Məhkəmə qərarları › İş №2(012)-3258/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3258/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3258/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə Cavabdeh istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı "Unibank” KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən 06.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatı aparılmışdır, eləcə də çıxarışla iddiaçı "Unibank” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixdə "ASAN 1”-dən əldə edilmiş ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsində hal-hazırda iş üzrə Cavabdeh qeydiyyatdadır və bu şəxsin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçı “Unibank" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsi evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ üzrə iddiaçı "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarına əlavə edilmiş 25.02.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh (xx.xx.1994) qeydiyyatdadır. “Külək MMC ixtisaslaşdırılmış təşkilatın 14.10.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və hərracın yekunları barədə 49/04 saylı protokolun surətindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsi qiyməti 44625 manat olmaqla alıcı "xxxx" KB ASC-nin balansına keçmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı "xxxx" KB ASC ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ "xxxx" KB ASC-yə keçmiş, lakin buna baxmayaraq evin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsindən sonra Cavabdeh qeyd olunan evdə formal olaraq qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli, evdən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə istifadə hüququna xitam verilsin və Cavabdeh fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar