Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3392/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi iddia tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanındakı evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanındakı mənzili xx.xx.2005ci il tarixdə almışdır. Cavabdehlər iddiaçının uzaq qohumlarıdır və müəyyən səbəbdən onlar həmin mənzilə qeydiyyata alınmışlar. Hazırda onlar başqa ünvanda yaşayırlar və mənzilə istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh2 iddia ərizəsini qəbul etdiyini bildirərək ona uyğun izahat verdi. Digər cavabdehlər məhkəmə iclasında iştirak etmədilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarındaolan“Qeydiyyat Vəsiqəsi”nin surətindən müəyyən edilir ki, ünvan 1 yaşayış sahəsi -42,7 m2, köməkçi sahəsi – 46,9 m2 3 (üç) otaqdan ibarət olan yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunun xx xxxx 2005-ci il, 42-6-722 saylı alqı-satqı müqaviləsi əsasında qeydə alınmışdır. İş materiallarında olan DİN-nin X5 128-55585A №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,İddiaçı cavabdehlərin ona məxsus evdən çıxarılması barədə ərizə ilə Abşeron rayonu Polis İdarəsinə müraciət etmiş, lakin cavab məktubu ilə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ağayev X3 rayonu, Xırdalan şəhəri, məh.26, ev.4/28 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan AR Abşeron rayon İH tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 1272 saylı arayışdan müəyyən edilir ki, Ağayev X3 rayonu, Xırdalan şəhəri, məhəllə 26, ev 4/28 ünvanında qeydiyyatdadır və həmin ünvanda X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşamır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə qeydiyyatdadırlar, lakin cavabdehlərlə İddiaçı arasında hazırkı mübahisəli evdən istifadə hüququna dair müqavilə bağlanmamış və bu müvafiq qaydada qeydə alınmamışdır. Onlar mübahisəli evdə formal qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanındakı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3392/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3392/2020
02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver