Məhkəmə qərarları › İş №2(012)-3307/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3307/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3307/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğum haqqında akt qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmiraşen kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X2”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmiraşen kəndində anadan olmuşdur. xx.xx.1941-ci il təvəllüdlü X3 atası, xx.xx.1946-cı il təvəllüdlü X2 isə anasıdır. X1 xx.xx.2013-cü il tarixdə, atası X3 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hər iki valedeyni Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmiraşen kəndində anadan olmuşlar. Valideynləri ilə birlikdə 1982-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərinə köçmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda, atasından miras qalmış əmlaka dair vərəsəlik işinin başlanması üçün onun doğum haqqında şəhadətnaməsinin əldə edilməsinə zərurət vardır. Doğum haqqında akt qeydinin bərpası və doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin Şöbə tərəfindən imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O təsdiq etdi ki, qardaşı Ərizəçi xx.xx.1971-ci il tarixində Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmraşen kəndində anadan olmuşdur. X5, anaları isə Nazpəri Xəlilova olmuşdur. İş materiallarında olan: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 (hər ikisi Qarmraşen kəndində qeydiyyatda olan) xx.xx.1967-ci il tarixdə Qarmraşen kənd sovetliyində nikaha girmişlər. - Ölüm haqqında AZ-İİ 494089 və AZ-İ 656256 saylı şəhadətnamələrin surətlərindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə, X3 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişlər. - Abşeron rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən 3-16-5/8-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmraşen kəndində anadan olmuşdur. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1971-ci il, anadan olduğu yer Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmraşen kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X2”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1971-ci il, anadan olduğu yer Ermənistan Respublikası, Əzizbəyov rayonu, Qarmraşen kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X2”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar