Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3323/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil,Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 24 avqust 2009-cu ildə anadan olmuş Ruslan və 29 avqust 2013-cü ildə anadan olmuş Nihat adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə evlənməklə nikahlarını 10 mart 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 avqust 2009-cu ildə Ruslan və 29 avqust 2013-cü ildə Nihat adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə ər-arvad olduqları müddətdə xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında dəfələrlə mübahisə olmuş və cavabdehlə ər-arvad münasibətini kəsərək ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahlarından 24 avqust 2009-cu ildə anadan olmuş Ruslan və 29 avqust 2013-cü ildə anadan olmuş Nihat adlı uşaqları onun yanında və himayəsində saxlanılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 536 saylı 18 aprel 2011-ci il tarixli sərəncamına əsasən Cavabdeh üç nəfər aiİə tərkibi ilə adında açıqlama (özü, arvadı və oğlu) mənzil kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onların mənzildən istifadə hüquqları yaranmışdır. Hal-hazırda Cavabdeh iddiaçını mənzildə yaşamağa qoymur. Halbuki, Cavabdeh ilə bərabər iddiaçının uşaqları ilə birlikdə mənzildən istifadə hüquqları vardır. Lakin, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində həmin hüquqdan məhrum edilmişlər. İddiaçı hesab edir ki, onun uşaqları Ruslan və Nihatla birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq hüquqları vardır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 iyul 2005-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu (hazırda Abşeron rayonu), MK-23 qəsəbəsi, 2 saylı evin 3 saylı mənzili X1 yaşamaq üçün verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının vətəndaşların mənzillərinin şəxsi hesablarının dəyişdirilməsi haqqında 536 saylı, 18 aprel 2011-ci il tarixli sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, 2 saylı evin 20,0 kv.metrlik 1 (bir) otaqlı, 3-cü mənzilinin şəxsi hesabının Cavabdeh 3 (üç) nəfər ailə tərkibi ilə adına açılmaqla (özü, arvadı və oğlu) onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 143843 nömrəli və AZ-İİİ seriyalı 170596 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(062)-1548/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 10 mart 2009-cu il tarixdə keçmiş Abşeron Rayon Qeydiyyat Şöbəsində 96 saylı bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 avqust 2009-cu il tarixdə anadan olmuş Ruslan və 29 avqust 2013-cü il tarixdə anadan olmuş Nihat adlı uşaqların İddiaçı yanında və himayəsində saxlanılması, 09 iyul 2020-ci il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 avqust 2009-cu il tarixdə anadan olmuş Ruslan və 29 avqust 2013-cü il tarixdə anadan olmuş Nihat adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Tovuz rayonu İcra Hakimiyyəti başçısınınTovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 2085 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il tarixdə anadan olmuş İddiaçı ünvan 1-də daimi pasport qeydiyyatında olmasına baxmayaraq hal-hazırda ünvan 2 ünvanında müvəqqəti olaraq qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Nikahlarını 10 mart 2009-cu ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında münasibətlər pisləşdiyindən onlar arasındakı nikah Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X3 İddiaçı (analarının) yanında və himayəsində saxlanılması müəyyən edilmişdir. Tərəflərin birgə nikah dövründə Abşeron Rayon İcra Hakimiyyəti başçısının vətəndaşların mənzillərinin şəxsi hesablarının dəyişdirilməsi haqqında 18 aprel 2011-ci il tarixli sərəncamı ilə Xırdalan şəhəri, MK-23 qəsəbəsi, 2 saylı evin 3 saylı mənzilinin şəxsi hesabının Cavabdeh 3 (üç) nəfər ailə tərkibi ilə adına açılmaqla (özü, arvadı və oğlu) onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. İddiaçı və onun cavabdehlə birgə nikahlarından olan uşaqları mübahisəli mənzildə yaşamış, sonra ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı uşaqları ilə birlikdə oradan çıxmışdır. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir; 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,mübahisəli mənzil tərəflərin və onlaraın birgə nikahdan olan uşaqlarının yaşamaları üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının vətəndaşların mənzillərinin şəxsi hesablarının dəyişdirilməsi haqqında 536 saylı, 18 aprel 2011-ci il tarixli sərəncamı ilə tərərflərə ayrıldığından, İddiaçı uşaqları - 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, 2 saylı evin 3 saylı mənzilinə istifadə hüququ vardır. Məhkəmə bu əsasda hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir, İddiaçı uşaqları - 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, 2 saylı evin 3 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı uşaqları - 24 avqust 2009-cu il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, 2 saylı evin 3 saylı mənzilinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3323/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3323/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver