Məhkəmə qərarları › İş №2(012)-3309/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3309/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3309/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, iddaçı İddiaçı Cavabdeh qarşı “öhdəlik qoyulması” tələbibarədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehya qarşı “öhdəlik qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(007)- 2450/2017 nömrəli qətnaməsinin icra edilməsinin, oğlu X1 AZ-İİİ 237399 nömrəli doğum haqqında şəhadətnaməsinin və ona məxsus Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərinin, zərurət yarandığı hallarda isə geri qaytarmağı şərti ilə həmin sənədlərin əslinin ona təqdim olunması barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması” barədəqətnamə çıxarılmasınıxahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddaçı İddiaçıBakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(007)-2450/2017 nömrəli qətnaməsinin icra edilməsi barədə öhdəliyin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İcra haqqında qanun2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bununla əlaqədar, məhkəmə qərarlarının məcburi vətəndaş tərəfindən deyil, icra məmurları tərəfindən həyata keçirildiyindən, iddaçı İddiaçı Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(007)-2450/2017 nömrəli qətnaməsinin icra edilməsi barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması yolverilməzdir. Eləcə də, məhkəmə qeyd etməyi lazım bilir ki, icra haqqında qanuna əsasən, tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliyindən, qərarından şikayət vermək hüququ vardır. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki,qeyd edilən tələb iddia tələbi kimi qəbul edilə və mülki mühakimə icraatı qaydasında baxıla bilməz.Qeyd edilən sənədləri cavabdeh iddiaçıya vermədiyi halda,iddiaçı bu barədə arayış əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarırvəişə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinəəsasənərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “öhdəlik qoyulması” tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar