Məhkəmə qərarları › İş №2(105)-3893/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3893/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3893/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla evin İddiaçı təhvil verilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı tərəfindən tələb edilmədiyindən İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi və ödənilməmiş 24.800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ona vurduğu maddi zərərin əvəzi olaraq 200.000 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamədə ilkin iddia tələbinin təmin edilməsinə və onun mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmağına əsas kimi Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(012)-1616/2021 saylı qətnaməsi səbəb göstərilmişdir. Həmin qətnamə ilə İddiaçı onun xeyrinə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə ödədiyi 110.000 manat pulun tutulması qət edilsə də lakin o, həmin pulu ona ödəmək əvəzinə qeyd etdiyi qətnamədən apellyasiya şikayəti vermiş və hazırda həmin şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Bununla da o, pulu ona qaytarmaq istəmir. Belə olan halda hazırkı mülki iş üzrə qətnamə çıxarılarkən onun nəticə hissəsi mübahisəli evdən çıxarılmağı ilə yanaşı İddiaçı həmin evə görə ondan aldığı 110.000 manat pulun ona geri qaytarılması ilə bir vaxtda icra edilməsini də özündə əks etdirməli idi. Lakin hakimin qətnamədə İddiaçı həmin pulu ona qaytarmadan evdən çıxarılmağını qət etməsi ədalətsiz bir nəticədir. Çünki pulunu qaytarmadığından o, hazırkı qətnamə ilə küçədə qala bilər. Ona görə də onun evdən çıxarılmağı Rüstəmov Allah verdi Cavan oğlunun pulunu geri qaytarması ilə eyni anda icra edilməlidir. Qeyd edir ki, İddiaçı ilə ona məxsus ünvan 2 saylı evi 110.000 manata almağına razılaşsa da həmin vaxt o, evin sənədlərinin tam hazır olmadığını, lakin qısa müddətə hazır edib onunla notarial qaydada alğı-satqı edəcəyini bildirmişdi. Bunun üçün isə ona pul lazım olduğunu və inanması üçün hələlik pulu ona notarial qaydada borc müqaviləsi əsasında verməyini xahiş etmişdi. O da İddiaçı inanaraq sənədlər hazır olana qədər ona 110.000 manat pulu notarial qaydada bağlanmış borc müqaviləsi əsasında vermişdir. Lakin pulu aldıqdan sonra o, hər dəfə müxtəlif bəhanələr gətirməklə evin sənədləşdirməsini gecikdirmişdir. Sonda isə o, pulu qaytarmaqdan və evi onun adına rəsmiləşdirməkdən imtina etmişdir. Daha sonra isə məlum olmuşdur ki, Allahverdi onu aldatmış, evin çıxarış və sənədləri olduğu halda yalandan sənədlərin hazır olmadığını bəhanə gətirərək ondan borc müqaviləsi əsasında 110.000 manat pul almış və həmin evin "xxxx" ASC-də girovda olmasını ondan gizlətmişdir. Bununla da onunla borc müqaviləsi bağlayarkən niyyəti evi satmaq adı altında aldadıb pulunu ələ keçirmək olmuşdur. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri vardır. Onun bu təqsirli əməli nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Daha sonra göstərdi ki, İddiaçı onun pulunu ona tam ödəsin ki, özünə başqa ev alsın. Onun evindən bu halda dərhal çıxar. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunudan məlum olur ki, o, qətnaməni ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddia tələbinə dair hissəsində mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.11.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 49 saylı reyestr kitabının 65 saylı vərəqində **********65-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Polis İdarəsinin 26.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərar barədə şikayətçilər Cavabdeh məlumat verilməsi və ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh, 2015-ci ilin may ayında, Daşqın kimi tanıdığı, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini almaq qərarına gəlmiş və həmin evi əşyaları ilə birlikdə 110.000 manata almaq üçün öz aralarında razılaşmışlar. Bu səbəbdən də 05 avqust 2015ci ildə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək, notariat qaydada 110.000 manat pulu İddiaçı borc vermişdir. Həmin notariat qaydada bağlanmış müqavilədə evin alğı-satqısına dair heç bir qeydiyyat aparılmamışdır. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2015-ci ilin may ayında Daşqın ləqəbi ilə tanıdığı İddiaçı məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini almaq qərarına gəlmiş və həmin evi əşyaları ilə birlikdə 110.000 manata almağa dair İddiaçıla öz aralarında razılaşmış, lakin həmin vaxtı evin alğısatqısına dair heç bir müqavilə bağlamamışlar. Buna baxmayaraq 110.000 manat pulu İddiaçı bu səbəbdən notariat qaydada borc adı ilə vermiş, İddiaçı onunla sonradan ondan əlavə olaraq 10.000 manat əlavə pul istəmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Qəraradan eləcə də görünür ki,araşdırma zamanı İddiaçı göstərmişdir ki, 2015-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini Türkiyə Respublikasının vətəndaşı Cavabdeh 120.000 manata öz aralarında razılaşıb satmış, həmin vaxtı Cavabdeh ona hissə-hissə pul ödəmiş, bu səbəbdən də Cavabdeh forma 1-də vermiş, həmçinin 05 avqust 2015-ci ildə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək, notariat qaydada 110.000 manat pulu Cavabdeh borc aldığı barədə müqavilə bağlamışlar. Lakin Cavabdeh evin alğı-satqısı üçün verməli olduğu 10.000 manat pulu vermək istəmədiyi üçün o da həmin evi onun adına sənədləşdirməmişdir. Cavabdeh əvvəlcədən evin bankda girovda olduğunu və pulu aldıqdan sonra evi bankdan çıxarılacağını bilmişdir. Həmçinin evdən də heç bir əşya aparılmadığını bildirmişdir. Cavabdeh qalan borcu verdiyi halda istənilən vaxtı evi onun adına keçirəcəyini bildirmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 saylı evdə 2015-ci ildən yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Məhkəmə Cavabdeh İddiaçı məxsus olan evdə hazırki müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının Cavabdeh həmin evdən qanunsuz istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə İddiaçı ilk iddia ərizəsini ona məxsus evdən Cavabdeh çıxarılması tələbinə dair hissədə əsaslı hesab edib qismən təmin etmişdir. Məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ödənilməmiş 24.800 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair ilk, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh isə İddiaçı onun xeyrinə maddi ziyana görə 200.000 manat pulun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər qeyd olunan məbləğlərin ödənilməməsi ilə bağlı mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etmədiklərindən məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini bu hissədə əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlimişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh ünvan 2 saylı evdə yaşamaqla həmin evin mülkiyyətçisinin hüquqlarını əsassız şəkildə məhdudlaşdırması öz təsdiqini tapdığından həmin evdən çıxarılmalı, ev boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh isə İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətindən görünür ki o, qətnamənin iddianın təmin olunmuş hissəsinin və qarşılıqlı iddianın təmin olunmaması hissəsini mübahisələndirir, Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.11.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 49 saylı reyestr kitabının 65 saylı vərəqində **********65-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni mübahisəli ev iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Ona görə də məhkəmə haqlı olaraq iddianı bu hissədə təmin etmişdir. Bundan başqa cavabdeh qarşılıqlı iddiasında və eləcə də apellyasiya şikayətində mübahisəli evi pul müqabilində iddiaçıdan aldığını qeyd etsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında iddiaçı ilə cavabdeh arasında mübahisəli evə dair hər hansı bir rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 05.08.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır ki, həmin müqavilə də iddiaçı tərəfindən mübahisələndirilmişdir, həmin qətnamə isə hələ ki, qanuni qüvvəsini almamışdır. Qeyd edilən qətnamədən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia, İddiaçı isə Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Bundan başqa apelyant iddiaçının hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini bildirsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən qanunvericiliyin tələblərinə əsaslanaraq qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apelyant digər qətnamə ilə onun xeyrinə iddiaçıdan tutulacaq pulun verilməsi və onun hazırkı qətnamə ilə mübahisəli evdən çıxarılmasının eyni vaxtda icra olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə evə (mənzilə) dair alğı-satqı müqavilələri ləğv edilidikdə (etibarsız hesab edildikdə) evdən çıxarılma ilə pulun qaytarılması eyni vaxda icra olunur. Hazırkı işdə isə belə bir müqavilə yoxdur. Bundan başqa hər bir qətnamə ayrı-ayrılıqda icra olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-3319/2021 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar