Məhkəmə qərarları › İş №2(103)-6481/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6481/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6481/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(002)-593/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu 2» yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş «Qobu 2» yaşayış kompleksində yerləşən 12 saylı binanın 68 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Daha sonra, Qaradağ rayonu «QobuPark» yaşayış kompleksinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvünün 68 nömrəli mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək kirayəşinin mənzildən çıxarılması barədə bildiriş verilmiş, lakin kirayəşin mənzildən çıxarılmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvünün mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 və Cavabdeh2 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-istismar departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu 2» yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 11.10.2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 11 oktyabr 2019cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş – Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksindəki 12 saylı binada yerləşən 62 nömrəli 2 otaqlı mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100-cü maddələrinə istinad edən iddiaçı vurğulamışdır ki, cavabdeh tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan onunla iddiaçı arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2021-ci il, tarixli 2(002)-593/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzilindən çıxarılmaları qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-593/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və onların məcburi köçkün kimi həmin ünvanda yaşamağa hüquqlarının bərpa edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə gedən vaxtlarda o, həyat yoldaşı ilə səhhəti ilə əlaqədar olaraq Rusiya Fedarasiyasında müalicədə imiş, ona iddia ərizəsi barədə yuxarıda göstərilən ünvanda öz ailəsi ilə və himayəsində az yaşlı uşağı olan oğlu X5 məlumat verərək iddia ərizəsini ona göndərmişdir və onda Qaradağ rayon məhkəməsinin hakimi Kamran Əsədova poçt vasitəsi ilə məktub və müalicə aldığı xəstəxanadan səhhətilə bağlı arayışlar göndərmiş ki, məhkəmə vaxtını ertələsin və o, vətənə dönəndən sonra işə baxılsın. Lakin buna baxmayaraq hakim tərəfindən çıxarılan qərardada əsassız yerə yazılıb ki, o, çağırışa gəlməmiş və heç məktublada müraciət etməmiş. O, Rusiya federasiyasında müalicədə olduğu vaxtdan hal hazırki müddətə qədər oğlu X5 həmin ünvanda ailəsi ilə birgə yaşayır və evin kirayəyə verilməsi barəsində verilən məlumatlar yanlışdır. Ali Baş komandan Cənab X1 rəhbərliyi altında bir gün işğaldan azad olunmuş Zəngilan rayonunun Alıbəyli kəndinə qayıdandan sonra onların həm məcburi köçkün adı üstlərindən götürülər, həm də ki, heç kimin imtiyazla verdiyi ev onlara lazım olmayacaq.Ona görə də Qaradağ Rayon məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini və onların məcburi köçkün kimi həmin ünvanda yaşamağa hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, 11.10.2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzili 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) Cavabdeh1 kirayə verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Sərhəd Xidmətinə 09 iyul 2021-ci il tarixdə ünvanladığı sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 05 avqust 2021-ci il tarixli, 33/2698 saylı cavab olaraq qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 2015-2021-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar; Cavabdeh1 – 17.11.2013-cü ildə çıxış, 06.05.2015-ci il tarixdə giriş, 18.05.2015-ci il tarixdə çıxış, 04.08.2016-cı il tarixdə giriş, 23.08.2016-cı il tarixdə çıxış, 25.08.2017-ci il tarixdə giriş, 06.09.2017-ci il tarixdə çıxış, 27.09.2019-cu il tarixdə giriş, 10.10.2019-cu il tarixdə çıxış, 23.10.2019-cu il tarixdə giriş, 29.10.2019-cu il tarixdə çıxış, 04.02.2020-ci il tarixdə giriş, 10.02.2020-ci il tarixdə çıxış, 27.05.2021-ci il tarixdə giriş; Cavabdeh2 – 26.10.2013-cü il tarixdə çıxış, 04.08.2016-cı il tarixdə giriş, 23.08.2016-cı il tarixdə çıxış, 28.08.2017-ci il tarixdə giriş, 06.09.2017-ci il tarixdə çıxış, 27.09.2019-cu il tarixdə giriş, 10.10.2019-cu il tarixdə çıxış kimi qeydə alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 09 iyul 2021-ci il tarixdə ünvanladığı sorğusuna Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 26 iyul 2021-ci il tarixli, 08/h-576H saylı cavab olaraq bildirilmişdir ki, 24 07.1963-cü ildə Zəngilan rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 və xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 digər dövlətin vətəndaşlığını əldə etmələrinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh2 2010-2019-cu illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisində giriş-çıxışı qeydə alınmışdır. Qeyd olunan digər məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, cavabdehlər nəinki 2013-2019-cu illər ərzində Azərbaycan Respublikasında daimi yaşamamışlar (təxminən1 ildə, 2 ildə bir dəfə 1-2 həftə Azərbaycan Respublikasında olmuşlar) hətta tərəflər arasındakı 11.10.2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanarkən, yəni 11.10.2019-cu il tarixdə də Cavabdeh1 ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Sərhəd Xidmətinə 09 iyul 2021-ci il tarixdə ünvanladığı sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 05 avqust 2021-ci il tarixli, 33/2698 saylı cavabından görünür ki, Cavabdeh1 –yuxarıda qeyd olunan tarixlərdən əlavə 27.09.2019-cu il tarixdə giriş, 10.10.2019-cu il tarixdə çıxış, 23.10.2019-cu il tarixdə giriş, 29.10.2019-cu il tarixdə çıxış üzrə hərəkət etmişdir.Digər Cavabdeh2 – yuxarıda qeyd olunan tarixlərdən əlavə 27.09.2019-cu il tarixdə giriş, 10.10.2019-cu il tarixdə çıxış üzrə hərəkət etmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 09 iyul 2021-ci il tarixdə ünvanladığı sorğusuna Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 26 iyul 2021-ci il tarixli, 08/h-576H saylı cavabına əsasən Cavabdeh2 2010-2019-cu illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisində giriş-çıxışı qeydə alınmışdır. İş materiallarından o da müəyyən olunur ki, cavabdehlərin mübahisəli ünvanda yaşamaması ilə yanaşı həmin mənzildə qeyri-qanuni yaşayan şəxslər özlərini və kimliyini təsdiq edən sənədləri təqdim etməkdən imtina etdikləri üçün iddiaçının xəbərdarlıqları da nəticəsiz olmuşdur. Beləliklə, Cavabdeh1 müqavilə şərtlərinə riayət etməmiş, mənzili digər şəxsə istifadəyə verərək, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, mənzili kirayə verdikləri şəxsin (şəxslərin) həmin mənzildən çıxarılmasını tələb etsələr də, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Kirayə müqaviləsinin 2.4.2-ci bəndinin tələbinə görə cavabdehin kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini subkirayə verməyə səlahiyyəti (hüququ) yoxdur. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalarına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu 2” yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzildə yaşamadığı müəyyən edildiyindən, iddianın təmin edilməməsi, tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzilindən çıxarılmaları ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(002)-593/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar