Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3146/2024 26.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 onun atası X8 bibisi (mərhum babası X5 bacısı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi onun, mərhum babası X5, X1 və atasının bibisi (babası X5 bacısı) Məsumə Ağamirzə qızının paylı mülkiyyətindədir. Bu mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********53 nömrə ilə qeydə alınmış və bununla bağlı daşınmaz əmlakın dövlət reyesrindən çıxarış verilmişdir. Atasının bibisi (babası X5 bacısı) Məsumə Ağamirzə qızı 13 fevral 2004-cü il tarixdə, babası X9 15 may 2005-ci il tarixdə, nənəsi X4 isə 25 aprel 2008-ci il tarixdə rəhmətə getmişlər. Hər birinin ölümü haqqında şəhadətnamə alınmışdır. Məsumə Ağamirzə qızı ailə qurmamış və övladı olmamışdır. Məsumə Ağamirzə qızının babası Əliağa Ağayevdən başqa bacısı və qardaşı olmamışdır. Həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsi və sahibliyindədir. Atasının bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə o, bu şəxslə qohumluğumu sübut edib onun vərəsəsi ola bilmir. Yuxardıa qeyd edilən torpaq sahəsi üzərində atasının bibisinin mülkiyyət hüququ vərəsəlik qaydasında ona keçməlidir. Buna görə də qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi İddiaçı iştirak etdiyi məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Cavabdehnə məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X14 göstərdi ki, ərizəçinin anasıdır. 1980ci ildən bu ailənin gəlinidir. Məsumə Ağamirzə qızı onun mərhum əri Zahibin bibisi idi. O, ailə qurmamışdı və övladı yox idi. 2004-cü ildə o, Novxanı kəndində, ailəyə məxsus evdə vəfat etmişdir. Digər şahid X10 məhkəmə iclasında ifadəsində göstərdi ki, ərizəçinin atası Zahib onun qardaşıdır. X11 onun bibisi olmuşdur. O, 2004-cü ildə ölmüşdür. Heç bir uşağı yox idi, ərə getməmişdir. Məhkəmə ərizəçini və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AA 186783 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1926-cı ildə anadan olmuşdur. Atası Ağamirzə, anası Zəhradır. İşdə olan 374833 saylı nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X13 xx.xx.1980-ci il tarixdə nikaha girmişlər və nikah Bakı Səadət Sarayında 1129 sayla qeydə alınmışdır. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan 343966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X7 birgə nikahından xx.xx.1984-cü il tarixdə Xalid adlı uşaq olmuşdur. İşdə olan AZ-İ 148047 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 may 2005-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 273179 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 aprel 2008-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 077356 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məsumə Ağamirzə qızı 13 fevral 2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********53 qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı, X5, X1 və Məsumə Ağamirzə qızının ümumi paylı mükiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Qərarın 2.1-c bəndində göstəilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qərarın 2.3-cü bəndinə görə qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. İşdən görünür ki, Məsumə Ağamirzə qızı 13 fevral 2004-cü il tarixdə ölmüş və onun mülkiyyətində (ümumi birgə) Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi miras qalmışdır. X3 (qardaşı) adlı 1 vərəsəsi qalmışdır (İ növbə). X2 15 may 2005ci il tarixdə ölmüş, onun isə X4 adlı vərəsəsi qalmış, o da 25 aprel 2008-ci il tarixdə ölmüşdür. Ümumiyyətlə, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçilərindən hazırda yalnız İddiaçı sağdır. O, hazırki ərizə ilə məhkəməyə müraciət edərək, X6 onun atası X8 bibisi (mərhum babası X5 bacısı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu faktın təsdiq edilməsi ona yuxarıda qeyd edilən əmlakın miras kimi adına qeyd edilməsi üçün zəruridir. Məhkəmə iclasında müəyyən edildi ki, Məsumə Ağamirzə qızı ərizəçinin babası X5 bacısı olmuşdur. Bu fakt işdəki mötəbər sübutlarla, habelə şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, hazırki faktın təsdiq edilməsi ərizəçi ilə X11 arasındakı qohumluq münasibətlərinin hüquqi nəticəyə, yəni miras əmlakın ərizəçinin adına keçirilməsinə səbəb olduğundan zəruridir. İşdən həmçinin görünür ki, İddiaçı X6 İİ növbə vərəsəsidir və əvvəlki növbə vərəsələri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən birinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi ərizəçinin, onun mərhum babası X5, nənəsi X1 və atasının bibisi (babası X5 bacısı) Məsumə Ağamirzə qızının paylı mülkiyyətindədir. Atasının bibisi (babası X5 bacısı) Məsumə Ağamirzə qızı 13 fevral 2004cü il tarixdə, babası X9 15 may 2005-ci il tarixdə, nənəsi X4 isə 25 aprel 2008-ci il tarixdə ölmüşdür. Məsumə Ağamirzə qızı ailə qurmamış və övladı olmamışdır. Məsumə Ağamirzə qızının ərizəçinin babası Əliağa Ağayevdən başqa bacısı və qardaşı olmamışdır. Həmin torpaq sahəsi faktiki olaraq ərizəçinin istifadəsi və sahibliyindədir. Atasının bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə o, bu şəxslə qohumluğunu sübut edə bilmir. Halbuki bu qohumluq münasibəti ona yuxarıda qeyd edilən torpaq sahəsi üzərində atasının bibisinin mülkiyyət hüququ vərəsəlik qaydasında ona keçməsi üçün zəruridir. Mübahisə məhkəmədə araşdırılarkən hər hansı şəxs tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 ərizəçinin atası X8 bibisi (mərhum babası X5 bacısı) olması faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 İddiaçı (İİ dərəcə vərəsə) atası X8 bibisi (mərhum babası X5 bacısı) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3146/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3146/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver