Məhkəmə qərarları › İş №2(012)-3371/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3371/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3371/2020 27.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödəməli olduğu 189.870 manat məbləğində pulun, 100.000 manat məbləğində mənəvi zərərin, 50.000 manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 339.900 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qonşu olmuşdur. Cavabdeh 2018-ci il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsini və üzərindəki 150,01 kv.metr tikilini (150,01 tikilidə - 2 ev, 1 obyekt, 3 sanitar qovşaq) satmasını təklif etmiş, ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin 189 870 manata, torpaq sahəsinin üzərində yerləşən 150,01 kv.metr yaşayı evinin 100 000 manata satılmasına aralarında razılaşma olmuş və həmin razılaşmanın notariusda təsdiqləmələrini Cavabdeh İddiaçı bildirmişdir. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə AN-İ № ******* saylı müqavilə bağlanmışdır. Lakin, Cavabdeh müqavilədə əmlakın məbləğinin 20.000 manat göstərilməli olduğu, belə ki, bəzi vergi ödəmələrindən asanlıqla yayına biləcəklərini söylədikdən sonra İddiaçı Cavabdeh ilə qonşu olduqlarına görə inanıb razılaşmışdır. Beləliklə, müqavilədə daşınmaz əmlakın dəyəri 20 000 manat göstərilmişdir. Cavabdeh 20 000 manat pulu ödədikdən sonra 30 000 manat məbləğində “AAAF-Park” yaşayış massivi, bina 9A, 1 №-li mənzili İddiaçı adına rəsmiləşdirmişdir. Cavabdeh daha sonra 50.000 manat məbləğində pulu ayrı-ayrı vaxtlarda hissə-hissə İddiaçı ödədikdən sonra, qalan pulu 1 il müddətində ödəyəcəyinə vəd vermişdir.Deyilən vaxt başa çatdıqdan sonra Cavabdeh müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Lakin telefon danışığı zamanı İddiaçı Cavabdeh pulu istədikdə sonuncu kobud danışmağa başlamış, hətta daşınmaz əmlakı həqiqətən də 100000 manata aldığını bildirmişdir. Lakin ,Cavabdeh buna dair hər hansı sənəd təqdim etməmişdir. İddiaçı bundan sonra ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etməsinə baxmayaraq, idarədə aparılan araşdırma zamanı Cavabdeh daşınmaz əmlakı 100.000 manata aldığını bildirmişdir. Halbuki torpaq sahəsinin və tikilinin dəyəri 289.870 manat təşkil edir. Buradan da aydın olur ki, Cavabdeh İddiaçı 189.870 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib və izahatında bildirdi ki, İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı müqavilə üzrə ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin üzərindəki 150,01 kv.metr tikili və torpaq sahəsi üzrə 20 000 nəğd, 50 000 manat hissə-hissə və AAAF-Park” yaşayış massivi, bina 9A, 1 №-li mənzili iddiaçıya vermişdir. Verilən pul həm ev, həm də torpaq sahəsi üçün olmuşdur. İddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan müəyyən edilir ki, ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin üzərində 5 otaq, 150.1 kv.m. ümumi sahəsi 79,66 kv.m. yaşayış, 70.44 kv.m. köməkçi sahə və torpaq sahəsi üzərində yerləşən 150,01 kv.metr ümumi sahəsi olan tikili İddiaçı, 1 otaq 69.74. kv.m. ümumi sahəsi ,37.18 kv.m. yaşayış, 3256 kv.m. köməkçi sahə Abbasov Faiq Həbib oğlunun mülkiyyətindədir, torpaq sahəsi isə ümumi birgə mülkiyyətdədir, 42,1 kv.m isə açıq pay təşkil edir. Mülki işin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150.1 kv.metr olan fərdi yaşayış evini 20.000 manata Cavabdeh satmışdır. İşin materiallarında olan Cavabdeh oğlu ilə Abbasov Faiq Həbib oğlu arasında bağlanan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abbasov Faiq Həbib oğlu ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.74 kv.metr olan fərdi yaşayış evini 14.000 manata, 0.01848 ha torpaq sahəsini isə 6000 manat Cavabdeh satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh oğludur. İşin materiallarında olan İddiaçı Həbib qızı tərəfindən 06 fevral 2019-cu il tarixdə yazılmış və Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş səlahiyyətli orqanlara ünvanlanan ərizəsindən görünür ki, o, seriya RX N1467817 saylı çıxarışla Cavabdeh oğluna məxsus olan çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 A ünvanında yerləşən 150,01 kv.metr əmlakını (150,01 tikilidə - 2 ev, 1 obyekt, 3 sanitar qovşaq) torpaq sahəsi ilə birlikdə 289.870 manata, torpaq sahəsinin üzərində yerləşən 150,01 kv.metr yaşayış evinin 100.000 manata, torpaq sahəsinin isə 189.870 manata satılması barədə aralarında razılaşma olduğu,lakin onunla Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı müqavilədə daşınmaz əmlakın dəyərinin 20000 manat formal olaraq göstərilməsi,,müqavilə bağlanandan sonra Cavabdeh 20 000 manat pulu iddiaçıya ödədikdən sonra, qalıq borcdan 30 000 manat məbləğində “AAAF-Park” yaşayış massivi, bina 9A, 1 №-li mənzili İddiaçı adına rəsmiləşdirməsi, Cavabdeh daha sonra 50.000 manat məbləğində pulu ayrı-ayrı vaxtlarda hissə-hissə İddiaçı ödədikdən sonra, qalan 189.870 manat pulu 1 il müddətində ödəyəcəyinə vəd versə də,müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınması, bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 A ünvanında yerləşən 150,01 kv.metr əmlakını (150,01 tikilidə - 2 ev, 1 obyekt, 3 sanitar qovşaq) torpaq sahəsi ilə birlikdə 289.870 manata cavabdehə satdığını bildirsə də, 150,01 kv.metr əmlakın notariat qaydada alqı-satqısı aparılmış, torpaq sahəsi üzrə cavabdehin adına verilmiş çıxarışdan öz adının çıxarılması barədə səlahiyyətli orqana yazılı ərizə vermiş, bununla da mübahisəli əmlak tam olaraq cavabdehin adına qeydə alınmışdır.iddiaçı cavabdehin əlavə olaraq ona 189.870 manat verməli olmasını bildirsə də, cavabdeh belə bir razılaşmanın olmadığını və daha iddiaçıya borcunun qalmadığını bildirir.İddiaçı isə bu barədə iddiasını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu halda. məhkəmə qanunvericliyinin müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbini 189.870 manat pul tələbi hissəsi əsassız olaraq təmin edilməməlidir. İddia tələbinin digər hissələri əsas tələbdən törəmə olduğundan məhkəmə hesab edir ki, həmin tələblər də təmin edilməməlidir. Beləliklə məhkəmə İddiaçı ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsini və üzərindəki 150,01 kv.metr tikilini (150,01 tikilidə - 2 ev, 1 obyekt, 3 sanitar qovşaq) satmasını təklif etmiş, ünvan 1 A ünvanında yerləşən 0,03696 ha torpaq sahəsinin 189870 manata, torpaq sahəsinin üzərində yerləşən 150,01 kv.metr yaşayı evinin 100000 manata satılması barədə dəlilini əsassız hesab etdiyindən, İddiaçı Cavabdeh ödəməli olduğu 189870 manat məbləğində borc pulun, 100000 manat məbləğində mənəvi zərərin, 50000 manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 339900 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan alınır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə istinad edərək, hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 189870 manat məbləğində borc pulun, 100000 manat məbləğində mənəvi zərərin, 50000 manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 339900 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar