Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3316/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi- vəkili X1 Cavabdeh qanuni nümayəndəsi - qəyyumu X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar olaraq X5 onun qəyyumu təyin edildiyindən cavabdeh qismində X5 cəlb olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə Yasamal rayonu qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşdur.Ailə qurduqdan 5 il sonra yəni xx.xx.2015-ci ildə Abşeron rayonu,Masazır kəndi F.Əmirov küçəsi,döngə 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evini alıb orada birlikdə qızları və cavabdehlə yaşamışlar.Mübahisəli əmlak birgə nikah dövründə alınsa da birgə təsərrüfat hesabına əldə edilmədiyindən Abşeron rayon Məhkəməsində baxılan iddia təmin olunmamışdır.Hazırda iddiaçının başqa yaşayış yeri yoxdur.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi- qəyyumu X9 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, atası 1-ci qrup əlildir.O,atasına qəyyum təyin olunmuşdur.Atasına dəstək və ona baxmaq üçün iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.İddiaçı evdən çıxıb getmişdir.Hal-hazırda atası ilə birgə yaşamasının əleyhinədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 627431 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2010-cu il tarixli, 1560 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİ №780409 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh,anası İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 3197/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahda əldə etdikləri ünvan 2 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə onun, digər 1/2 hissəsinə isə cavabdehin pay hüququnun tanınması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(105)-514/2023 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3197/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli sərəncamı ilə Cavabdeh X7 qəyyum təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 26.11. 2010-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş, iddiaçı ünvan 3 fərdi evdə yaşayaraq birgə təsərrüfat aparmış, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 dünyaya gəlmiş,tərəflərin birgə nikahlarından 5 il sonra, 2015-ci ilin may ayında hazırda mübahisə predmeti olan Abşeron rayonu,Masazır kəndi F.Əmirov küçəsi,döngə 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi alınmışdır və hal-hazırda da tərəflərin rəsmi nikahları qüvvədədir. Daha sonra ailə manasibətlərinin pozulması nəticəsində iddiaçı sözügedən evi məcburiyyətdən tərk edərək qızı ilə birlikdə kirayədə yaşayır. Abşeron Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3197/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçının pay hüququ tanınmasa da məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülməsinə dair iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlıləsinin 30-cu maddəsinə əsasən hüquqi əsası vardır. Azərbaycan Respublikası Ailə Məcəlıləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlıləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Belə ki,iddiaçı ailə üzvü kimi həmin mübahisə predmeti olan evdə birgə yaşamış və yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal iş materiallarında olan sübutlarla təsdiqini tapmışdır. Lakin sonradan cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində iddiaçı bu hüquqdan məhrum olmuş, başqa yaşayış yeri olmayan iddiaçı və qızı birgə taleyin ümidinə buraxılmışdır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan bütün faktiki hallara istinad edərək hesab edir ki, cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi nəticəsində iddaiçının haqlı tələbinin pozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 3 fərdi yaşayış evə cavabdehin hüquqdan suiistifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3316/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3316/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver