Məhkəmə qərarları › İş №2(012)-318/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-318/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-318/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunması, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 unvanındakı evdən çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, cavabdehlər X1 və Cavabdeh2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı 21B saylı evdən çıxarılmalarına və həmin evin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1966-cı ildə Azərbaycan Respublikası Lerik rayonunun Camaşair kəndində doğulmuşdur. O, usta işləyir. xx.xx.2022-ci il tarixində ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən mənzilinin Cavabdeh2 Ağaddin oğlu tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir. Ərizəsinə cavab olaraq Abşeron rayon məhkəməsinə şikayət etmək hüququnun olduğu qeyd edilmişdir. Cavabdeh2 onun mərhum qardaşı X2 qeyri-rəsmi yaşadığı qadından olan oğludur. 2000-ci ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən torpağı 1050 ABŞ dollarına almışdır. Torpağı alanda torpaq sahəsi boş olmuşdur. Orada 6,5 sot torpaq sahəsi olmuşdur. 2000-ci ildə evi tikib-təmir etmiş, 2000 noyabr ayının 25-də tam şəkildə təmir işlərini yekunlaşdırmış və 2007-ci ilə kimi orada yaşamışdır. 2000-2002-ci illərdə həmin evdə tək, bir müddət isə Vüqar Həmidovla birlikdə yaşamışdır. Ailə qurduqdan sonra, 2002ci ilin aprelin 16-dan isə ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Sonra Sulutəpədə 2000 manata torpaq almış və ev tikmiş, 2007-ci ildə uşağının səhhəti ilə əlaqədar ora köçmüşlər. 2016-cı ildə ünvanlı sosial yardım almaq üçün sənəd düzəldərkən, kommunal xidmətləri qardaşının adına keçirtmişdir. Onun qardaşı 2018-ci ildə vəfat etmişdir. Cavabdehlər 2018-ci ildə onun evinə gəlib daxil olmuşlar. Əslində qardaşı bu evdə yox, Bayılda yaşamışdır. 2018-ci ildə evinə daxil olduqdan sonra qardaşının qanuni nikahdan olan yoldaşı Cəvahir xanım Pəricahan və Asifi evdən çıxarmışdır. Sonra 2022-ci ildə yenidən onun evinə daxil olmuşlar. Asifgillə qardaşı birgə yaşamamışlar. Qardaşı cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin rəis müavini V.Atakişiyev tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmiş xx.xx.2021ci il tarixli №001 saylı arayış məktubunda göstərilmişdir ki, “Arayış verilir İddiaçı ondan ötəri ki, o həqiqətən Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ev 21 b ünvanında əmlak, torpaq sahəsinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmlak və torpaq vergisinə görə 27,23 manat vəsait ödəmişdir. Onun xx.xx.2022-ci il tarixinədək əmlak, torpaq vergisi borcu yoxdur.” Azərbaycan Resplikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında № ******* saylı ona verilmiş arayışında göstərilmişdir ki, arayış verilir xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası Lerik rayonu, Camaşair kəndində doğulmuş İddiaçı (şəxsiyyət vəsiqəsi AA*******, xx.xx.2019, Abşeron RPŞ QvŞV bölməsi). İddiaçı xx.xx.2019cu il tarixindən ünvan 1 ünvanında ailə üzvləri X7, xx.xx.1981, X8, xx.xx.2006, X9, xx.xx.2005, X10 xx.xx.2009 ilə birlikdə qeydiyyatdadırlar. Abşeron Rayon İcra Hakimiyyətinin MKT İstehsalatistismarı təmiri birliyinə xx.xx.2019-cu il və xx.xx.2021-ci ildə ödədiyi və ərizəsinə əlavə etdiyi ödəniş qəbzlərindən görünür ki, həmin mənzilə aid komunal ödənişlər onun tərəfindən ödənilmişdir. 2003-cü ildən 2016-cı ilədək işıq və qaz sayğacları onun adına olmuş, həmçinin 2003-2016-cı illərdə həmin evə dair onun adına telefon nömrəsi də olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirdi ki, İddiaçı 2000-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən torpaq sahəsini almışdır. 2000-ci ildə isə həmin torpaq sahəsində ev tikmişdir. İddiaçının qardaşının yoldaşı və oqlu 2022-ci il may ayının 22-də qanunsuz olaraq iddiaçının evinə daxil olmuşlar. 2000-ci ildən 2016-cı ilədək kommunal xətlər iddiaçının adına olmuşdur. Cəvahir xanımın Asifi çıxardıb, iddiaçını ora köçürməyi onu sübut edir ki, ev iddiaçıya məxsusdur. Əks təqdirdə Cəvahir xanım evi Şəbullaya verməzdi. Sosial müavinət almaq məqsədilə kommunal xətlər Ağəddinin adına keçirilmişdir. Hesab edir ki, iddia tam əsaslıdır. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, torpaq onun atası tərəfindən alınmışdır. Əmisi İddiaçı kirayədə yaşamasın deyə atası evdə yaşamasına icazə vermişdir. Atası gələcəkdə bu evi satıb daha yaxşı ev almağı üçün evi tikdirmişdir. 2018-ci ildə həmin evə köçüb yaşamışlar. Onun doğum haqqında şəhadətnaməsində ana adı Cəvahir olsa da, ata adında hərf səhvləri olmuşdur. Atasının adı Ağəddin yerinə Ələddin yazılmışdır. O, 2-3 yaşında olarkən atası Lerik rayonunda qeyri-qanuni şəhadətnamə əldə etmişdir. Sonra həmin şəhadətnamə ləğv olunmuşdur. Yenidən köhnə şəhadətnaməni qəbul etmişdir və 2022-ci ildə məhkəmə qaydasında atasının adını düzəltdirmişdir. Həmin il sahə müvəkkili ilə atasının evinə gəlmişdir. Qapının sındırıb içəri daxil olmuşdur. Həmçinin o, məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, hərbi xidmətdən yayınmış iddiaçıdan fərqli olaraq o, Ali Baş Komandan, cənab İlham Əliyevin əmri altında düşmənlə amansız mübarizə aparmış Vətən müharibəsi iştirakçıdır. İddianı bütünlüklə rədd edərək aşağıdakıları qeyd etmək istəyir: MM-nin 157.4-cü maddəsinə dair 1.1.Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 1.2. İşin faktiki halları onu göstərir ki, iddiaçinin evə və torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün o bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bundan başqa, iddiaçı evə dair tələbinin hüquqi əsası olaraq MM-nin 157.4 və 158.1-ci maddələrinə istinad etsə də, bu müddəaların bu iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, 1.3. MM-nin 157.4-cü maddəsi yalnız mülkiyyətçiyə və yalnız onun mülkiyyətində olan əmlaka olan qəsdə və ya başqa maneələrə son qoymağı tələb etmək hüququ verir. 1.4. MM-nin 178.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 1.5. MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. 1.6. İcazəsiz olsa da bu Evi mərhum atam tikdirmişdir. İddiaçının isə bu Evə və torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadə hüququ heç zaman olmamış və hal-hazırda da yoxdur. Qeyd olunanlarla yanaşı bu Evin həm də xüsusi mühafizə zonasında icazəsiz olaraq inşa edilmiş qanunsuz tikili olduğunu nəzərə alsaq, iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı bir daha təsdiq olunur. MM-nin 158.1.2-ci maddəsinə dair 1.7. İddiaçının istinad etdiyi MM-nin bu maddəsi də heç bir halda bu iddia tələbinin hüquqi əsas ola bilməz. Belə ki, bu maddədə qeyd olunmuş “istifadə hüququ” əmlak hüquqlarının növü olaraq yalnız qanuni istifadə hüququnu nəzərdə tutur. 1.8. İddia predmetinin daşınmaz əmlakdan istifadə hüququ ilə bağlı olduğunu nəzərə alsalar onlar bu hüquqa məhz MM-nin 139 və 146.1-ci maddələri prizmasından baxmalıdırlar. 1.9. MM-nin 139-cu maddəsinə əsasən, daşınmaz əmlaka hüquqlar (o cümlədən istifadə hüququ) dövlət qeydiyyatına alınmalıdır. 1.10. MM-nin 146.1-ci maddəsinə əsasən isə, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 1.11. İddiaçının bu evdən istifadə edilməsi üçün notariat qaydasında əqd bağlamadığını nəzərə alsalar, deyə bilər ki, iddiaçının bu daşınmaz əmlaka dair heç bir istifadə hüququ mövcud olmayıb və yoxdur. Bu isə iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını bir daha təsdiq edir. 2.1. Hazırda yaşadığı bu evin və evə aid torpaq sahəsinin atası X11 məxsus olması onunla sübut olunur ki, bu torpaq sahəsi 2000-ci ildə atası tərəfindən alınmış və sonra məhz onun tərəfindən bu evi inşa edilmişdir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: 2.1.1. hazırda yaşadığı evə aid torpaq sahəsinin 2000-ci ildə atası tərəfindən alınmasına dair qonşuların ərizələri 2.1.2. bu evin məhz atası tərəfindən inşa edilməsinə dair qonşuların ərizələri 2.1.3. bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid abonent saldosunda məhz atası adının qeyd olunması. 2.1.4. atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il tarixli arayışı 2.1.5 qazdan istifadəyə görə atasının xx.xx.2010-cu il tarixdə ödəniş etməsinə dair qəbz 2.2. Bu evin ona məxsus olması həm də aşağıdakılarla sübut olunur: 2.2.1. Qazdan istifadəyə görə atasının ödəniş etməsinə dair xx.xx.2010-cu il tarixli qəbz 2.2.2. İşığa görə xx.xx.2018-ci il tarixli müqavilənin onun adına olması 2.2.3. Atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında MİS-in xx.xx.2018-ci il tarixli arayışı 2.2.4. Atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında MİS-in xx.xx.2018-ci il tarixli arayışı 2.2.5 Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbz 2.2.6. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbz 2.2.7. Qaza görə xx.xx.2022-ci il tarixli müqavilənin onun adına olması 2.2.8. Suya görə xx.xx.2022-ci il tarixli müqavilənin onun adına olması 2.2.9. Xırdalan bələdiyyəsinin Vergi borcunun olmadığına dair xx.xx.2022-ci il tarixli arayışı 2.2.10. Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi 2.2.11. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.12. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.13. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.14. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.15. Sudan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.16. Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.17. Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz 2.2.18. Daşınmaz əmlakın 2022-ci il tarixli qiymətləndirmə rəyi 2.2.19. Fərdi yaşayış evinin 2022-ci il tarixli layihəsinə 2.2.20. İddiaçının ünvanının hal-hazırda Novxanı kəndində olması 3.1.İddiaçı 2000-ci ildə Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində 0,6 ha torpaq sahəsinin almasını, və hazırda yaşadığı evin onun tərəfindən inşa edilməsini iddia etsə də bunu təsdiq edən heç bir sübut təqdim edə biıməmişdir. 3.2. İddiaçının sübut olaraq təqdim etdiyi qonşuların ərizələrini və Daşınmaz əmlakın Qiymətləndirmə rəyini hiylə və saxtakarlıqla əldə etməsinə dair əsaslı şübhələr mövcuddur. Qeyd olunanlar bir daha təsdiq edir ki, atasından ona miras qalan evi əlindən almağa çalışan əmisi Şabulla bu iddianı qaldırmaq üçün subyektiv hüququ malik deyildir. Bundan başqa, bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid abonent saldosunda məhz atasının adının qeyd olunduğunu, bu illərdə istifadə edilən qaza görə məhz atası tərəfindən ödənişləri edilməsini təsdiq edən xx.xx.2010-cu il tarixli qəbzin mövcudluğu, atasıyla birlikdə bu ünvanda yaşamaqları haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli arayışları, işığa görə xx.xx.2018-ci il tarixli müqavilənin onun adına olması, kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbzi, İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbzi və digər faktları nəzərə alaraq hesab edir ki, əmisi Şabullanın iddia tələbi tamamilə əsassızdır və bütünlüklə rədd edilməlidir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbinə etiraz edir. Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Plenum Qərarı vardır. Həmin Qərarda deyilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin faktiki halları onu göstərir ki, iddiaçinin evə və torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bundan başqa, iddiaçı evə dair tələbinin hüquqi əsası olaraq MM-nin 157.4 və 158.1-ci maddələrinə istinad etsə də, bu müddəaların bu iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. MM-nin 157.4-cü maddəsi yalnız mülkiyyətçiyə və yalnız mülkiyyətində olan əmlaka olan qəsdə və ya başqa maneələrə son qoymağı tələb etmək hüququ verir. MM-nin 178.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. İcazəsiz olsa da bu evi Asifin mərhum atası Ağəddin tikmişdir. İddiaçının isə bu evə və torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadə hüququ heç zaman olmamış və hal-hazırda da yoxdur. Qeyd olunanlarla yanaşı bu evin həm də xüsusi mühafizə zonasında icazəsiz olaraq inşa edilmiş qanunsuz tikili olduğu nəzərə alınsa, iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı bir daha təsdiq olunur. İddiaçının istinad etdiyi MM-nin bu maddəsi də heç bir halda bu iddia tələbinin hüquqi əsas ola bilməz. Belə ki, bu maddədə qeyd olunmuş “istifadə hüququ” əmlak hüquqlarının növü olaraq yalnız qanuni istifadə hüququnu nəzərdə tutur. Odur ki, o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, onlar Ağəddinlə 1994-cü ildə tanış olmuşlar. 2000-ci ildə övladı Cavabdeh2 doğulmuşdur. Torpaq 2000-ci ildə Ağəddin tərəfindən alınmışdır. Həmin vaxt o, kirayədə yaşamışdır. Ev il yarıma tikilmişdir. 2018-ci ildə o, sözügedən evə köçmüşdür. 6 ay həmin evdə yaşamışdır. Onu və oğlunu Cəvahir xanım evdən çıxartmışdır. 2022-ci ilin may ayında yenidən həmin evə köçmüşlər. Mərhum yoldaşı Ağəddin bu evi uşaq üçün tikdirdiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X29 ifadəsində bildirdi ki, 2000-ci ildən sonra Qazaxdan olan dostunun atası qəzaya düşmüşdür. Dostu ondan 400 dollar pul istəmiş, o da həmin pulu vermişdir. Mahir adlı şəxs Ağəddini gətirmişdir. Torpaq 6 sot olmuşdur. Həmin 6 sotu Ağəddin qazaxlı oğlandan almışdır. Onlar 1200-ə razılaşmışlar. Ağəddin 400 dollar əvvəl vermiş, sonra isə 800 dollar vermişdir. 1991-ci ildə sonra Ağəddin və Şabulla evin bünövrəsini qazmağa gəlmişlər. Tikinti üçün material gətirmişlər. Sonra Ağəddin və Şabulla 2 otaq, 1 zal tikmiş, 1992-1993-cü illərdə artıq orada gəlib qalmışlar. Sənbə və bazar günləri Ağəddin gəlib qalmışdır. Şabulla fasiləsiz olaraq o evdə 7 ay yaşamışdır. Şabulla Sulutəpədə ev tikdiyini bildirmişdir. O, mübahisəli evin tikintisində usta kimi işləmişdir. Ağəddin və Şabulla isə fəhlə kimi evin tikintisində işləmişlər. Ağəddin cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ağəddinlə qonşu olmuşlar. Evlərinin arasında 20 metr məsafə olmuşdur. Ağəddin ona ev tikmək istədiyini bildirmiş, 2000-ci illərdə ev tikməyə başlamışdır. 6 ay-1 ilə ev tikilmiş, başa çatmışdır. Evi Ağəddin tikmiş və materialları almışdır. Şabulla isə Ağəddinə kömək etmişdir. Ağəddin ümumi işlərə nəzarət etmişdir. Ev birmərtəbəli olmuşdur. 2005-ci ildə ev hasara alınmışdır. Ev uzun müddət-təxminən 1 il boş qalmışdır. Ev tikiləndən 1-2 il sonra Şabulla ora köçmüşdür. Ağəddin adətən tək gəlmişdir. O, Pəricahan və Asifi o evə gələndə görməmişdir. Ev tikiləndən 5 il sonra Şabulla gəlib orada təxminən 4-5 ay yaşamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, İddiaçı onun kəndçisidir və bir yerdə işləmişlər. 2000-ci ildə Şabulla evi tikmiş, 2001-ci ildən sonra o evdə qalmışlar. Evi bir yerdə təmir etmişlər. O, gecələr gəlib, həmin evdə qalmışdır. 1998-1999 illərdə, o, uşaq olarkən avtobusda konduktor işləymişdir. Həmin vaxtlar Ağəddin də avtobusla gəlib-getmişdir. Ağəddini oradan tanıyır. O, Ağəddini həmin evdə görməmişdir. Ev 2 otaqlı olmuşdur. O, Şabulla evlənənədək həmin evdə təxminən 3-4 ay qalmışdır. Şabulla ailə həyatı qurduqdan sonra gəlini həmin evə gətirmişdir. Lakin o, evi kimin tikdirdiyini, evin torpağının kimin tərəfindən alınmasını bilmir. Həmçinin o, həmin evdə Ağəddinlə bağlı nəyinsə olduğunu dəqiq bilmir, amma deyə bilər ki, otaqlar hələ təmirsiz olmuşdur. Odur ki, o, evdə Şabulladan başqa heç kimi görməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ağəddin onlara yaxın evdə kirayə qalmışdır. O, Ağəddini oradan tanımışdır. Ağəddinlə 1994-cü ildə ailə qurmuş və Bayılda onun anasına aid evdə qalmışlar. Ev plana düşdüyü üçün sökülmüş və evin əvəzinə pul vermişlər. Həmin evin puluna yenə Bayılda ev və maşın almışlar. Osman Sarıvəlli küçəsindəki evin alınması barədə onu deyə bilər ki, o evin yerləşdiyi torpağı Şabulla almış və ev tikmişdir. Ağəddin Asifin doğum haqqında şəhadətnaməsində anası kimi onun adını yazdırmışdır. O, Ağəddin vəfat edəndən sonra bunu bilmişdir. Asif Bayıldakı evi və maşını istəmişdir. O, da Asifi evdən çıxartmışdır. O, sonradan eşitmişdir ki, Ağəddin Asifin nənəsinə məxsus evin həyətində evin tikilməsinə köməklik etmişdir, amma konkret olaraq ünvanı bilmir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, İddiaçı onun doğma qardaşıdır. Ağəddin vəfat etməmişdən əvvəl Bayıl qəsəbəsində yaşamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən evi almaq istəyəndə o, qardaşı Şabullaya maddi kömək göstərmişdir. Bu hadisə 2000-ci ildə olmuşdur. 2000-ci ildə Şabulla həmin yerdə ev tikməyə başlamışdır. Şabulla əvvəl Xırdalanda yaşamışdır. Qardaşı Şabulla 2002-ci ildə ailə qurmuşdur. 2000-ci ilin noyabr-dekabr ayında ev tam tikilmişdir. Ev 2 otaq bir mətbəxdən ibarətdir. Şabullanın həmin evi tikməyə imkanı olmuşdur. Belə ki, Şabulla tikintidə işləmiş və yaxşı gəliri olmuşdur. Ağəddin isə fotoqraflıq etmiş və maddi imkanı olmamışdır. “Cristal Hall”-un yanında Ağəddinin həyat yoldaşı Cəvahirin anasına məxsus ev olmuş, həmin ev plana düşmüş, sökülərək kompensasiya kimi Cəvahirə pul verilmiş və Ağəddin həmin pulla özünə maşın (Cip) almışdır. O, Şabullaya torpaq alarkən 500 ABŞ dolları pul vermişdir. Həmçinin o, 2001-2012-ci illərdə həbsdə olmuşdur. O, həbsdə olan müddətdə Şabulla onun yanına gəlmiş, lakin Ağəddin gəlməmişdir. Ona görə ki, Ağəddin cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir və Ağəddini işdən çıxara bilərdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahatlarını və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tədiyyə bildirişindən görünür ki, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2019-cu il üçün torpaq vergisi 3,30 manat, əmlak vergisi 19 manat olmaqla, cəmi 22,30 manat təşkil edir. - Azərbaycan Respublikası Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yerləşən əmlak, torpaq sahəsinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmlak və torpaq vergisinə görə 27,23 manat vəsait ödəmişdir. Onun xx.xx.2022-ci il tarixinədək əmlak, torpaq vergisi borcu yoxdur. - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin tabeliyində Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2016-2019-cu illər üçün 60 manat ödəniş etmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti MKT İstehsalat İstismarı Təmiri Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2020-ci il üçün mənzil-kommunal xidməti üçün 20 manat ödəniş etmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Abşeron filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi ünvanı 21 b saylı evdə telefon olub-olmaması barədə heç bir məlumat yoxdur. Qeyd edilən ünvanda olan telefonlar X6 (MHM) serverində Bakıquşfabriki kimi sənədləşdirilmişdir. Vətəndaşın adı, soyadı (şəxsiyyəti təsdiq edən sənədin surəti) olduğu halda onun adına telefon olub-olmaması barədə arayış təqdim etmək mümkündür. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 012 349 04 68 nömrəli telefon xx.xx.2005-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında (əvvəlki Quşçuluq massivi) ünvanında yaşayan İddiaçı adına sənədləşdirilmişdir.Sözügedən telefon nömrəsi onun istəyi ilə xx.xx.2016-cı ildə adından çıxarılmışdır. - Asan 1 tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında İddiaçı ilə birlikdə X7, X8, X9 və X10 da qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b, ünvan 4, həmçinin ünvan 3 ünvanında qeydiyyatda heç kim yoxdur. - X14 tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 03 dekabr 2018-ci il tarixinə olan bazar dəyəri 150000 (yüz əlli min) təşkil edir. - X14 tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 21 may 2022-ci il tarixinə olan bazar dəyəri 120000 (yüz iyirmi min) təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ÇCY/22 Seriyalı, 728144 №-li ödəniş qəbzindən görünür ki, ünvan BQF 2588, qeydiyyat №-si **********880 olan Səmədov Ağəddin 5 manat ödəniş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci tarixli, "xxxx" ASC-yə ödənilmiş xx.xx.2022-ci il tarixli, “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Abşeron Rayon İcra Hakimiyyəti MKT İstehsalat İstismarı Təmiri Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Abşeron RİH MKTİİB Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, həmin tarixlərdə Xırdalan şəhəri, BQF, B:0012, Mənzil 077 ünvanında elektrik, su, qaz kommunal xidmətlər Cavabdeh2 adına olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş 19.12..2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən 21B saylı evin hansı tarixdə elektrik enerjisi ilə təchiz edilməsi və abonent olaraq kimlərin qeydiyyata alınmasına dair 30 noyabr 2022-ci il tarixli, 45/22-A nömrəli müraciətinizə "xxxx" ASC-də aiddiyəti üzrə baxılmışdır. Səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan evin 01 yanvar 2003-cü il tarixdə **********03884 nömrəli abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Bildirilir ki, qeyd olunan abunə kodu üzrə “əhali istehlakçısının ad dəyişdirilməsi” xidməti həyata keçirilmiş və abunə kodu 15 dekabr 2016-cı il tarixdə X3 adından X2 adına, 06 mart 2018-ci il tarixdə X2 adından X3 adına, 05 aprel 2022-ci il tarixdə isə X3 adından Cavabdeh2 adına dəyişdirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, **********001 saylr abonent kodu uzre hesabatrn apanlmasr üçün Cavabdeh2 Acəddin oclu ile xx.xx.2022-ci il tarixində muqavilə bağlanmışdır. Muraciətlə bağlı bildirirlər ki, "xxxx" ASC-nin elektron bazasında odənişin kim tərəfindən edildiyi deyil, yalnz məbləgi qeyd edilməkdədir. - X18 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, həqiqətən İddiaçı 2000-ci ildə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmiş və ailəsi ilə birlikdə 2021-ci ilə qədər orada yaşamışdır. Əlavə olaraq bildirirəm ki, yuxarıdakı ünvanda göstərilən ev İddiaçı məxsusdur. - X4 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, həqiqətən İddiaçı 2000-ci ildə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmiş və ailəsi ilə birlikdə 2021-ci ilə qədər orada yaşamışdır. Əlavə olaraq bildirirəm ki, yuxarıdakı ünvanda göstərilən ev İddiaçı məxsusdur. - Abşeron rayonu Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində qonşuluqda yaşayan X18, X5 və Alim Əhmədov xx.xx.2022-ci il tarixli akt-1, xx.xx.2022-ci il tarixli akt-2 və xx.xx.2022-ci il tarixli akt-3 tərtib edərək təsdiq etmişlər ki, mübahisəli evə aid torpaq sahəsi atası X16 tərəfindən alınıb, mübahisəli ev atası X16 tərəfindən inşa edilib; bu mübahisəli evdə hazırda o anası Cavabdeh1la birlikdə yaşayır, onların qonşuluğunda X21 adlı şəxs yaşamır və notariat qaydada məhkəməyə təqdim etdiyi ərizəsində yazdıqları yalandır. - X18 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, “X16 2000-ci ilə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmişdir. Hal-hazırda Cavabdeh2 bu ünvanda anası ilə birlikdə yaşayır. Əlavə olaraq bildirir ki, yuxarıdakı ünvanda göstərilən ev X11 məxsusdur.” - X13 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2022ci ildə 1 saylı notariatda yazdığı ərizəni İddiaçı onu aldadaraq yazdırıb. xx.xx.2022-ci ildə yazdığı ərizə mahiyyəti hesabı ilə etibarsızdır və doğru deyildir. Həqiqətən də bu evi (Osman Sərvərli – 23B) X16 öz şəxsi vəsaiti ilə tikdiribdir. Bu evin İddiaçı heç bir aidiyyəti yoxdur. Notarial ərizəsinə bu sözlərini əlavə etməyinə icazə verilmədiyi üçün ərizəni öz xətti ilə yazdı və imzası ilə təsdiq edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmçinin də həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikili statusuna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən isə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin də qeyd olunmalıdır ki, həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir Həmin maddənin məzmunundan da göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin 3-cü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə aydınlaşdırılmalı məsələ özbaşına tikili üzərində tərəfllərdən kimin Mülki Məcəllənin 179-cu maddəsi ilə müəyyən edilən sahiblik hüququnun mövcud olub –olmamasını müəyyən etməkdir. İddiaçı 2000-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri O.Sarıvəlli küçəsində 0.6 ha torpaq sahəsi alaraq üzərində fərdi yaşayış yeri inşa etməsini, 2002-ci il tarixdən ailəsi ilə birlikdə orada yaşamağa başladıqdan bir müddət sonra uşağının xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən mənzilinə köçməsini, sonradan qardaşının oğlu Cavabdeh2 ona məxsus Xırdalan şəhərində yerləşən mənzilinin boş olmasından və orada heç kimin yaşamamasından istifadə edərək oranı zəbt etməsini iddia edir. Cavabdeh isə əksinə torpağın onun atası tərəfindən alınmasını, əmisi İddiaçı kirayədə yaşamasın deyə atası ona evdə yaşamasına icazə verməsini, 2018-ci ildə həmin evə köçüb yaşamalarını, iddiaçinin evə və onun inşa edildiyi torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün o bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını, atasının tikdiyi evin ona miras qalmasını, atasının vəfat etməsindən istifadə edərək əmisi İddiaçı atasının inşa etdiyi evi əlindən almaq məqsədi ilə onu və anasını bu evdən çıxarma və bu evi boşaldaraq ona təhvil vermə tələbi ilə məhkəməyə müraciət etməsini göstərərək iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini və evin mühafizə zonasında yerləşdiyi üçün atasının torpaq və evə dair heç bir hüquqmüəyyənedici sənəd əldə edə bilməməsini göstərsə də, hazırda bu evin qaz, su və işıq sayğaclarının onun adına olmaqla, bələdiyyə vergisini də ödəməsinə istinad edərək həmin evin iddiaçıya ümumiyyətlə heç bir aidiyyatının olmamasını göstərmişdir. Məhkəmə hesb edir ki, cavabdeh tərəfin izahatları özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh tərəf mübahisəli evə aid torpaq sahəsinin cavabdehin atası X16 tərəfindən alınması və mübahisəli evin atası X16 tərəfindən inşa edilməsinə dair qonşuların aktlarını təqdim etsə də məhkəmə həmin halların digər sübut növləri ilə təsdiqlənmədiyi üçün sübut kimi qiymətləndirmir. Belə ki, işin materiallarından aydın görünür ki, 2000-ci ildən 2016-cı ilədək mübahisəli evə dair kommunal xətlər, o cümlədən evə aid telefon nömrəsi iddiaçının adına olmuş, sonradan onun istəyi ilə bunlar hamısı qardaşı X2 adına keçmiş, sonuncu 2018-ci ildə vəfat etmişdir. Bu halların mövcudluğu həqiqətən də iddiaçının 2016-cı ilə qədər mübahisəli tikilidən təyinatı üzrə istifadə etməklə yaşamasını və kommunal xidmətlərin haqqını ödəməsini təsdiq edir. Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini bildirsə də, kommunal xidmətlərə görə bütün sənədləşmələrin nəyə görə iddiaçının adına olmasına aydınlıq gətirməmiş, bunu yalnız X2 həmin evi qardaşı İddiaçı müvəqqəti yaşamaq üçün verməsini göstərməklə kifayətlənmişdir. Həmçinin məhkəmə qeyd etməyi də zəruri sayır ki, cavabdeh tərəfin özünün də etiraf etdiyi kimi mübahisəli tikilidə məhz 2018-ci ildən başlayaraq yaşamağa başlamışdır. İddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə də müəyyən edilmişdir ki, cavabdehin atasının rəsmi arvadı X15 ərinin qeyri rəsmi arvadı Cavabdeh1 və cavabdeh olan oğlunu 2018-ci ildən mübahisəli evdən çıxartmış, 2022-ci ilin may ayından isə onlar yenidən həmin evə köçmüşlər. İddiaçı bununla bağlı, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən mənzilinin Cavabdeh2 Ağaddin oğlu tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmalıdır. Şahid ifadələrinin Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinə əsasən sübut növlərindən biri olduğu və heç bir sübutun da əvvəlcədən müəyyən edilmiş qüvvəsini olmamasını təsbit edən MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə qiymət verərək bu ifadələrin məzmunu işin digər araşdırılmış halları ilə uzalaşdığından onları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcı sayır və mötəbər sübutlar kimi qiymətləndirir. Cavabdeh tərəf faktiki sahib olan iddiaçının öz təşəbbüsü ilə müəyyən məqsədlər üçün kommunal xidmətlərin qardaşı, cavabdehin atası X2 adına keçirilməsindan (vəfatından sonra oğlunun adına keçirilmişdir) istifadə edərək hazırda da yalnız həmin sənədlərə istinad edərək mübahisəli evi zəbt edərək ora sahiblik hüquqlarının cavabdeh tərəfə aid olmasını israr edir, lakin mübahisəli tikiliyə hansı əsaslarla hazırda sahiblik etməsinə dair tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını rəhbər tutmalıdırlar. Həmin Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə də, araşdırılmış sübutlar və işin araşdırılmış halları əsasında müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçının özbaşına tikiliyə sahiblik hüququ mövcud olmuş və mübahisəli tikilinin də məhz iddiaçı tərəfindən inşa edilməsinə dair dəlillərin əsaslı olmasını təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq öz əmlakı kimi sahiblik etmiş mübahisəli evlə bağlı hazırda cavabdehlər tərəfindən müdafiə olunan sahiblik hüquqlarını mübahisələndirmək hüququndan istifadə edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə özbaşına tikiliyə sahiblik hüququ dedikdə qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüqüqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər gür pozuntu qadağan edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4–cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən də mülkiyyətçi tərəfindən pozulmadan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, göstərilənlər və işin müəyyən edilmiş halları cavabdeh tərəfin iddiaçının hazırki iddia ilə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamasına və iddianın da əsassız olmasına dair bütün dəlillərini təkzib edir. Məhkəmə eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi mübahisəli evə aid etdiyi X14 tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirmə rəyini də sübut növü kimi qiymətləndirmir. Belə ki, rəydə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 21 may 2022-ci il tarixinə olan bazar dəyəri 120000 (yüz iyirmi min) təşkil etməsi göstərilmişdir. Halbuki, mübahisə predmeti olan evin ünvanı ünvan 6ə hesab edir ki, iddiaçının həmin evlə bağlı X14 tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirmə rəyi sübut növü kimi qəbul edilərək qiymətləndirilməlidir. Həmin rəydə göstərilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 03 dekabr 2018-ci il tarixinə olan bazar dəyəri 150000 (yüz əlli min) təşkil edir. Göründüyü kimi, cavabdeh iddiaya etirazının əsası kimi mübahisə predmetinə aid olmayan evlə bağlı qiymətləndirmə rəyini təqdim etmişdir. Halbuki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı ev 21B saylı evdən çıxarılmalı və həmin ev boşaldılaraq İddiaçı təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı ev 21B saylı evdən çıxarılsınlar və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar