ədəd kiçik bəzəksiz armudu stəkan, 5 ədəd kiçik sarı bəzəkli armudu stəkan, 6 ədəd balaca qənd qabı, Altı qənd-konfet qabı 1 ədəd, 3 ədəd kauçuk qənd qabı, 3 ədəd mürəbbə üçün razetka, 5 ədəd sadə dayaz yemək boşqabı, 3 ədəd dərin boşqab, 6 ədəd kiçik salat pendir boşqabı, 2 ədəd kiçik kasa, 6 ədəd kauçuk duz qabı, 1 ədəd lüstur, 1 ədəd yataq mebeli (şifoner, taxt, termo, servant), 1 ədəd qənd kəlbətini, 1 ədəd ləpəçəkən maşın, 2 ədəd tava, 6 ədəd qazan, 1 ədəd sini, 1 ədəd aşsüzən, 6 ədəd qazan qapağı, 1 ədəd kəfkir. Bundan əlavə o, qeyd edir ki, cavabdeh ilə onun oğlunun birgə nikahdan bir qız və bir oğul övladı vardır. Hazırda oğlan nəvəsi onlarla birlikdə yaşayır, qız nəvəsi isə cavabdehin yanında qalır, cavabdeh oğlu ilə maraqlanmır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən, yaşayış sahəsi 26,6 kv.metr, köməkçi sahəsi 26,6 kv.metr olan, iki otaqdan ibarət 161 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 saylı qərarına əsasən qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 29 avqust 2018-ci il tarixdə verilmiş AZ-İ № 296497 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və Cavabdeh nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 216 № ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən, yaşayış sahəsi 26,6 kv.metr, köməkçi sahəsi 26,6 kv.metr olan, iki otaqdan ibarət 161 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 saylı qərarına əsasən qeydə alınmışdır. Cavabdeh iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və cehiz əşyalarını iddiaçının mülkiyyətində olan evdən götürməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş Cavabdeh məxsus 62 adda cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 161 nömrəli evdən çıxarılmalıdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 152,157-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus 6 ədəd yastıq, 4 ədəd döşəkcə, 2 ədəd uşaq ədyalı, 1 ədəd döşək üzü, 2 ədəd böyük yorğan, 1 ədəd uşaq yorğanı, 1 ədəd xalça, 2 ədəd yataq örtüyü, 3 ədəd yastıq üzü, 1 ədəd pərdə, 4 ədəd yorğan çexolu, 6 ədəd prastina, 6 ədəd yastıq üzü, 3 ədəd qətvə, 1 ədəd uşaq qətvəsi, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd stolüstü süfrə, 3 ədəd kreslo üstü, 1 ədəd ütü stolu, 6 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 8 ədəd çəngəl, 5 ədəd yağ bıçağı, 1 ədəd böyük servis, 1 ədəd kiçik yağ qabı, 2 ədəd meyvə qabı, 1 ədəd uzun aş buludu, 2 ədəd yumru aş buludu, 5 ədəd dayaz boşqab, 6 ədəd dərin boşqab, 6 ədəd şirniyyat boşqabı, 6 ədəd salat boşqabı, 2 ədəd böyük salat qabı, 1 ədəd kiçik bulud, 1 ədəd böyük dəm çayniki, 2 ədəd pesok qabı, 6 ədəd qəhvə fincanı, 1 ədəd kompot qrafini, 5 ədəd yaşıl bəzəkli kompot stəkanı, 5 ədəd çəhrayı bəzəkli kompot stəkanı, 1 ədəd üç mərtəbəli konfet qabı, 1 ədəd kauçuk çörək qabı, 10 ədəd kiçik bəzəksiz armudu stəkan, 5 ədəd kiçik sarı bəzəkli armudu stəkan, 6 ədəd balaca qənd qabı, Altı qənd-konfet qabı 1 ədəd, 3 ədəd kauçuk qənd qabı, 3 ədəd mürəbbə üçün razetka, 5 ədəd sadə dayaz yemək boşqabı, 3 ədəd dərin boşqab, 6 ədəd kiçik salat pendir boşqabı, 2 ədəd kiçik kasa, 6 ədəd kauçuk duz qabı, 1 ədəd lüstur, 1 ədəd yataq mebeli (şifoner, taxt, termo, servant), 1 ədəd qənd kəlbətini, 1 ədəd ləpəçəkən maşın, 2 ədəd tava, 6 ədəd qazan, 1 ədəd sini, 1 ədəd aşsüzən, 6 ədəd qazan qapağı, 1 ədəd kəfkirdən ibarət olan cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 161 nömrəli evdən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar