Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-316/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-535/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X10, X7, Qurbanov Həsən Babaş oğlu və Cavabdeh2 müştərək qaydada 76942.25 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-6703/2017 saylı qətnaməsi ilə cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2. X1 rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzilində hazırki vaxtadək qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olur. Bununla yanaşı həmin mənzildə qeydiyyatda olan, həmçinin keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan uşaqları, yəni xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X11 qeydiyyatdadır, lakin qanuna müvafiq olaraq onların yaşayış yeri qanuni nümayəndələrinin yaşayış yeri sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 5-in mülkiyyətçisi İddiaçı QSC-dir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN- Sumqayıt tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.1997-ci il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, 24cü məhəllə, ev 2, mənzil 5-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-535/2017 saylı qətnaməsi ilə borc tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-6703/2017 saylı qətnaməsi ilə cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilsə də, həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin, 5 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir. Bir ailə üzvü olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 həmin evə olan istifadə hüquqlarını artıq itirsələr də, hələ də orada qeydiyyatdadırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin 5 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və X3 İddiaçı QSC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin 5 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 2 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-316/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-316/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver