Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3319/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi və ödənilməmiş 24800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ona vurduğu maddi zərərin əvəzi olaraq 200 000 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30 000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı ev İddiaçı mülkiyyətindədir. Cavabdeh isə 2015-ci ilin yanvar ayından İddiaçı məxsus olan həmin evdə yaşayır. Cavabdeh İddiaçı 2021-ci ilə qədər onun evini alacağını və ya almadığı təqdirdə qaldığı illər üzrə evinin hər ay üçün olan kirayə xərcini ümumilikdə ödəyəcəyini bildirmişdir. İddiaçı dəfələrlə evi boşaldaraq ona təhvil verilməsini və hər ay üçün ödənilməmiş kirayə məbləğini ödəməsini Cavabdeh tələb etsə də o, buna məhəl qoymamışdır. Aralarında əldə olunmuş şifahi razılığa əsasən Cavabdeh hər ay üçün İddiaçı 400 manat pul ödəməli idi. Öhdəliklərini icra etmədiyindən Cavabdeh bu günə qədər ümumilikdə 24800 manat borcu yaranmışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair iddia ərizəsində onun mülkiyyətdə olan ünvan 2 ünvanındakı mənzildə 2015-ci ildən yaşadığını, evi alacağına və ya kirayə pullarını verəcəyinə söz versə də, indiyə qədər bunun heç birini etmədiyini göstərmişdir. İddiaçı iddia ərizəsində yazdığı bu ifadələr tam yalandır. Belə ki, o, 2015-ci ildə Azərbaycanda olmamışdır. ünvan 1 ünvanındakı mənzilin alqı-satqısı ilə bağlı İddiaçı 2016-cı ildə 110.000 manat pul ödəmişdir. O, pulun ödənişini 2016-cı ilin dekabr ayında tam başa çatdırmışdır. 2017-ci ilin yanvar ayında o, həmin mənzili təmir etdirərək ora köçmüşdür. Lakin İddiaçı həmin mənzili onun adına rəsmiləşdirməkdən həmişə müxtəlif bəhanələrlə yayınmışdır. O, evin dəyərini tam ödədiyindən aralarında kirayə haqqı ilə bağlı heç zaman söhbət olmamışdır. İddiaçı müxtəlif instansiyalarda verdiyi izahatlarında da onun mənzilin dəyərini ödədiyini etiraf etmişdir. İddiaçı ona məxsus vəsaiti özündə saxlamış, evi onun adına rəsmiləşdirməmiş, hər dəfə “bu gün, sabah rəsmiləşdirəcəm” deyə söz versə də, onu aldatmış, onun ölkədən getməyini məhdudlaşdırmış, bunların nəticəsində də o, xeyli maddi və mənəvi zərərə uğramışdır. Bundan başqa o, həmin mənzili əsaslı təmir etdirmiş və yeni tikililər əlavə etmişdir ki, bunlara da onun təqribən 15 000 manat vəsaiti xərclənmişdir. O, yaşadığı Almaniya dövlətində hər ay 800 Euro təqaüd alırdı. Evin alqısatqısı ilə bağlı yubandığından bura gəlişindən 5 ay sonra o, təqaüd almaq hüququnu itirmişdir ki, bu da İddiaçı onu aldatması nəticəsində baş vermişdir. Belə ki, indiyə qədər o, Almaniya dövlətində 48000 Euro, təqribən 100 000 manat təqaüd almalı idi ki, bu da İddiaçı ona vurduğu zərər kimi hesablanmalıdır. Bundan başqa bu müddətdə İddiaçı onu aldatması nəticəsində Almaniya dövlətində işçi olmaq hüququnu da itirmişdir ki, bu da ona külli miqdarda vurulmuş zərər deməkdir. İddiaçı ona maddi zərər vurmaqla bərabər, həm də mənəvi zərər vurmuşdur. İddiaçı onu ev alqı-satqısı ilə bağlı aldatması səbəbindən maddi vəziyyəti pisləşmiş, o və ailə üzvləri mənəvi sarsıntılara məruz qalmışdır. Belə ki, həmin evin dəyəri olaraq Cavabdeh İddiaçı 100 000 manat pul ödəmişdir. 10 000 manatı da ödəmiş olsa da həmin ev onun adına rəsmiləşdiriləcəkdi. Artıq 5 ilə yaxın müddətdir ki, Cavabdeh həmin evdə yaşayır, su, qaz və işıq sayğacları da onun adına rəsmiləşdirilmişdir. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 Karaman Mehmet oğlunun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 28.07.2021-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş edib, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və nümayəndəsi və vəkili X3 izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi qismən təmin, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.11.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 49 saylı reyestr kitabının 65 saylı vərəqində **********65-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Polis İdarəsinin 26.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərar barədə şikayətçilər Cavabdeh məlumat verilməsi və ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh, 2015-ci ilin may ayında, Daşqın kimi tanıdığı, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini almaq qərarına gəlmiş və həmin evi əşyaları ilə birlikdə 110000 manata almaq üçün öz aralarında razılaşmışlar. Bu səbəbdən də, 05 avqust 2015-ci ildə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək, notariat qaydada 110 000 manat pulu İddiaçı borc vermişdir. Həmin notariat qaydada bağlanmış müqavilədə həmin evin alqı-satqısına dair heç bir qeydiyyat aparılmamışdır. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2015-ci ilin may ayında Daşqın ləqəbi ilə tanıdığı İddiaçı məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini almaq qərarına gəlmiş və həmin evi əşyaları ilə birlikdə 110000 manata almağa İddiaçıla öz aralarında razılaşmışlar. Lakin həmin vaxtı evin alqı-satqısına dair heç bir müqavilə bağlamamışlar. Buna baxmayaraq 110 000 manat pulu o, İddiaçı bu səbəbdən notariat qaydada borc adı ilə vermiş, İddiaçı onunla 110 000 manata öz aralarında razılaşsa da, sonradan ondan əlavə olaraq 10 000 manat əlavə pul istəmişdir. Bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Araşdırma zamanı İddiaçı göstərmişdir ki, 2015-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini Türkiyə Respublikasının vətəndaşı Cavabdeh 120 000 manata öz aralarında razılaşıb satmış, həmin vaxtı Cavabdeh ona hissə-hissə pul ödəmiş, bu səbəbdən də, Cavabdeh forma 1-də vermiş, həmçinin 05 avqust 2015-ci ildə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək, notariat qaydada 110 000 manat pulu Cavabdeh borc aldığı barədə müqavilə bağlamışlar. Lakin Cavabdeh evin alqı-satqısı üçün verməli olduğu 10 000 manat pulu vermək istəmədiyi üçün o da həmin evi onun adına sənədləşdirməmişdir. Cavabdeh əvvəlcədən evin bankda girovda olduğunu və pulu aldıqdan sonra evi bankdan çıxarılacağını bilmişdir. Həmçinin evdən də heç bir əşya aparılmadığını bildirmişdir. Cavabdeh qalan borcu verdiyi halda istənilən vaxtı evi onun adına keçirəcəyini bildirmişdir. -Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(012)-1616/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh və İddiaçı arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat, mənəvi zərər üçün 5000 manat, rüsumun əvəzi olaraq 20 manat olmaqla cəmi 128311 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən daha sonra görünür ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ilin may ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən və cavabdehə məxsus həyət evini almaq qərarına gəlmiş və həmin evi 110000 manata əşyaları ilə birlikdə almağı cavabdehlə razılaşdırmış, həmin məbləğ hissə-hissə cavabdehə ödənilmiş, iddiaçı isə elə həmin vaxtdan hal-hazıradək cavabdehin mülkiyyətində olan qeyd edilən evdə yaşayır. Ötən müddət ərzində evin iddiaçının adına rəsmiləşdirilməməsi bir tərəfdən evin ipotekada olması, digər tərəfdən isə cavabdehin iddiaçıdan əlavə olaraq 10000 manat pul tələb etməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanan 05.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 110000 manat məbləğində borc verməsi, sonuncunun isə pul məbləğini 05.08.2018-ci il müddətinə qaytarmağı öhdəsinə götürməsi iş materialları ilə tam təsdiq edilmişdir. Həmçinin, bunu hal-hazıradək iddiaçının cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən evdə 2015-ci ildən hal-hazıradək yaşaması təsdiq etmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı evdə 2015ci ildən yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.11.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyata alınmış və o, Cavabdeh ilə həmin evin 100 000 manat qarşılığında alqısatqısına dair razılığa gəlsə də, notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən qeyd olunan məbləğin borc şəklində alınmasına dair müqavilə imzalanmış və həmin müqavilə Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(012)-1616/2021 saylı qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(012)-1616/2021 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı cəmi 128311 manat məbləğində pulun tutulması qət edilmişdir. Göründüyü kimi, mənzilin alqı-satqısına dair tərəflər arasında müqavilənin ləğv edilməsi məhkəmə qətnaməsi ilə qət edildiyindən, bununla belə Cavabdeh İddiaçı məxsus olan evdə hazırki müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının Cavabdeh həmin evdən qanunsuz istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini ona məxsus evdən Cavabdeh çıxarılması tələbinə dair hissədə əsaslı hesab edib qismən təmin edir. Məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ödənilməmiş 24800 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair ilk, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh isə İddiaçı onun xeyrinə maddi ziyana görə 200 000 manat pulun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, tərəflər qeyd olunan məbləğlərin ödənilməməsi ilə bağlı mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etmədiklərindən məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini bu hissədə əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına əlavə olunmuş sübutları, qanunvericiliyin tələblərini məcmu halında qiymətləndirərək belə qərara gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı evdə yaşamaqla həmin evin mülkiyyətçisinin hüquqlarını əsassız şəkildə məhdudlaşdırması öz təsdiqini tapdığından həmin evdən çıxarılmalı, ev boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh isə İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi qismən təmin edildiyindən və ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edildiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. Mustafa X4 rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi ev 30 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ev İddiaçı təhvil verilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3319/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3319/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver