Məhkəmə qərarları › İş №2(012)-3166/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3166/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3166/2023 23.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X7, X5, X3 və X1 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evi 10 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adlı şəxsdən almışdır. Həmin evdə onun öladıv Cavabdeh1, nəvələri xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və digər övladı Cavabdeh3 qeydiyyatdadır. Bildirir ki, cavabdehlərin hər biri daimi olaraq ölkədən kənarda yaşayırlar. Belə ki, övladı Cavabdeh1 öz həyat yoldaşı və uşaqları ilə birlikdə Almaniyada, digər övladı Cavabdeh3 isə Türkiyədə yaşayır. Həmin evdə cavabdehlərin heç bir əşyası qalmamışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, o, iddianı qəbul edir və onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadə hüququna xitam verilməsinə razıdır. Cavabdeh2 məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, o, iddia tələbini qəbul edir. Odur ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh3 tərəfindən Türkiyədən göndərilmiş razılıq ərizəsinə əsasən, o, iddianı qəbul edir və onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə razıdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, *** **** №-li çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan Sumqayıt tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X7, X5, X3 və X2 da qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, *** **** №-li çıxarışından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin iş materiallarında olan Asan Sumqayıt tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X7, X5, X3 və X2 da qeydiyyatdadır, lakin cavabdehlərin həmin mənzildə yaşaması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehlərin fərdi yaşayış evi üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları X7, X5, X3 və X1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəsul Rza küçəsi, döngə 4, ev 13A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar