Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3118/2023 01.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt Regional «ASAN Xdimət» Mərkəzində Qeydiyyat Şöbəsi nə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxx 1957-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə düzəliş barədə ərizə göndərərək bildirmişdir ki, ərizədə onun ailə üzvləriylə birlikdə 1975-ci il əvəzinə 1955-ci il tarixdə yaşadıqları yerdən köçüb Azərbaycana gəldikləri qeyd olunmuşdur. Odur ki, o, göstərilən düzəlişin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndində anadan olmuşdur. Onun doğumu həmin rayonda qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. O, ailə üzvləriylə birlikdə 1975-ci il tarixdə yaşadıqları yerdən köçərək Azərbaycana gəlmişdir. Sonradan ona məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. O, 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən mürtaciətinin təmin edilməsindən imtina edilmişdir. 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi mənə doğum haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamə olmadan vərəsəlik işlərində iştirak edə bilmir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional «ASAN Xdimət» Mərkəzində Qeydiyyat Şöbəsi nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 ifadəsində göstərdi ki, o, Ərizəçi həyat yoldaşıdır. Onlar arasında 1980-ci ildə Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndində rəsmi nikah bağlanmışdır. Ailə qurduqdan sonra onlar Bakıya gəlmişlər. O, ailə qurand artıq qaynX2 vəfat etmiş, qaynanası X4 isə sağ olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsinin necə itməsi ona məlum deyildir. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi xx xxxxxx 1957-ci ildə Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndində anadan olmuşdur. X2, anası isə X3r. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin onlara məlum olmayan səbəblərdən itmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. İş materiallarında olan İ-СЛ № 403638 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X4 arasında 25 aprel 1955-ci il tarixli, 2 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan ЗЖ № 776880 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 13 aprel 1955-ci ildə anadan olmuşdur. X2, anası isə X3r. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 704922 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 01 yanvar 1965-ci ildə ölmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 636194 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 18 oktyabr 2013-cü ildə ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndində anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X6, anasının isə X4 olması faktı ərizəçinin izahatı, şahid ifadələr ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx xxxxxx 1957ci il, doğulduğu yer Ermənistan Respublikası, Sisyan rayonunun Sofulu kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X4” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3118/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3118/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver