Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3409/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi oğlu və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi oğlunun doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi oğlunun xx.xx.1959-cu ildə Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli qəsəbəsində doğulması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abilhəsənov”, adı “Əliulla”, ata adı “Əmirulla”, doğum tarixi “xx.xx.1959-cu il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan SSRİ Hökməli”, ata qrafasında “X6, milliyyəti Azərbaycanlı”, ana qrafasında “anası X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi oğlunun vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş hissəsinin “Ərizəçi oğlunun xx.xx.1959-cu ildə Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli qəsəbəsində doğulması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abilhəsənov”, adı “Əliulla”, ata adı “Əmirulla”, doğum tarixi “xx.xx.1959-cu il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan SSRİ Hökməli”, ata qrafasında “atası X1, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə Ərizəçi oğlunun vəkili Vəkil yenidən Mülki Prosessual 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş hissəsinin “Ərizəçi oğlunun xx.xx.1959-cu ildə Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abilhəsənov”, adı “Əliulla”, ata adı “Əmirulla”, doğum tarixi “xx.xx.1959-cu il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli kəndi”, ata qrafasında “X6, milliyyəti Azərbaycanlı”, ana qrafasında “anası X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Hökməli qəsəbəsində anadan olmuşdur. Həmin ilin avqust ayının 18-də qeydiyyat şöbəsində 55 nömrə ilə doğum qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədə ad, soyad, ata adı, qarafasında Ərizəçi Əmirilla qeydləri edilmişdir. Ata adı qrafasında isə Əmirulla Abilhəsən oğlu qeyd edilmişdir. Ana qrafasında X4 göstərilmişdir. Dövlət Miqrasiya xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə ******* nömrəli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət tanınmışdır. Bundan əlavə onun adına əmək kitabçası, hərbi xidmət keçməni təsdiq edən sənəd, Abşeron rayonu, Babək küçəsi, ev 12 mənzilinin onun adına olmasını təsdiq edən sənəd, nikahın bağlanması haqqında şəhadətnamə və digər sənədlər vardır. Lakin onun bu günə kimi şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Keçmiş SSR-nin vətəndaşlığını təsdiq edən qırmızı pasport olmuş, lakin o pasport ondan alınmış və ona şəxsiyyətini müvəqqəti təsdiq edən arayış verilmişdir. Bir neçə dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət etdikdə ona akt qeydinin olmadığı bildirilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənlərlə bağlı Maraqlı şəxsnə müraciət edilmiş və müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli 3-165/8-15-1xx/xx/2024 saylı məktubda qeyd olunan məsələnin həll edilməsi məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacaqdır. Bu cür çətinliklərlə qarşılaşmamaq üçün ərizəçinin doğum akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi zəruridir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu və onun vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mаrаqlı şəхs Abşeron Rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə mаrаqlı şəхsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan SSR, Kirov rayonu, Hökməli qəsəbəsi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli, İ-ИЕ 827222 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1959-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 55 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X6, anası X2r. -Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/4-11-7668/2024 saylı cavab məktubundan görünür ki, Ərizəçi oğlunun doğumu haqqında akt qeydi 1956-1962-ci illər Maraqlı şəxs və Hökməli icra nümayəndəliyi üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. -Maraqlı şəxs tərəfindən özünü Ərizəçi oğlu kimi təqdim edən şəxsə ünvanlanmış 3- 165/8-15-145/2024 saylı, xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, “Şəxsiyyət vəsiqəsi haqqında AR Qanunu”nun 1-ci maddəsinə əsasən, ölkə ərazisində vətəndaşların şəxsiyyətini təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir. Şöbəyə müraciət edərkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün şəxsiyyətini müəyyən etmək mümkün olmamış, onun doğum haqqında akt qeydinin bərpası məhkəmə qaydasında şəxsiyyəti müəyyən olunduqdan sonra mümkün olacaqdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. -xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1959-cu il tarixdə Hökməli rayonunda doğulmuşdur. -xx.xx.1978-ci il tarixli, НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1959-cu il tarixdə Hökməli rayonunda doğulmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1832/2025 saylı sorğuya cavab məktubuna qoşma edilmiş xx.xx.2012-ci il tarixli, 03 saylı ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə ünvan 2i ünvanda insult səbəbindən ölmüşdür. Mülki Prosessual Məcəllənin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi oğlu xx.xx.1959-cu il tarixdə Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli kəndində anadan olmuşdur. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənədi itirildiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X6, anası X3, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd itdiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi oğlunun ərizəsi təmin edilməli, doğum qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi oğlunun doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi oğlu”, ata adı qrafasında “Əmirulla Abilhəsən oğlu, milliyyəti azərbaycanlı”, ana adı qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlunun xx.xx.1959-cu il tarixdə Azərbaycan SSRİ, Bakı şəhəri, Kirov rayonu, Hökməli kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi oğlu”, ata adı qrafasında “Əmirulla Abilhəsən oğlu, milliyyəti azərbaycanlı”, ana adı qrafasında “X3, milliyyəti azərbaycanlı”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3409/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3409/2025
18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver