Məhkəmə qərarları › İş №2(012)-3377/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3377/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3377/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə aralarında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli № M-2139 saylı mənzilin alqısatqı müqaviləsi (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilinin tikintisi başa çatmış digər mənzilə dəyişdirilməsinin həvalə olunması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq mənzillə təmin edilənədək hər ay 200 manat məbləğində kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən mənzil almaq üçün müraciət etmiş, həmin MMC-nin əməkdaşı 4-cü mərtəbəsi tikilməkdə olan binanı göstərərək iki ilə hazır olacağını, mənzilə görə nağd ödəniş ediləcəyi halda mənzilin hər kv.metri üçün 350 manatdan hesablanacaq, qalan məbləğin MMC tərəfindən güzəşt ediləcəyini bildirmişdir. İddiaçı qeyd edilən təkliflə razılaşmış, 21565 manat dəyərində mənzilin alınması üçün xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə aralarında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilin (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) İddiaçı verilməsi barədə xx xxxxxxxx 2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin hər kv.metr sahəsinə görə müəyyən edilmiş 550 manatın 200 manat hissəsi güzəşt edilmiş və mənzilin 1 il müddətindən təhvil veriləcəyi bildirilmişdir. Deyilən vaxt çatdıqda, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı mənzilin tikildiyi ünvana baxdıqda ümumiyyətlə həmin binanın birinci mərtəbəsinin himinin tikilmədiyini görmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdə mənzil təhvil verilmədiyindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 müraciət etmiş, ona binanın dəyişdirilməsi barədə ərizə verməsini, onun şikayətinə baxılacağı bildirilmişdir. Lakin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir cavab verilməmişdir. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə aralarında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli № M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilinin tikintisi başa çatmış digər mənzillə əvəz edilməsi, tikintisi başa çatmamış mənzilin tikintisi başa çatmış digər mənzillə əvəz edilmədiyi təqdirdə “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilinə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli № M-2319 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin alqı-satqına görə ödənilmiş pul məbləğinin geri qaytarılması və vurulmuş 15000 manat maddi ziyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, təmsil etdiyi qurum Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilə dair xx xxxxxxxx 2017-ci il tarixli № M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasından yayınmamışdır, öhdəliyi tam icra edərək mənzili İddiaçı təhvil verəcəkdir. İddia tələbinin əsassız olmaqla təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli № M-2139 saylı (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) mənzilin alqı-satqı müqaviləsindən müəyyən edilir ki, “xxxx” MMC Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə həmin mənzilə görə 34045 manat pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan “xxxx” MMC-nin maliyyə arayışlarından müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilinə görə İddiaçı tərəfindən 34045 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırmaları zamanı və eləcə də işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə aralarında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli № M-2139 saylı mənzilin alqı-satqı müqaviləsi (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilin dəyəri olan 34045 manat pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə qeyd edilən mənzil hələ də tikilib təhvil verilməmişdir. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin məhkəmə araşdırmaları zamanı verdiyi izahatında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının hazırki vaxtadək hazır olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti olan mənzilə dair alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etmədiyindən və Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilin tikintisi başa çatmış digər mənzillə əvəz edilmədiyi mümkün olmadığından, xx xxxxxxxx 2017-ci il tarixli № M-2139 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməli, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilə görə ödənilmiş 34045 manat pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməlidir. İddianın 15 manat maddi ziyan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi 07 sentyabr 2017-ci il tarxdən hal-hazıradək olan üç il üçün iddiaçıya məxsus 34045 manat pul məbləğini cavabdeh özündə saxlamış və öhdəliyi icra etməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 34.045 manatın 3 il üçün ildə 5%lə 1702,25 X 3=5106,75 manat olmaqla maddi ziyan üçün 5106,75 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 30,40 manat dövlət rüsumunun əvəzi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx xxxxxxxx 2017-ci il tarixli № M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbəli ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilə görə ödənilmiş 34045 manat pul və 5106,75 manat maddi ziyana gör pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 30,40 manat dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar