Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3367/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva Ərizəçi X1 maraqlı şəxs Abşeron rayonu Qeydiyyat şöbəsi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi X1 maraqlı şəxs Abşeron rayonu Qeydiyyat şöbəsi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun doğum şəhadətnaməsində düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi onun doğum haqqında şəhadətnaməsində doğumun ay və günü yazılmadığından şəhadətnaməyə düzəliş edilməsini , doğum ay və gününün qeyd edilməsini istəsə də, ərizəsini hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi adlandırmışdır. Halbuki ərizəçinin xahişi Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsini tənzimləyən MPM-nin 339-341-ci maddələrinin tələbləri əsasında məhkəmə icraatı mümkündür. İş materiallarından göründüyü kimi ərizəçi bu barədə məhkəməyədək icraat qaydasına əməl etmiş və maraqlı şəxs Abşeron rayonu Qeydiyyat şöbəsindən imtina cavabını almış və inzibati qaydada bunu mübahisələndirməmişdir. Hazırkı halda ərizəçinin özünün doğum ay və günü hüquqi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 maraqlı şəxs Abşeron rayonu Qeydiyyat şöbəsi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizə ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi X1 maraqlı şəxs Abşeron rayonu Qeydiyyat şöbəsi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizə ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3367/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3367/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver