Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3168/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X7 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Yeni qəsəbə bina 14-də yerləşən 28 nömrəli 3 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 14 aprel 2014-cü il tarixli 14/28 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla saslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 aprel 2014-cü il tarixli “14/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, X8, Cavabdeh4, Cavabdeh3 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri, Kəpəz rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Yeni qəsəbədə 14 nömrəli binada 28 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə şəhər Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh3 və X2 həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir .Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. Cavabdehlər, Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh3 və X2 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sadələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb komitəyə təhvil verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Daşkəsən rayonu, Çovdar kəndində Kəlbəcər rayon 70 saylı tam orta məktəbində müəllim işləyir, arvadı Cavabdeh2 isə gözətçi işləyir. İşlədikləri məktəb yaşadıqları qəsəbədən uzaq olduğu üçün işləri ilə əlaqədar müvəqqəti olaraq Daşkəsən rayonu Çovdar kəndinə kirayədə yaşamışlar. Digər ailə üzvləri yəni uşaqları kirayə müqaviləsi üzrə onlara verilmiş mənzildə yaşamışlar. Bundan başqa təsərrüfatında mal qara olduğu üçün yay aylarında mal qaralarına görə həmin kənddə yaşamışlar. Heç vaxt yaşadıqları mənzili kirayəyə verməmişlər. Oğlu Aqrar Dövlət Universitetində təsil almaqla digər uşaqları da daimi həmin mənzildə yaşamışlar və yaşayırlar. Ola bilsin ki, onlar Daşkəsən rayonu Çovdar kəndində qalarkən hansısa qohumları qonaq gələndə onların yaşadığı mənzildə qalıblar.İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 14.04.2014-cü il tarixli 14/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri Yeni qəsəbə bina 14-də yerləşən 28 nömrəli 3 otaqlı mənzil Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh3 və X2 müvəqqəti istifadəsinə verilmişdir. 14.07.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər 1500 ailəlik Yeni Qəsəbədə yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirən zaman aşkar olunmuşdur ki, bina 14 mənzil 28 ünvanında müqavilə əsasında yaşamalı olan Cavabdeh1 Elbrus oğlu yaşamır. Həmin mənzildə qeyri-qanuni olaraq başqa şəxslər yaşayır. Gəncə şəhəri Təhsil İdarəsi Kəlbəcər rayon tam orta məktəb tərəfindən verilmiş 15.10.2021-ci il tarixli 19 və 20 nömrəli arayışlardan görünür ki, Abdullayev X11 rayon 70 saylı orta məktəbdə müəllim və Cavabdeh2 Kəlbəcər rayon 70 saylı orta məktəbdə gözətçi işləyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Tərəflər arasında bağlanmış 14.04.2014-cü il tarixli 14/28 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi müqavilənin şərtlərində kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq üzrlü səbəb olmadan yaşamadığı təqdirdə kirayə müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. Lakin təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdehin və onun ailə üzvlərinin mübahisələndirilən mənzildə müqavilədə göstərilən müddətdən artıq yaşamamaları onların işi ilə bağlı üzrlü səbəbdən baş vermişdir. Bununla yanaşı cavabdeh həmin mənzilə dimi gəlib getdiklərini, oğlunun Dövlət Aqrar Universitetində təhsil aldığını və bununla bağlı oğlunun və digər uşaqlarının mütəmadi olaraq həmin mənzildə yaşadığını göstərmişdir. İddiaçı tərəfindən təqdim olunmuş aktdan görünür ki, mənzildə yalnız Cavabdeh1 Elbrus oğlunun yaşamadığı göstərilmişdir. Aktda Kirayəçinin digər ailə üzvlərinin yaşamaması qeyd olunmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı 14 aprel 2014-cü il tarixli 14/28 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3168/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3168/2021
20.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver