Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3411/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X9 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd tryumo, 1 ədəd tumboçka, 1 ədəd divan, 1 ədəd kreslo, 1 dəst yorğan-döşək, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 6 ədəd xalça, 1 ədəd televizor, 2 ədəd stol, 6 ədəd stul və geyim əşyalarından ibarət əmlakın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi-vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində mənzilin ünvanının göstərilmədiyini, mənzilin ünvanının ünvan 1dia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gülolan qızı İddiaçı bacıs oğlu X1 həyat yoldaşıdır. İddiaçının bacısı oğlu X10 cavabdehlə 14.11.2010-cu il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Bacısı oğlu Tural cavabdehlə ailə quranvaxt Bakı şəhərində mənzilləri olmadığı üçün iddiaçının bacısıoğlu kirayə mənzildə yaşamasın deyə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzilini müvəqqəti olaraq yaşamaları üçün onlara vermişdir. Mənzil yaşamaq üçün tam şəraitli 2 (iki) otaqdan ibarətdir. Cavabdeh ailə quran vaxt özünə məxsus əmlakını iddiaçının evinə gətirmiş və həmin mənzildə yaşamağa başlamışlar. Həmin nikahdan onların 2 (iki) övladları olmuşdur. Lakin son vaxtlar onların ailə münasibəti pisləşmiş, cavabdeh 2020-ci ilin oktyabr ayında iddiaçının bacısı oğlu Tural ilə ailə həyatına son qoyaraq, hər 2 (iki) övladını özü ilə apararaq valideynlərinin yanına getmiş və həmin vaxtdan mənzillə bütün əlaqələrini kəsmişdir. Onların nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, hər 2 (iki) övladları cavabdehin yanında qalmışdır və uşaqların hər ikisi cavabdehin yanında yaşayırlar. Cavabdeh mənzildən gedərkən özü ilə bəzi əmlakını aparsa da, əmlakının bir hissəsi iddiaçının mənzilində qalmışdır. Cavabdehlə iddiaçının bacısıoğlunun nikahları məhkəmə qaydasında pozulduqdan sonra, bacısı oğlu da özünə məxsus əmlakını mənzildən aparmışdır. Hazırda iddiaçı özünə məxsus mənzilə köçüb yaşamaq istəyir. Amma cavabdehə məxsus əmlak iddiaçının 2 (iki) otaqlı mənzilində qalmaqla hər iki otaqda yerləşmiş və bu səbəbdən də iddiaçı özünə məxsus əmlakını apararaq mənzilinə köçə bilmir. İddiaçı cavabdehdən əmlakın aparılması ilə bağlı bütün xərclərin onun tərəfindən ödəniləcəyini bildirərək gəlib əmlakını mənzilindən aparmasını xahiş etsə də, cavabdeh gəlib özünə məxsus əmlakını iddiaçının mənzilindən aparmır. Bu səbəbdən də iddiaçı özünə məxsus əmlakını apararaq mənzilinə köçə bilmir. Cavabdehə məxsus olmaqla iddiaçının mənzilində qalan əmlak aşağıdakılardır: - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd tryumo, 1 ədəd tumboçka, 1 ədəd divan, 1 ədəd kreslo, 1 dəst yorğan-döşək, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 6 ədəd xalça, 1 ədəd televizor, 2 ədəd stol, 6 ədəd stul və geyim əşyaları. Qeyd edilən əmlak cavabdehə məxsusdur. Cavabdeh mənzildən köçüb getsə də, əmlakını aparmamışdır. Cavabdehin əmlakının mənzildə qalması iddiaçıya mənzildən istifadə etməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin 15 avqust 2009-cu il tarixli iclasının protokolunun 15 nömrəli qərarından çıxarışdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən İddiaçı bələdiyyə ərazisindən 0.0338 ha torpaq sahəsi 510 manata satılmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən İddiaçı 0,0338 hektar torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(004)-5343/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “nikahın pozulması tələbinə dair” iddia tələbi təmin edilmiş, iddiaçı X10 ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 14 noyabr 2010-cu il tarixli 2905 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 13.10.2011-ci il təvəllüdlü X8 və 11.11.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalması, yetkinlik yaşına çatmayan 13.10.2011-ci il təvəllüdlü X4 və 11.11.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X5 hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 16 fevral 2021ci il tarixdə verilmiş AZ-İ seriyalı 380237 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 yanvar 2021-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Hüseynov, qadına Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, İsmayıl Malik küçəsi, 33 ünvanında yerləşən ev İddiaçı məxsusdur.. Cavabdeh iddiaçının bacısıoğlu X10 ilə 14 noyabr 2010-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və iddiaçıya məxsus qeyd olunan ünvana gəlin köçmüş və cehiz əmlaklarını həmin ünvanda yerləşdirmişdir. Cavabdeh ilə iddiaçısının bacısıoğlu Tural Hüseynov arasında olan nikaha 10.12.2020-ci il tarixdə xitam verilmiş, cavabdeh həmin evdən uşaqları ilə birlikdə köçüb getmiş, hazırda başqa ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq iddiaçıya məxsus qeyd olunan ünvanda yaşamır. Lakin hazırda iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, İsmayıl Malik küçəsi, 33 ünvanında yerləşən evdə cavabdehə məxsus cehiz əmlaklar - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd tryumo, 1 ədəd tumboçka, 1 ədəd divan, 1 ədəd kreslo, 1 dəst yorğan-döşək, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 6 ədəd xalça, 1 ədəd televizor, 2 ədəd stol, 6 ədəd stul və geyim əşyaları vardır. İddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh özünə məxsus əmlakları iddiaçıya məxsus qeyd olunan ünvandan aparmır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin ona məxsus evdən cehiz əmlaklarını çıxarmaması iddiaçının öz əmlakından istifadə hüquqlarının pozulmasına səbəb olur.Həmçinin, cavabdeh məhkəmə iclasına gəlməmiş və iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus tikilini könüllü tərk edib getdiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh məxsus 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd tryumo, 1 ədəd tumboçka, 1 ədəd divan, 1 ədəd kreslo, 1 dəst yorğandöşək, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 6 ədəd xalça, 1 ədəd televizor, 2 ədəd stol, 6 ədəd stul və geyim əşyalarından ibarət əmlaklar İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, İsmayıl Malik küçəsi, 33 ünvanında yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd tryumo, 1 ədəd tumboçka, 1 ədəd divan, 1 ədəd kreslo, 1 dəst yorğan-döşək, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 6 ədəd xalça, 1 ədəd televizor, 2 ədəd stol, 6 ədəd stul və geyim əşyalarından ibarət əmlaklar İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, İsmayıl Malik küçəsi, 33 ünvanında yerləşən evdən çıxarılsın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3411/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3411/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver