Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3408/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olması, atasının X2, anasının X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin evinin yanması nəticəsində bir çox sənədləri də orada yanmışdır. O, hazırda sənədlərini bərpa etməklə məşğuldur. Məlum səbəblərlə bağlı doğum haqqında şəhadətnamənin alınması və bərpası mümkün deyildir. Hazırda doğum haqqında şəhadətnamənin bərpasına ehtiyac olduğundan ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatınıdinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi Ərizəçixx.xx.1963-cü il tarixdə Ermənistan, Sisiyan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan 777108 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ərizəçinin atası X2 xx xxxxxx 2015-ci il tarixdə işemik insult səbəbindən vəfat etmişdir. Eyni zamanda 092420 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ərizəçinin anası X1 xx.xx.2010-cu il tarixdə kaxeksiya səbəbindən vəfat etmişdir. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx xxxx 2020-ci il tarixli, 05/Q-597/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə doğum haqqında şəhadətnamə qeydinin bərpa edilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olması, atasının X2, anasının X1 olması sənədlərlə müəyyən edildiyindən, hüquqi faktın müyyən edilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistanın Sisiyan rayonundə anadan olması, atasının X2, anasının X1 olmasına dair akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3408/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3408/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver