Məhkəmə qərarları › İş №2(012)-318/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-318/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-318/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh MTK-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin, mənzilin təmirinin və təmiri ilə bağlı arakəsmələrin, mənzilin giriş qapısının içəri deyil, çölə açılmasının iddiaçının razılığına əsasən yerinə yetirilməsi vəzifəsinin və mənzilin sahəsinin müqaviləyə uyğun 71,5 kv.m olaraq təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə 02 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə mənim aramda bağlanılmış 10 avqust 2019-cu il tarixli müqavilə üzrə bütün öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsi vəzifəsinin; ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku. 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71.5 kv.m. olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin, mənzilin giriş qapısının içəri və ya çölə açılmasının ınənim'razıhğıma əsasən yerinə yetirilməsi vəzifəsinin; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin, müqaviləyə u; 1 71,5 kv.m. olaraq təhvil verilməsi vəzifəsinin; Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanılmış 10 avqust 2019-cu il tarixli müqavilə üzrə bütün öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsi vəzifəsinin; ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.m. olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin, mənzilin giriş qapısının içəri deyil, çölə açılmasının iddiaçının razılığına əsasən yerinə yetirilməsi vəzifəsinin; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin, müqaviləyə uyğun 71,5 kv.m. olaraq təhvil verilməsi vəzifəsinin; Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 104 saylı yaşayış binasının söküntüsünü və həmin binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirmək məqsədilə, nəzərdə tutulmuş binada mülkiyyətçilərin, bina sakinlərinin mülkiyyətində olan mənzillərin əvəzinə tam təmirli yeni mənzillərin verilməsini öhdəsinə götürmüş və onlarla müvafiq müqavilələr bağlamışdır. Sökülməsi nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsi ev 104-də İddiaçı xüsusi mülkiyyətində olan 45 saylı mənzil olmuşdur. Cavabdeh MTK ilə iddiaçı arasında 08 avqust 2019-cu il tarixdə və 10 avqust 2019-cu il tarixdə müqavilələr bağlanılmışdır. Hal-hazırda qeyd edilən 104 saylı yaşayış binası sökülmüş, yerinə Cavabdeh MTK tərəfindən yeni bina inşa edilərək, bizə veriləcək mənzillərin təmir işləri MTK tərəfindən həyata keçirilir. Cavabdeh MTK 10 avqust 2019-cu il tarixli müqavilələrin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmir. Belə ki, müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71.5 kv.m. olan 2 otaqlı mənzil tam təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh MTK müqavilə şərtlərinə əsasən mənzilin təmiri vaxtı daxili divar arakəsmələrini xxxx razılığına əsasən yerinə yetirəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçıya verilməli olan həmin mənzilin təmiri zamanı aydın olmuşdur ki, MTK müqavilə şərtlərinə əməl etməyərək öz istəyinə uyğun mənzilin daxili divar arakəsmələrini hörür. Həmçinin Cavabdeh” MTK ilə iddiaçı arasında bağlanılmış 10 avqust 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbədə, sahəsi 71,5 kv.m. olan 70 nömrəli mənzil təhvil verilməsi nəzərdə tutulsa da, mənzilin faktiki sahəsi müqavilədə nəzərdə tutulan sahədən 2 kv.m. azdır. Bundan başqa, iddiaçı mənzilə rahat daxil ola bilmədiyinə görə mənzilin giriş qapısının içəri deyil, çölə açılmasını tələb etmişdir. Lakin cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin giriş qapısının çölə açılmasına etiraz edərək, buna maneə yaradır. Halbuki, iddiaçıya məxsus olan mənzilin giriş qapısının çölə açılması başqa şəxslərin hüquqlarını pozmur. Odur ki, Cavabdeh MTK-nə müqavilə şərtlərinə əməl edilməsi barədə edilən müraciətlərə heç bir məhəl qoymur, müqavilənin şərtlərini pozmaqda davam edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku. 3-cü mərtəbə, 70 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi faktiki olaraq 71,5 kvadratmetrdir. Sözügedən ev artıq İddiaçı təhvil verilmişdir. Əgər o, mərtəbədə hər kəsin mənzilinin qapısı çölə açılırsa, o zaman iddiaçının mənzilinin qapısının çölə açılması təmin ediləcəkdir. Müqavilədə olan arakəsmələrin xxxx razılığına əsasən müəyyənləşdirilməsi məsələsinə gəldikdə isə arakəsmədə cüzi dəyişiklik edə bilərlər. Divar arakəsmələri layihəyə uyğundur. Müqavilədə olan arakəsmələrlə bağlı bənd düzgün deyildir. O, ekspertizanın keçirilməsini tələb edir. Həmçinin o, iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında ********* №-li 10 avqust 2019-cu il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış ********* №-li 10 avqust 2019-cu il tarixli müqavilənin şərti ondan ibarətdir ki, “MTK” pay qismində çıxış edən ünvan 6 ünvanda tikilməkdə olan 70 nömrəli, 2 otaqlı tam təmirli , ümumu sahəsi 71,5 kv.m olan mənzili “xxxx” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 08.08.2019-cu il tarixdə MTK və payçı (vətəndaş) arasında bağlanmış olan ********* nömrəli ilkin müqaviləyə əsasən payçıya Yasamal ray, A.M.Şərifzadə küçəsində 45 №-li ünvanda yerləşən 104 nömrəli 43.9 kv.m sahəsi olan 2 otaqlı mənzilinin (binanın söküntüsü nəzərə alınaraq) əvəzi olaraq 71,5 kv.m olan mənzil verilməsini öhdəsinə götürmüşdür. Belə ki, müqavilənin 2.1-ci kəndinə əsasən mənzil ümumi sahəsi 71,5 kv.m müəyyən edilmişdir. 10 avqust 2019-cu il tarixli sırf xxxx özünün maraqlan nəzərə alınaraq, xxxx razılığı əsasında müqavilə bağlanmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 71.5 kv.m olmalı olduğu halda, mənzilin real faktiki sahəsinin az olduğunu qeyd edir. Bununla bağlı olaraq bildirir ki, iddia tələbi tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahələrində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Həmçinin, iddia ərizəsindəki digər tələb də əsaslı hesab edilə bilməz. Belə ki, mənzilin daxili divar arakəsmələri, mənzilin giriş qapısı tikinti qaydalarına əməl edilməklə ümumi layihəyə uyğundur. Belə olan halda aydın olur ki, iddiaçının əsas tələbi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasmda bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 10 avqust 2019-cu il tarixli, ********* №-li payçı müqaviləsindən görünür ki, Cavabdeh MTK pay qismində çıxış edən Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli, 2 otaqlı mənzili tikib, tam təmirli “Payçı” İddiaçı mülkiyyətinə verməyi, “Payçı” İddiaçı isə bu müqaviləyə əsasən, pay qismində çıxış edən Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi və Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kvadratmetr olan 45 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə 28.03.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətində qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər 10 avqust 2019-cu il tarixli, ********* №-li payçı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh MTK pay qismində çıxış edən Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli, 2 otaqlı mənzili tikib, tam təmirli “Payçı” İddiaçı mülkiyyətinə verməyi, “Payçı” İddiaçı isə bu müqaviləyə əsasən, pay qismində çıxış edən Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi və Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmək, mənzillərin tikintisi və təmiri başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq, binanın bünövrəsi qoyulduqdan sonra 18 ay müddətində mənzili təmir redib, “Payçı”ya təhvil vermək, yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək, yaşayış kompleksində olan mənzili təmir etdikdən sonra “Payçı”-dan təslim almasını tələb etmək, çoxmərtəbəli asayiş kompleksinin təhvilindən sonra yaşayış kompleksinə (o cümlədən mənzillərə və.s) xidmət göstərəcək şirkəti müəyyən edərək “Payçı”-ya bildirmək, mənzilin təmiri vaxtı, daxili divar arakəsmələrinə xxxx razılığına əsasən yerinə yetirmək Cavabdeh MTK-nin vəzifələridir. Göründüyü kimi ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.m. olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin müqaviləyə uyğun 71,5 kv.m. olaraq təhvil verilməsi vəzifəsi tərəflər arasında bağlanmış 10 avqust 2019-cu il tarixli müqavilədən irəli gəlir və müqaviləyə əsasən Cavabdeh” MTK həmin öhdəlikləri yerinə yetirməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarım həyata keçirərkən və \əzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə iddia tələbinin mənzilin giriş qapısının içəri deyil, çölə açılmasının iddiaçının razılığına əsasən yerinə yetirilməsi hissəsi ilə razılaşmır. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış 000000004№li, 10 avqust 2019-cu il tarixli müqavilədə belə bir şərt nəzərdə tutulmamış və Cavabdeh MTK belə bir öhdəlik götürməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin giriş qapısının içəri deyil, çölə açılmasının iddiaçının razılığına əsasən yerinə yetirilməsi hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən və həmin hissə layihəyə uyğun aparılmalı olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış 10 avqust 2019-cu il tarixli müqavilə üzrə bütün öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsi vəzifəsi, ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.m. olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin iddiaçının razılığına əsasən yerinə yetirilməsi vəzifəsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 104 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin, müqaviləyə uyğun 71,5 kv.m. olaraq təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia tələbinin mənzilin giriş qapısının içəri deyil, çölə açılmasının iddiaçının razılığına əsasən yerinə yetirilməsi hissəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar