Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3350/2020 20.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, Ərizəçi işləmə faktının müəyyənləşdirilməsi barədə ərizəsinəAbşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi işləmə faktının müəyyənləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin məhkəməyə təqdim etdiyi məhkəmə ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Abşeron rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Müraciətini əsaslandıraraq, ərizəçi onun həqiqətən xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək 2 saylı Ağdam Psixiatriya xəstəxanasında işləməsi bildirmiş, maraqlı şəxs sosial sığorta stajının yoxlanılması barədə Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ağdam rayon şöbəsinə sorğu vermiş, sorğuya gələn cavab məktubunda ərizəçinin xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək olan iş stajı təsdiq olunmadığı üçün və 25 il staj toplanmadığı üçün əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından da göründüyü kimi, ərizəçi əmək stajına malik olduğunu müxtəlif təşkilatlardan aldığı rəsmi arayışlarla, habelə əmək kitabçası ilə təsdiq etmiş, nəticədə məhkəmə tərəfindən başqa qaydada ala bilinməyən lazımi sənədlərlə təsdiq edilən hüquqi əhəmiyyəti olan faktlar artıq mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13-cü bəndində məhkəmələrə izah olunur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndində əsasən Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatının 2.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan sayılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə qanunun qeyd edilən tələblərinə əsasən işləmə faktının müəyyən olunmasından, ərizəçininin iddia icraatı qaydasında müraciəti əsasında aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. 13.4-cü maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də məhkəmə ərizəyə baxılmasından imtina edilməsi ilə bağlı 153.2.1-ci maddəsinin tədbiq edilməsini zəruri və doğru hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin baxılmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi işləmə faktının müəyyənləşdirilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ona ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3350/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3350/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver