Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3403/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə Cavabdeh1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kommunal borcların ödənilməsi tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kommunal borcların ödənilməsi tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, ilk iddia ərizəsi üzrə işlə bağlı əlavə sübutların toplanması zərurəti yaranmışdır. Bu səbəbdən də ilk iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 ilk iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə verdiyi qarşılıqlı iddianın baxılmamış saxlanılmasını və işə əlavə edilmiş sənədlərin (dövlət rüsumu qəbzinin) əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kommunal borcların ödənilməsi tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizələri baxılmamış saxlanıldığından İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı, Cavabdeh4 xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 180 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh4 qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kommunal borcların ödənilməsi tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı, Cavabdeh4 xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 180 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh4 qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3403/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3403/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver