Məhkəmə qərarları › İş №2(012)-3138/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3138/2025

20.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3138/2025 20.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında ərizə təqdim edərək, hazırda zərurət yarandığından mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılaraq qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********36 nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu “ASAN ödəniş” sistemi vasitəsilə xx.xx.2025-ci ildə saat 09:29-da Dövlət Büdcəsinə ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu X9 vasitəsilə xx.xx.2025-ci ildə saat 11:13-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qaytarılsın. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair 2(012)-3138/2025 saylı mülki iş üzrə “ASAN ödəniş” sistemi vasitəsilə xx.xx.2025-ci il tarixli, **********36 nömrəli qəbzdən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı, X9 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar