Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3296/2020 20.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-yə qarşı şəhadətnamə üzrə payların müəyyən edilməsi və çıxarışın verilməsinə dair iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-yə qarşı şəhadətnamə üzrə payların müəyyən edilməsi və çıxarışın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi cavabdehin hüquqi ünvanı Bakı şəhəri ərazisidir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin, hüquqi şəxsə qarşı iddialar isə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Qeyd edilənlərdən göründüyü kimi iddia ərizəsi məhkəmə ərazi aidiyyat qaydalarının pozulması ilə düzgün olmayarq Abşeron rayon Məhkəməsinə verilmişdir. Həmçinin, iddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddiaçı məhkəməyədək nizama salmaya riayət etmədiyindən MPM-nin 152.1.6 maddələrinə görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə iddiaçı mübahisəli torpaq sahəsinə Çıxarışın verilməsinə dair ilkin olaraq DƏDRX-nin müvafiq Ərazi İdarəsinə müraciət etməli olduğu halda bunu etməmişdir və bu barədə işdə hər hansı sənəd mövcud deyildir. Ona görə də, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə Çıxarışın verilməsinə dair ilkin olaraq DƏDRX-nin müvafiq Ərazi İdarəsinə müraciət etməlidir.Onun müraciəti təmin edilmədikdə, bundan narazı qaldıqda inzibati orqanın qərar və hərəkətlərindən isə müvafiq İnzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-yə qarşı şəhadətnamə üzrə payların müəyyən edilməsi və çıxarışın verilməsinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə ərizəsi geri qayatrılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3296/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3296/2020
20.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver