Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3196/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Abiyev Elnur Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxxxx 1985-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X5, ana adı qrafasında X6, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, o, xx xxxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Doğumu həmin rayonda qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Ailə üzvləri ilə birlikdə 1985-ci il tarixdə yaşadıqları yerdən köçərək Abşeron rayonunun Xırdalan qəsəbəsinə gəlmişlər. Sonradan ona məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Maraqlı şəxs müraciətinə cavab olaraq bildirmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamə olmadan vərəsəlik işində iştirak edə bilmir. Verilmiş suala cavabında qeyd edir ki, həmçinin doğum haqqında şəhadətnamə ona anasına məxsus evə qeydiyyata düşmək və daha sonra həmin evin alqı-satqısı üçün lazımdır. Göstərilənlərə əsasən onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxxxx 1985-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X5, ana adı qrafasında X6, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, həyat yoldaşı X5 vəfat etdikdən sonra miras qalan ev onun adına rəsmiləşdirilməlidir. 2019-cu il tarixdə notariat ofisinə vərəsəlik işinin açılması üçün getdikdə onun və digər 4 (dörd) vərəsənin sənədləri onda olmuşdur. Lakin həmin zaman sənədləri itirmişdir. Həmin vaxtı hətta ona məxsus nikah haqqında şəhadətnaməni də itirmişdir. Məhkəmə qaydasında həmin sənədlər bərpa edilmişdir. Ərizəçi onun Şöhrət Həsənov ilə birgə nikahlarından olan qızıdır. Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması faktını təsdiq edir. Hazırda digər vərəsələr miras qalan evdən öz paylarını istəyirlər. O, da övladlarının doğum haqqında şəhadətnamələrini, şəxsiyyət vəsiqələrini və digər sənədləri notariat ofisinə təqdim edərək əvvəlcə miras qalan evi adına rəsmiləşdirmək, daha sonra isə satıb pulunu vərəsələr arasında bölmək istəyir. Mirası qalan evi bölməkdə məqsədi övladları arasında miras qalan ev üzərində mübahisənin yaranmaq ehtimalını aradan qaldırmaq ilə bağlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi tanıyır. Belə ki, ərizəçinin valideynləri olan X5 və X6 ilə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində qonşu olmuşlar. Həmçinin ərizəçinin valideynləri ilə eyni kənddəndirlər. Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması faktını təsdiq edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ermənistan SSR-nin Krasnoselo rayonunun Çaykənd kənd soveti tərəfindən 08 oktyabr 1965-ci il tarixdə verilmiş V-SL seriyalı 269341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1985-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuş, ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 08 oktyabr 1985-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qaraçay kənd Xalq deputatları soveti tərəfindən 23 avqust 1981-ci il tarixdə verilmiş İİİ-SL seriyalı 378243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 14 avqust 1981-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Qaraçay kəndində anadan olmuş, ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 23 avqust 1981-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ermənistan SSR-nin Krasnoselo rayonunun Çaykənd xalq deputatları soveti tərəfindən 16 oktyabr 1983-cü il tarixdə verilmiş İV-Sİ seriyalı 341322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 oktyabr 1983cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuş, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 1983-cü il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon VVAQ şöbəsi tərəfindən 04 dekabr 1987-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı 257384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 oktyabr 1987-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 08 may 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 930422 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 may 2018-ci il tarixdə mədənin bədxassəli yenitörəməsindən Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 may 2018-ci il tarixdə 230 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci ildə Abşeron RPİ tərəfindən verilmiş AZE seriyalı 17812379 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1981-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA1009937 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1983-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan xx.xx.2013-cü ildə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı 13903588 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1987-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10 may 2022ci il tarixli, 05/Q-168/15 saylı məktubdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktının məhkəmə qaydasında müəyyən edilə bilməsi, doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidi; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuş, bu barədə həmin rayonda qeydiyyat aparılmış, atası X5, milliyyəti azərbaycanlı, аnа qrafasında, anası X6, milliyyəti azərbaycanlıdır. O, doğum haqqında şəhadətnaməsini itirmiş, ona görə də doğum haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında akt qeydinin bərpa edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmağı haqqında qeydi bərpa olunmalı, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Həsənova”, аdı “Nazilə”, аtа аdı “Şöhrət”, doğum tarixi “xx xxxxxxxx 1985-ci il”, doğum yeri “Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi”, аta qrafasında “atası X5, milliyyəti azərbaycanlı”, аnа qrafasında “anası X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalı, ərizə digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmağı haqqında qeydi bərpa olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Həsənova”, аdı “Nazilə”, аtа аdı “Şöhrət”, doğum tarixi “xx xxxxxxxx 1985-ci il”, doğum yeri “Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi”, аta qrafasında “atası X5, milliyyəti azərbaycanlı”, аnа qrafasında “anası X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3196/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3196/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver