Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3359/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı xx.xx.2021-ci il tarixli, 266 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və digər tələbinə dair mülki işə 11 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı xx.xx.2021-ci il tarixli 266 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli, 266 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, 500 (beş yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdiilməsi barədə ərizə təqdim edərək, Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 266 saylı əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, 500 (beş yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Babayeva X2 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı, coğrafiya fənnini coğrafiya müəllimi olaraq 01 mart 2019-cu il tarixdən tədris edirdi. İşlədiyi müddət ərzində məktəbin rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında və tam yerinə yetirmişdir. Məktəbə təzə təyin olunan direktor əvəzi Elşən Qurbanov tərəfindən təyin olunduğu gündən ona qarşı qeyri-səmimi və qərəzli münasibəti olmuşdur. Hər dəfə müəyyən bəhanələr gətirərək onu işdən maddə ilə çıxaracağı barədə hədələyir və heç bir əsas olmadan vəzifə funksiyalarına daxil olmayan tapşırıqlar verirdi. Vəzifə öhdəliklərinə daxil olmamasına baxmayaraq iddiaçı həmin tapşırıqları yerinə yetirirdi. xx.xx.2021-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar 14 təqvim günü ödənişsiz məzuniyyət verilməsi ilə əlaqədar direktor əvəzi Elşən Qurbanova ərizə ilə müraciət etmiş, lakin ərizəsinə rədd cavabı verilmişdir. İddiaçı məzuniyyət ona lazım olduğunu bildirdikdə cavabdeh onun sözlərindən daha da hiddətlənərək məktəbin kollektivi arasında uca səslə onu maddə ilə çıxaracağını, ərizəsini yazmağı demişdir. Bundan sonra, bu hallar növbəti günlərdə də davam etdiyi üçün iddiaçı məcburiyyət qarşısında qalıb xx.xx.2021-ci il tarixdə məktəbin direktor əvəzi X3 “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” məzmununda ərizə yazmışdır. Göründüyü kimi, ərizəsində direktor müavinliyindən çıxmağını xahiş etsə də, müəllim kimi işdən çıxmaqla bağlı ərizə yazmamışdır. Yəni, cavabdeh məktəbdə həm direktor müavini olaraq inzibati vəzifə tutmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərirdi. Lakin xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Direktor əvəzi Elşən Qurbanov xx.xx.2021-ci il tarixli ərizəsində göstərilənləri nəzərə almadan, heç bir araşdırma aparmadan, ərizəsindəki xahişə münasibət bildirmədən, dərs saatları saxlanılmaq şərti ilə müavin kimi vəzifədən azad edilmə şərtinə heç bir məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. xx.xx.2021-ci il tarixdən işdən azad edilməyindən heç bir xəbəri olmamışdır. Çünki 2022-ci ilin yanvar ayının 31-nə kimi onu məktəbdə həm direktor müavini kimi, həm də coğrafiya müəllimi kimi işlətmişdir. Bu faktları məktəbin qeydiyyat jurnalı kitabından da görmək olar. İddiaçı yanvar ayının sonuna kimi həmin jurnala imza etmişdir. Digər tərəfdən əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti yalnız 2022-ci ilin fevral ayının əvvəli ona təqdim olunmuşdur. Bu fakt Abşeron rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubda da xx.xx.2022-ci il tarixdə əmək kitabçası ona təqdim edilməyi göstərilmişdir.İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi Masazır kənd 4 nömrəli ümumi təhsil tam orta məktəbin TTİ üzrə direktor müavini vəzifəsində işləməklə ixtisası üzrə coğrafiya fənni üzrə tədris etmək fəaliyyətinin bərpa edilməsi və 2022-ci ilin yanvar ayının maaşın ödəmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7034/2022 saylı qərardadına əsasən iddiası mümkün sayılmamış, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə qarşısında iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. Bundan sonra qanunvericliyin tələbinə uyğun olaraq mediasiyaya müraciət etmişdir. Masazır kənd tam 4 nömrəli məktəbə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə rəsmi qaydada məlumat verilsə də, sonuncu mediasiyaya sessiyasında iştirak etməmişdir. Buna görə də, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən 12 may 2012-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçıya Arayış verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin verdiyi əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Abşeron rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əmək kitabçası xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa, cavabdeh təşkilat tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi də kobud surətdə pozulmuşdur. Onu 30 dekabr 2021-ci il tarixdən işdən çıxartdıqları təqdirdə son haqq hesab isə yalnız 2022-ci ilin fevral ayında ona köçürülmüşdür. Digər tərəfdən əmək müqaviləsinə xitam verdikdən sonra onu bir ay müddətində işlətmişlər və bu müddətdə də ona əmək müqavilənin ləğv edilməsi barədə bildirməmişlər, yəni qanunsuz işlədərək əmək haqqı verməmişlər. Göründüyü kimi, cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin xeyli sayda maddi normalarının pozuntusuna yol verilmişdir. İddiaçı həmçinin vəkilin göstərdiyi yardıma görə 500 (beş yüz) manat müqavilə haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclasında iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmənin sonrakı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə görə əsassız olduğundan təmin edilməməlidir İşə əlavə olunmuş Əmək Müqaviləsinin (Kontraktı) surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh direktor əvəzi X3 yazılmış xx.xx.2021-ci il tarixli ərizədən “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazdığı müəyyən olunur. İşin materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Ali təhsilli coğrafiya müəllimi 01.03.19-cu il tarixdən ərizəsinə əsasən məktəbdə yaranmış 1.0 ştat direktor müavini vəzifəsinə təyin edilmiş və həmin tarixdən onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci ildə Masazır kənd 4 nömrəli tam orta məktəbində xx.xx.2019-cu ildə Ali təhsilli coğrafiya müəllimi xx.xx.2019-cu il tarixdən ərizəsinə əsasən məktəbdə yaranmış ştat direktor müavini vəzifəsinə təyin edilmiş və həmin tarixdən onunla əmək müqaviləsi bağlanmış, Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşin materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrdən Çıxarışdan görünür ki, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Əsas Babayevanın ərizəsi İşin materiallarında olan Abşeron rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Babayeva X2 4 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmaq üçün xx.xx.2021-ci il tarixli ərizə ilə həmin dövrdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elşən Qurbanova müraciət etmiş, məktəb üzrə xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə əmək kitabçası vətəndaşa təqdim edilmişdir. İddiaçı dövlət ümumi təhsil müəssisələrində ixtisası üzrə işlə təmin olunması üçün müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı məqsədəmüvafiqdir. İşin materiallarında olan Xaçmaz rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, Xudat şəhər 3 №-li tam orta məktəbin coğrafiya müəllimi İddiaçı həqiqətən 2015-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmiş və 48 (ixtisas 35, metodika 13) bal toplamışdır. İşin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7034/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “iş fəaliyyətinin bərpa edilməsi və 2022-ci ilin yanvar ayının maaşın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşə əlavə olunmuş Cavabdeh direktor əvəzi Elşən Qurbanov tərəfindən Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova ünvanlanmış təqdimatdan görünür ki, məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilib, ixtisası üzrə məktəbdə müəllim kimi fəaliyyət göstərməsinə münasibət bildirilməsi nəzərə çatdırılmışdır. Həmin məktuba cavab olaraq Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova tərəfindən Cavabdeh direktor əvəzi Elşən Qurbanova ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Təhsil Nazirliyi Xaçmaz rayonu Təhsil Şöbəsi K.Məhərrəmov adına Xudat şəhər 3 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 118 №-li Arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2006cı il tarixdən (əmr N56) xx.xx.2018-ci il tarixinə qədər (əmr N4) müddətsiz müqavilə ilə ixtisası üzrə coğrafiya müəllimi işləmişdir. Həmçinin işin materiallarında olan Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə jurnaldan çıxarışdan müəyyən edilir ki, iddiaçının həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, onun tərəfindən Cavabdeh direktor əvəzi X3 yazılmış xx.xx.2021-ci il tarixli ərizədə “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazdığı ərizəsindən sonra məktəbin xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, işin materiallarında olan Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə jurnaldan çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etmişdir. Bundan sonra iddiaçı hüquqlarının müdafiəsi üçün Mediasiya təşkilatına və sonradan inzibati məhkəməyə və sonda hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına qeyd edilən hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, əmr tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq ərizəsinə əsasən iddiaçının Masazır kənd 4 nömrəli tam orta məktəbinə təlimtərbiyə işləri üzrə direktor müavini olaraq tutduğu vəzifədən azad edilməsi barədə olmuşdur. Yəni, iddiaçı tutduğu vəzifədən öz ərizəsinə əsasən istədiyi vaxtdan azad edilmişdir. Qaldı ki, iddiaçının işdən azad edilməsi barədə ərizəsinin məzmunundakı “məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə” barədə qeydinə əsaslanmaqla iddiaçının əmri mübahisələndirməsinə iddiaçı barəsində müəllim kimi işə qəbul edilməsi barədə nə tərəflər arasında belə bir müqavilə, nə də ki, bu barədə əmr olmuşdur. Bununla belə, xx.xx.2030cu il tarixdən sonrakı müddətdə iddiaçının Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə iddiaçının həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etməsi iş materialları ilə təsdiq olunur. Bu hal həmçinin, işdə olan digər sübutla da təsdiq edilir. Belə ki, Cavabdeh direktor əvəzi Elşən Qurbanov tərəfindən Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova ünvanlanmış təqdimata cavab olaraq Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova tərəfindən Cavabdeh direktor əvəzi Elşən Qurbanova ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbinin 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən dövr üçün tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 266 saylı əmrin ləğv edilməsi üçün əsaslar olmadığından iddia bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməli, iddianın bu hissəsi təmin edilmədiyindən iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, 500 (beş yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri də əsassız olmaqla təmin edilməməlidir. İddia tələbinin 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı mülki hüquq münasibətindən irəli gələn ziyan tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı xx.xx.2021-ci il tarixli 266 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və digər tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3359/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3359/2022
11.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver