Məhkəmə qərarları › İş №2(012)-3388/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3388/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3388/2023 16.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qənbərov Əli Əfqan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndində doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin “xx.xx.1974-cü il”, doğulduğu yer qrafasında “Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndi”, soyadı, adı, ata adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X9”, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndində anadan olmuşdur. Onlara məxsus Sumqayıtda ev olmuşdur. Mənzilə köçən zaman onun sənədləri itmişdir. Bu barədə aidiyyəti quruma müraciət etmiş, lakin müraciətindən imtina edilərək doğum akt qeydinin bərpasından imtina edilmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacısıdır. Bacısının doğum haqqında şəhadətnaməsi olmuş, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, lakin sənədləri itmişdir. Onun atasının adı Məhiş, anasının adı isə Şamıxdır. Onlar ailədə 4 bacıdır, 4 qardaşı və 1 bacısı isə vəfat etmişdir. Onun valideynləri məcburi köçkün kimi 1988-ci ildən gəlmişlər. Onlar kənddə doğulmuş olsalar da, sənədlərini rayondan almışlar. Bu səbəbdən də, sənədin verildiyi orqan “Qafan rayonu” kimi qeyd olunurdu. Bacısının sənədi itəndə ona da bu barədə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma xalası qızıdır. Onun anası ilə ərizəçinin anası eyni kənddən olmuşdur. Ərizəçi ondan təxminən, 8-9 yaş balacadır. Ərizəçinin atasının adı Məhiş, anasının adı isə Şamıxdır. Ərizəçi 1988-ci ildən məcburi köçkün düşmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1958-ci il tarixli, İ-ЗЖ № 047202 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 18 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X5r. -xx.xx.1967-ci il tarixli, İ-ЗЖ № 922702 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1967-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X6r. -xx.xx.1976-cı il tarixli, İİ-CЛ № 131487 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X5r. -xx.xx.1988-ci il tarixli, 18389 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-576/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X7 xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 saylı evin, 2 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənəd və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən də olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi “xx.xx.1974-cü il”, doğulduğu yer “Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndi”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X9”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi “xx.xx.1974-cü il”, doğulduğu yer “Ermənistan Respublikası, Qafan rayonu, Aşağı Girətağ kəndi”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X9”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar