Məhkəmə qərarları › İş №2(012)-3250/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3250/2025

25.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3250/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evdən çıxarılaraq evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçının qızıdır. Belə ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış 51 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların nikah pozulduqdan sonra onun yanında saxlanılması qət edilmişdir. Bundan başqa bildirmək istəyir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2876/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşağa görə hər ay 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, onunla cavabdeh arasında olan ailə münasibətləri 2018-ci ildən pozulmuşdur və onlar iki yad insan kimi yaşayırlar. Bildirir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evə dair yalnız bələdiyyə sənədi vardır. Kommunal müqavilələr onun anasının adına bağlanmışdır. Cavabdeh öz istəyi ilə evdən çıxmır və sanki həmin ev cavabdehin evidir kimi hərəkət edir. O, evlərə gedərək təmizlik işləri görür və iki yetkinlik yaşına çatmaqda olan övladlarını öz qazancı ilə dolandırmağa çalışır. Cavabdehdən iki uşağın saxlanması üçün cəmi 308 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin cavabdeh həmin pulu da ödəmir. Bildirir ki, evinin çıxarışı yoxdur və ona görə də cavabdehi evdən çıxara bilməz. Cavabdeh həmin evi yalnız gecə yatmaq üçün istifadə edir. O, iki uşağı ilə çətin vəziyyətdə yaşayır və bu cavabdehin vecinə belə deyil. Anası bu ciddi məsələ ilə bağlı ilk əvvəl Abşeron 1 X6 müraciət etmişdir. Cavabdeh təşkilatda iştirak etmədiyi üçün anasına xx.xx.2025-ci il tarixli arayış və ödədiyi rüsumların qəbzi verilmişdir. Artıq vəziyyət o hədddə çatmışdır ki, o, iki uşağı ilə evdən çıxmaq istəyir. Halbuki, həmin evdə yaşamağa anası ona icazə vermişdir. Çünki o, iki yetkinlik yaşına çatmaqda olan iki övladını öz gücü ilə dolandırır. Cavabdeh şəxs isə doğma övladlarının təlabatını ödəmir və cəmi 308 manat məbləğində aliment pulunu belə ödəmir. Dəfələrlə o, cavabdehdən alimenti az ödəməyini, lakin evdən çıxmağını təklif etmişdir. Çünki həmin evi anası ona yaşamaq üçün vermişdir. Cavabdeh isə aliment ödəmir və çıxacağını bildirsə də, hələ həmin evə yaşayır. Odur ki, məcbur qalıb hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirir ki, birgə nikahda olduqları vaxtda cavabdeh başqa bir yerdən ev alınması üçün beh vermişdir. Sonra isə həmin evi bəyənməmişlər və hazırki yaşadıqları evi almışlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-2876/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər bir uşağa görə hər ay 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq Nümayəndə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Nümayəndə ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış 51 saylı nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar nikah pozulduqdan sonra Nümayəndə (ananın) yanında saxlanılması qət edilmişdir. -“Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən, ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının keçmiş kürəkənidir. İddiaçının nümayəndəsinin izahatından da görünür ki, əvvəllər cavabdeh beh verərək ev almaq istəmiş, sonradan behi qaytarılaraq hazırki iddiaçının yaşadığı evi almışlar. Göründüyü kimi iddiaçının nümayəndəsi izahatında cavabdehin həmin evin alınmasında iştirakını etiraf etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçının qızı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış 51 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların nikah pozulduqdan sonra onun yanında saxlanılması qət edilmişdir. İddia ərizəsində göstərilənlərdən görünür ki, nikah münasibətlərinin pozulmasına baxmayaraq cavabdeh sözügedən evə gəlməyə, yaşamağa davam edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evdən çıxarılaraq evin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evə dair kommunal xidmətlər (işıq, qaz) iddiaçının adına olsa da, iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə iclasında işin araşdırılan hallarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evin hüquqmüəyyənedici sənədi yoxdur və özbaşına tikilidir. Məhkəmə sübutları və iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı sözügedən evin ona məxsus olduğunu, hətta bələdiyyə sənədinin olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə həmin evə dair iddiaçının hər hansı istifadə və sahiblik hüququ yaranmamışdır. Belə ki, işıq və qazın adına keçirilməsi şəxsin həmin evə dair istifadə və sahiblik hüququnun yaranması demək deyildir, bu hər hansı hüquq yaratmır. Göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli evə bərabər statusa malikdirlər. Məhkəmə, eyni zamanda, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı, mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, həmin evə dair o, istifadə, sahiblik, mülkiyyət hüququ olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsində yerləşən 27 D saylı evə hüquqmüəyyənedici sənədləri olmadığından hər hansı hüquqları yoxdur. Odur ki, iddiaçın mübahisəli evə dair hüquqları olmadığından onun evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçınun iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar