Məhkəmə qərarları › İş №2(012)-324/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-324/2024

25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-324/2024 25.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı qanuni sahibliyində-icarəsində olan Abşeron rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən özünə məxsus 0.2197 ha torpaq sahəsindən çıxarılmasına və cavabdehin üzərinə həmin torpaq sahəsində qanunsuz tikdiyi yarımtikilinin sökülməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(012)-4454/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9463 saylı məktubu ilə rəy Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-324/2024 saylı qərardadına əsasən, iddiаçı İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/1-4454 saylı məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin sorğu göndərərək X2 Abşeron rayonunun inzibati ərazi dairəsinə daxil olub-olmadığı barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Keçmiş X2 bir hissəsi Abşeron Rayon İcra Hakimiyyəti idarəçiliyində olmasına baxmayaraq Bakı şəhərinin inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6. maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 02 iyun 2021-ci il Qərarındakı hüquqi mövqeyə görə, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki ərizənin mahiyyətindən göründüyü kimi isə İddiaçı Cavabdeh özünün qanuni sahibliyində-icarəsində olan Abşeron rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən özünə məxsus 0.2197 ha torpaq sahəsindən çıxarılmasını və cavabdehin üzərinə həmin torpaq sahəsində qanunsuz tikdiyi yarımtikilinin sökülməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir ki, sözügedən daşınmaz əmlak Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/1-4454 saylı məktubu ilə Bakı şəhərinin inzibati ərazisində yerləşməklə öz təsdiqini tapır. Beləliklə Məhkəmə hesab edir ki, hazırki mülki iş müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 39.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar