Məhkəmə qərarları › İş №2(012)-3161/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3161/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3161/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə vəfat etmiş mərhum atası X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, 22 saylı evi faktiki qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X17 xx.xx.1993-cü ildə infarkt səbəbindən dünyasını dəyişmişdir. Atasından ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak miras qalmışdır. Mərhum anası X6 isə xx.xx.1997-ci ildə dünyasını dəyişmişdir. Atasının vərəsələri kimi o, qardaşı Maraqlı şəxs3, bacıları Maraqlı şəxs4 və Maraqlı şəxs2 qalmışlar. xx.xx.2022-ci il tarixli, 7-E-791 saylı etibarnamədən görünür ki, Maraqlı şəxs2 özünün miras əmlaka dair hüququnu ona etibar etmişdir. Abşeron RİH Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 252 saylı. xx.xx.2023-cü il tarixli arayışından görünür ki. mərhum atası vəfat edən günədək qardaşı Maraqlı şəxs3 ilə birlikdə yaşamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 7E-14793 saylı etibarnamədən görünür ki, qardaşı mirasa dair hüquqlarını ona etibar etmişdir. xx.xx.2022-ci il tarixli. 8İ-12473 saylı ərizədən isə görünür ki, bacısı Maraqlı şəxs4 miras əmlakdan imtina etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisinin 1507 saylı. xx.xx.20223cü il tarixli qərarından görünür ki, notariat orqanı miras əmlaka dair vərəsəlik işi açmaqdan və qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 ərizəyə uyğun izahat verərək bildirdilər ki, həqiqətən mübahisəli ev atalarına məxsus olmuş, onun ölümündən sonra isə qardaşları Ərizəçi tərəfindən idarə edilmişdir. Bütün bacı-qardaşlar bu faktla razılaşmışlar. Onlar ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxslər Abşeron rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi və Maraqlı şəxs2 səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 252 saylı arayışdan görünür ki, X17 vəfat etdiyi xx.xx.1993-cü il tarixədək ünvan 1 ünvanında xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs3 ilə birgə yaşamışdır. İşdə olan mart 1987-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 155,2 kv.metrlik, 1 mərtəbəli evin mülkiyyətçisi X11r. İşdə olan evlənmək haqqında 229164 saylı şəhadətnamənin surətindən görünür ki, X17 ilə Fatmaxanım Yəhya qızı xx.xx.1954-cü il tarixdə evlənmişlər. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında 183077, 687579, 078527 və 048114 saylı şəhadətnamələrdən görünür ki, X17 ilə X4 nikahından xx.xx.1955-ci ildə X12, xx.xx.1958ci ildə Ərizəçi, xx.xx.1960-cı ildə X13 və xx.xx.1962-ci ildə Maraqlı şəxs3 olmuşdur. İşdə olan ölüm haqqında 436606 saylı şəhadətnamədən görünür ki, X17 xx.xx.1993cü ildə ölmüşdür. İşdə olan ölüm haqqında 488149 saylı şəhadətnamədən görünür ki, X6 xx.xx.1997-ci ildə ölmüşdür. İşdə olan Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1507 saylı qərarından görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə vəfat etmiş atası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Ərizə qanunla nəzərdə tutulan müddət ərzində verilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat harəkətini aparmaqdan imtina edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Maraqlı şəxs2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və ya daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq- hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı və təqdim etməyi, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklarda və onların filiallarında nümayəndə olmağı, bütün bank əməliyyatlarını aparmağı, adına hesablaşma və valyuta hesabı açmağı, ona məxsus hesabdan istifadə etməyi, həmin hesabların üzərində sərəncam verməyi, həmin hesablardan istədiyi məbləğdə pul çıxarmağı, həmin hesablara pul qoymağı, digər hesablara pul köçürməyi, faizi götürməyi, hesabları bağlamağı, bank kartını və çek kitabçasını almağı, buna dair imza etməyi, ona çatası məbləği almağı, aldığına dair imza etməyi, faizləri və ödənişləri ödəməyi, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, çıxarışlar almağı, bank müqavilələri bağlamağı, müqaviləni ləğv etməyi, buna dair imza etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, həmçinin Maliyyə orqanlarında, Məşğulluq orqanlarında, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, Notariat ofislərində, “ASAN” Xidmət Mərkəzlərində, qeydiyyat orqanlarında təkrar doğum haqqında şəhadətnaməmi almağı, hərbi komissarlıqda istənilən bütün qanuni hərəkətləri etməyi, sənəd təhvil alıb təhvil verməyi, hərbi biletlə bağlı bütün zəruri hərəkətləri etməyi, əlillik kartı ilə əlaqədar işləri aparmağı, təhvil almağı, Asan Kommunal mərkəzlərində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində və müvafiq Ərazi İdarəsində və digər aidiyyəti orqanlarda daşınmaz əmlakın sənədləşməsinə və özəlləşməsinə dair lazimlı sənədləri təqdim etməyi və almağı, nümayəndə olmağı, qeydiyyatda olduğu adresdə kommunalı öz üzərinə almağı, ona çatası çıxarışı, texniki pasportu, şəhadətnaməni, arayış forma №1 almağı, aldığına dair imza etməyi, adından ərizə verməyi, ərizədə imza etməyi, rüsum ödəməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri Ərizəçi etibar edir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs4 xx.xx.1993-cü ildə vəfat etmiş atası X7 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Mülki Məcəllənin 1268-ci maddəsi notarius tərəfindən ona izah edilmişdir. İşdə olan AR-İİ 885604 saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Maraqlı şəxs3 miras qəbul etməyi və yaxud ondan imtina etməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı Ərizəçi etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 542 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, keçmiş Oktyabr küçəsi hazırda 20 Yanvar küçəsi adlanır. İşdə olan xx.xx.2023-cü il tarixli, 315 saylı arayışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabına əsasən ünvan 3 ünvanında yaşamış mərhum X8 ailə üzvləri bunlardır: Ərizəçi - 1958-ci il, X1 - 1959-cu il, X15 - 1990-cı il, Maraqlı şəxs3 - 1962-ci il, X20 - 1990-cı il, X18 - 1982-ci il, X9 - 1982-ci il, X16 - 2009-cu il və X19 - 2013cü il təvəllüdlü. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X17 xx.xx.1993-cü il tarixdə ölmüş və onun mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar (keçmiş Oktyabr) küçəsində yerləşən 22 saylı ev miras qalmışdır. X2 (xx.xx.1997-ci ildə ölmüşdür), X12, Ərizəçi, X13 və Maraqlı şəxs3 adlı 5 vərəsəsi qalmışdır (İ növbə). Lakin M.P.Əliyevin ölümündən sonra ondan miras qalmış əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsələr buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 vərəsəsi Ərizəçi onun miras əmlakı olan Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən 22 saylı evə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. İş məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən atası X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən 22 saylı evə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən 22 saylı evdən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar