Məhkəmə qərarları › İş №2(012)-3159/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3159/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3159/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqaviləyə əsasən alınmış mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqaviləyə əsasən alınmış mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə bağlanmış 27 yanvar 2020-ci il tarixli müqavilə əsasında ona satılmış ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blokunun, 11ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan, 2 otaqdan ibarət, 325 saylı mənzildən Cavabdeh2 çıxarılması, mənzilin boşaldılıb, Cavabdeh1 MMC-dən alınaraq, onun istifadə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə bağlanmış 27 yanvar 2020-ci il tarixli, 115 saylı müqaviləyə əsasən Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1 ünvanda yerləşən Cavabdeh1 MMC-yə məxsus 5-ci blok, 11-ci mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 325 saylı mənzilin dəyəri olan 43000 manat məbləği xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-yə tam ödəyib, maliyyə arayışı alsa da, səhhəti ilə bağlı xarici ölkədə müalicə olunduğu üçün bu mənzilə baş çəkə bilməmişdir. Nəhayət, 2023-cü ilin aprel ayında ona məlum olmuşdur ki, həmin mənzil Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Halbuki onunla bağlanmış müqaviləyə əsasən ona məxsus 105 saylı mənzil Cavabdeh1 MMC-nin sonradan həmin ünvanda tikdiyi beş mərtəbəli binada yerləşir. Mənzilin boşaldılıb ona təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, bu səbəbdən də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh1 MMC ilə bağlanmış 27 yanvar 2020-ci il tarixli müqavilə əsasında ona satılmış ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blokunun, 11ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan, 2 otaqdan ibarət, 325 saylı mənzildən Cavabdeh2 çıxarılması, mənzilin boşaldılıb, Cavabdeh1 MMC-dən alınaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, mübahisəli mənzil əvvəlcə iddiaçıya satılmış, lakin sonradan o, MMC-yə müraciət edərək mənzilin satışa çıxarılmasını xahiş etmiş, buna əsasən də mənzil MMC tərəfindən 2020-ci ilin aprel ayında Cavabdeh2 satılmışdır. Hazırda MMC-nin bütün sənədləri Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduğu üçün mənzillə bağlı ətraflı məlumat verə bilmir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və onun təmin olunmasına etiraz etmədi. O bildirdi ki, hazırda onun istifadəsində olan mənzil MMC tərəfindən səhv edilərək ona satılmışdır. Mənzilin təmirinə çəkdiyi xərci iddiaçı ona ödəmişdir. Bu səbəbdən onun artıq həmin mənzilə dair heç bir iddiası yoxdur. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan mənzil tikintisi haqqında 115 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 11-ci mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 325 saylı mənzilin 43000 manata (1 kv.metri 555 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 11-ci mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 325 saylı mənzilə görə Cavabdeh1 MMC-yə 43000 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan mənzil tikintisi haqqında 105 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 9-cu mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 105 saylı mənzilin 44000 manata (1 kv.metri 568,76 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 9-cu mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 105 saylı mənzilə görə Cavabdeh1 MMC-yə 44000 manat ödəmişdir və heç bir borcu yoxdur. İşdə olan xx.xx.2021-ci il tarixli sayğac ödəniş qəbzindən görünür ki, Cavabdeh2 105 saylı mənzilə kommunal xidmət sayğaclarının quraşdırılması üçün Cavabdeh1 MMC-yə 1100 manat vəsait ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 "xxxx" MMC tərəfindən ona satılmış Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvandakı çoxmənzılli yaşayış binasının 5-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan 105 nömrəli mənzilin İddiaçı satılmasına dair müraciəti “FAM-88" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 3, 178.2.4, 178.3.2, 308.1, 308.2, 313 və 314-2.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Əlavə olaraq bildirilir ki, cinayət işinin materiallarında “FAM-88" MMC tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan 325 nömrəli mənzilə dair hər hansı sənəd mövcud deyil. Mübahisəli mənzilə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 11-ci mərtəbəsi, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 325 saylı mənzil hazırda Cavabdeh2 faktiki istifadəsindədir. Mənzil istifadəyə qismən yararlıdır. 105 saylı, xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən 105 saylı mənzil isə eyni binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, 115 saylı, xx.xx.2020-ci il tarixli müqavilə ilə Cavabdeh1 MMC ilə İddiaçı arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 11-ci mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 325 saylı mənzilin 43000 manata (1 kv.metri 555 manata) satılması barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı mübahisə predmetini 325 saylı mənzil təşkil edir və o, 5-ci blokun 11-ci mərtəbəsində yerləşir. İddiaçı iddia edir ki, bu mənzili Cavabdeh2 qanunsuz əsaslarla zəbt etmişdir və oradan çıxarılmalıdır. Qeyd edildiyi kimi, mənzil tikintisi haqqında 105 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, o, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 9-cu mərtəbə, 77,36 kv.metr sahəsi olan, iki otaqlı, 105 saylı mənzilin 44000 manata (1 kv.metri 568,76 manata) satılması barədədir. Müqavilənin predmetini təşkil edən mənzilin nömrəsi 105-dir və o, 5-ci blokun 9-cu mərtəbəsində yerləşir. Cavabdeh2 isə iddia edir ki, onun istifadə etdiyi mənzil məhz bu müqavilədə göstərilən mənzildir. Yerli baxış zamanı müəyyən edildi ki, Cavabdeh2 istifadəsində olan mənzil binanın 5ci blokunun 11-ci mərtəbəsində yerləşir və nömrəsi 325-dir. Eyni binanın 105 saylı mənzili isə 2-ci blokun 9-cu mərtəbəsində yerləşir. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 istifadə etdiyi mənzilin məhz İddiaçı məxsus əmlak olduğunu qəbul edir və onun təmirinə xərclənmiş vəsaiti iddiaçıdan qəbul etmişdir. İşin bu hallarına qiymət verərək məhkəmə hesab edir ki, qeyd edilən mənzillə bağlı artıq Cavabdeh2 və İddiaçı arasında mübahisə yoxdur. Bu mənzillə bağlı iddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlandığından və həmin müqavilə hazırda qüvvədə olduğundan iddia qismən təmin edilməli, Cavabdeh1 MMC ilə bağlanmış 27 yanvar 2020ci il tarixli müqavilə əsasında iddiaçıya satılmış ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blokunun, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan, 2 otaqdan ibarət, 325 saylı mənzildən Cavabdeh2 çıxarılmalı, həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Mübahisəli mənzilin iddiaçının müraciətindən sonra Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 satılması barədə MMC-nin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Cavabdeh1 MMC bu halları təsdiq edən mötəbər sənədləri (mənzilin qaytarılması barədə ərizə, pul vəsaitinin ödənilməsi barədə kassa məxaric orderi, qəbz və s.) məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blokunun, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,36 kv.metr olan, 2 otaqdan ibarət, 325 saylı mənzildən Cavabdeh2 çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar