Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2729/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(105)-3893/2021 nömrəli iş üzrə 2021-ci il 21 dekabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2022-ci il 18 may tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 49 saylı reyestr kitabının 65 saylı vərəqində qeydiyyata alınmışdır.
2. Ab şeron Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərar barədə şikayətçilər Cavabdeh məlumat verilməsi və ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh, 2015-ci ilin may ayında, Daşqın kimi tanıdığı, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən həyət evini almaq qərarına gəlmiş və həmin evi əşyaları ilə birlikdə 110000 manata almaq üçün öz aralarında razılaşmışlar. Bu səbəbdən də, 2015-ci il 5 avqust tarixdə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək, notariat qaydada 110 000 manat pulu İddiaçı borc vermişdir. Həmin notariat qaydada bağlanmış müqavilədə evin alqı-satqısına dair heç bir qeydiyyat aparılmamışdır.
3. Qeyd edilən borc müqaviləsi daha sonra tərəflər arasında mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin 2021-ci il 26 aprel tarixli 2(012)-1616/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat, mənəvi zərər üçün 5000 manat, rüsumun əvəzi olaraq 20 manat olmaqla cəmi 128311 manat məbləğində pulun tutulması qət olunmuşdur.
4. Cavabdeh Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı evdə 2015-ci ildən yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi və ödənilməmiş 24800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Orduxanov küçəsi 30 saylı ev İddiaçı mülkiyyətindədir. Cavabdeh isə 2015-ci ilin yanvar ayından İddiaçı məxsus olan həmin evdə yaşayır. Cavabdeh İddiaçı 2021-ci ilə qədər onun evini alacağını və ya almadığı təqdirdə qaldığı illər üzrə evinin hər ay üçün olan kirayə xərcini ümumilikdə ödəyəcəyini bildirmişdi r. İddiaçı dəfələrlə evi boşaldaraq ona təhvil verilməsini və hər ay üçün ödənilməmiş kirayə məbləğini ödəməsini Cavabdeh tələb etsə də o, buna məhəl qoymamışdır. Aralarında əldə olunmuş şifahi razılığa əsasən Cavabdeh hər ay üçün İddiaçı 400 manat pul ödəməli idi. Öhdəliklərini icra etmədiyindən Cavabdeh bu günə qədər ümumilikdə 24800 manat borcu yaranmışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək İddiaçı ona vurduğu maddi zərərin əvəzi olaraq 200 000 manatın vurulmuş mənəvi zərərin əvəzi olaraq 30 000 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşıl ıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı irəli sürdüyü evdən çıxarma və ödənilməmiş kirayə pullarının ödənilməsi tələbinə dair iddia ərizəsində onun mülkiyyətdə olan ünvan 2 ünvanındakı mənzildə 2015-ci ildən yaşadığını, evi alacağına və ya kirayə pullarını verəcəyinə söz versə də, indiyə qədər bunun heç birini etmədiyini göstərmişdir. İddiaçı iddia ərizəsində yazdığı bu ifadələr tam yalandır. Belə ki, o, 2015-ci ildə Azərbaycanda olmamışdır. ünvan 1 ünvanındakı mənzilin alqı-satqısı ilə bağlı İddiaçı 2016-cı ildə 110.000 manat pul ödəmişdir. O, pulun ödənişini 2016-cı ilin dekabr ayında tam başa çatdırmışdır. 2017-ci ilin yanvar ayında o, həmin mənzili təmir etdirərək ora köçmüşdür. Lakin İddiaçı həmin mənzili onun adına rəsmiləşdirməkdən həmişə müxtəlif bəhanələ rlə yayınmışdır. O, evin dəyərini tam ödədiyindən aralarında kirayə haqqı ilə bağlı heç zaman söhbət olmamışdır. İddiaçı müxtəlif instansiyalarda verdiyi izahatlarında da onun mənzilin dəyərini ödədiyini etiraf etmişdir. İddiaçı ona məxsus vəsaiti özündə saxlamış, evi onun adına rəsmiləşdirməmiş, hər dəfə “bu gün, sabah rəsmiləşdirəcəm” deyə söz versə də, onu aldatmış, onun ölkədən getməyini məhdudlaşdırmış, bunların nəticəsində də o, xeyli maddi və mənəvi zərərə uğramışdır. Bundan başqa o, həmin mənzili əsaslı təmir etdirmiş və yeni tikililər əlavə etmişdir ki, bunlara da onun təqribən 15 000 manat vəsaiti xərclənmişdir. O, yaşadığı Almaniya təqaüd alırdı. Evin alqı-satqısı ilə bağlı yubandığından bura gəlişindən 5 ay sonra o, təqaüd almaq hüququnu itirmişdir ki, bu da İddiaçı onu aldatma sı nəticəsində baş vermişdir. Belə ki, indiyə qədər o, Almaniya dövlətində 48000 Euro, təqribən 100 000 manat təqaüd almalı idi ki, bu da İddiaçı ona vurduğu zərər kimi hesablanmalıdır. Bundan başqa, bu müddətdə İddiaçı onu aldatması nəticəsində Almaniya dövlətində işçi olmaq hüququnu da itirmişdir ki, bu da ona külli miqdarda vurulmuş zərər deməkdir. İddiaçı ona maddi zərər vurmaqla bərabər, həm də mənəvi zərər vurmuşdur. İddiaçı onu ev alqısatqısı ilə bağlı aldatması səbəbindən maddi vəziyyəti pisləşmiş, o və ailə üzvləri mənəvi sarsıntılara məruz qalmışdır. Belə ki, həmin evin dəyəri olaraq Cavabdeh İddiaçı 100 000 manat pul ödəmişdir. 10 000 manatı da ödəmiş olsa da həmin ev onun adına rəsmiləşdiriləcəkdi. Artıq 5 ilə yaxın müddətdir ki, Cavabdeh həmin evdə yaşayır, su, qaz və işıq say ğacları da onun adına rəsmiləşdirilmişdir. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
9. Abşeron Rayon Məhkəməsinin 2021-ci il 28 iyul tarixli, 2(012)-3319/2021 saylı qətnaməsi ilə (hakim: Habil Əhmədov) ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh mübahisələndirilən ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ev İddiaçı təhvil verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1616/2021 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Abşeron rayon 1 saylı Notariat K ontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı cəmi 128311 manat məbləğində pulun tutulması qət edilmişdir. Mənzilin alqı-satqısına dair tərəflər arasında müqavilənin ləğv edilməsi məhkəmə qətnaməsi ilə qət edildiyindən, bununla belə Cavabdeh İddiaçı məxsus olan evdə hazırki müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının Cavabdeh həmin evdən qanunsuz istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə İddiaçı iddia ərizəsini ona məxsus evdən Cavabdeh çıxarılması tələbinə dair hissədə əsaslı hesab etmiş və qismən təmin etmişdir.
11. Birinci instansiya məhkəməs i iddiaçının ödənilməmiş 24800 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair ilk, Cavabdeh isə İddiaçı onun xeyrinə maddi ziyana görə 200 000 manat pulun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər qeyd olunan məbləğlərin ödənilməməsi ilə bağlı mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etmədiklərindən məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini bu hissədə əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddia ərizəsində iddia etdiyi mənəvi zərərlə bağlı qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanu nsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində cavabdeh tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 77.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin öz qərarında istinad etdiyi tərəflər arasında olan borc müqaviləsinin ləğvinə dair digər məhkəmə qətnaməsindən hazırkı iş üzrə İddiaçı apellyasiya şikayəti vermiş və hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Onun pulu qaytarılmadığından hazırkı qətnamə ilə küçədə qala bilər. Ona görə də onun evdən çıxarılması İddiaçı pulunu geri qaytarması ilə eyni anda icra edilməlidir. Məhkəmə İddiaçı həmin pulu qaytarmadan evdən çıxarılmağını qət etməsi ədalətsiz bir nəticədi r.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi hakim), X5 və X3) 2021-ci il 21 dekabr tarixli, 2(105)-3893/2021 saylı qətnaməsi ilə, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2021-ci il 28 iyul tarixli, 2(012)-3319/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsinin və qarşılıqlı iddianın təmin olunmaması hissəsini mübahisələndirir.
19. Mübahisəli ev iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçili k törədir. Ona görə də məhkəmə haqlı olaraq iddianı bu hissədə təmin etmişdir.
20. Cavabdeh qarşılıqlı iddiasında və eləcə də apellyasiya şikayətində mübahisəli evi pul müqabilində iddiaçıdan aldığını qeyd etsə də bu, iş materialları ilə təkzib olunur. Bundan başqa Cavabdeh iddiaçının hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini bildirsə də, buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən qanunvericiliyin tələblərinə əsaslanaraq qanuni nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, Cavabdeh digər qətnamə ilə onun xeyrinə iddiaçıdan tutulacaq pulun verilməsi və onun hazırkı qətnamə ilə mübahisəli evdən çıxarılmasının eyni vaxtda icra olunmasını xahiş edir. Apellyas iya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə evə (mənzilə) dair alğı-satqı müqavilələri ləğv edilidikdə (etibarsız hesab edildikdə) evdən çıxarılma ilə pulun qaytarılması eyni vaxda icra olunur. Hazırkı işdə isə belə bir müqavilə yoxdur. Bundan başqa hər bir qətnamə ayrı-ayrılıqda icra olunur.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
23. Apellyasiya instansiyası qətnaməsini Mülki Məcəllənin 152.2, 157.2, 157.4, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Kassasiya şikayətinin dəlilləri.
24. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh 2017-ci il tarixdə ünvan 3 ünvanda yerləşən evi təmir edərək ora köçmüşdür. Hazırkı tarixə kimi də həmin ünvanda yaşayır. Evin qaz, işıq, su məsrəfi üçün vergilər Cavabdeh adından ödənilib. Belə olan halda əmlak özgənin qanunsuz istifadəsində olması kimi qiymətləndirilməməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. İş üzrə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi deyil, kredit müqaviləsi bağlanmış və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və İddiaçı Cavabdeh xeyrinə 128.311 manat tutulması qət edilmişdir.
40. İddiaçı məxsus fərdi yaşayış evində hazırda hər hansı bir qanuni əsas olmadan Cavabdeh yaşamaqla h əmin evdən qanunsuz sahiblik hüququ əsasında istifadə edir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini Cavabdeh qanunsuz sahibliyindən geri tələb etmək hüququna malik olduğundan, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Cavabdeh qarşılıqlı iddia tələbində cavabdehin hərəkəti nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etsə də, işin apellyasiya instansiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, o, tələbinin qanuni və əsaslı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.
44. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas ola bilməz.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3893/2021 nömrəli iş üzrə 2021-ci il 21 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.