Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3355/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı cavabdeh Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mərhum bacısı X8 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərimiş vərəsələrindən X4 ləyaqətsiz vərəsə elan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarış ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən mərhum valideynlərinə məxsus olan 0.14 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi onların (mərhum atası X11, mərhum X3, ona və mərhum bacısı X6) ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2024cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum bacısı X6 həyat yoldaşı xx.xx.1982-ci il təvəllüdlü X5 miras əmlakdan düşən payı 3/2 hissədə açıq saxlanılmışdır. Abşeron rayon 2 saylı Notariat Ofisi gəldiyi nəticə əsassızdır. Belə ki, 24 iyul 2010-cu il tarixdən 25 iyul 2010-cu il tarixə keçən gecə saat 02.00 radələrində mərhum bacısı X6 həyat yoldaşı X12 yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsindəki evin hasarından keçərək mərhum atası X13, mərhum anası X2, mərhum bacısı X9 vəhşicəsinə qətlə yetirmiş, onu isə ağır yaralamışdır. Mərhum bacısı X1 Nicat Rizvan oğlu ilə 2006-cı ildə faktiki, xx.xx.2007-ci il tarixdə rəsmi nigah qeydiyyatından keçərək ailə qurub. Birgə nigahdan xx.xx.2007-ci il təvəllüdlü Cavad, xx.xx.2010-cu il təvəllüdlü Cavid adlı iki övladları anadan olmuşdur. Hadisə Cavidin anadan olmasının 40 günü axşamı baş vermişdir. Hadisədən əvvəl də mərhum bacısı Şəlalə ailəsi ilə bizim evdə yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-281/2011 saylı, xx.xx.2011 -ci il tarixli hökmü ilə (hakim: X17) ilə X14 AR CM-nin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ömürlük azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 29, 120.2.4-cü maddələri təqsirli bilinərək, 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona təyin olunmuş 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilib üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mərhum valideynlərindən miras qalmış evdə o, yaşayır, mirası o qəbul etmişdir. Mərhum bacısı uşaqları onun qəyyumluğundadır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ərizədə cavabdeh qismində “Abşeron rayon 2 saylı Notariat Ofisi qeyd etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə mərhum bacısı X8 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərimiş vərəsələrindən X4 ləyaqətsiz vərəsə elan olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının tələbinin kimə yönəlməsi qeyri-müəyyəndir. Halbuki Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbləri, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa aid tələblərə əməl edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-3355/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 10 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3355/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3355/2024
17.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver