Məhkəmə qərarları › İş №2(012)-3212/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3212/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3212/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə 23 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 14.02.1978-ci ildən 1993-cü ilədək Ağdam tikinti materialları kombinatında daş karxanasında işləməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəçinin bu barədə ilkin olaraq hansı orqana müraciət etməsi və əsasla məhkəməyə müraciət etməsi təqdim etdiyi sənədlərlə müəyyən edilmir. Həmçinin, ərizəçi maraqlı şəxs kimi ərizəsində tərəfin adını da qeyd etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda ərizəni icraata götürmək mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar