Məhkəmə qərarları › İş №2(102)-467/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-467/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-467/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ, hüquqa müdaxilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4745/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən v erilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 8 saylı evin, 62.3 kv.m ümumi sahədən ibarət 8 saylı mənzili X1 (bundan sonra – cavabdeh) adına xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

2. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Mənzil Tikinti Kooperativinin (b undan sonra – iddiaçı və ya MTK) istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, MTK-ya həvalə olunmuşdur.

3. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş xx.xx.2014-cü il tarixli, 14\86 saylı ayrıcı aktı ilə MTK-ya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə. M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsində 2532-ci məhəllədə yerləşən 3.4771 hektar ərazidə yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev 8 ünvanda yerləşən sökülməsi nəzərdə tutulmuş yaşayış binasında 61,4 kv.m sahə si olan 8 saylı mənzilinin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (61.4+12.28=73,68 kv.m) təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehin söküləcək mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış təl əblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Aprel 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. ünvan 2 ünvandakı iki mərtəbəli 14 mənzilli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsində yerləşir. İddiaçının qeyd edilən sərəncamının icrası ilə bağlı ünvan 4 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçür ülməsi işlərini həyata keçirir. ünvan 5 ünvanda yerləşən on dörd mənzilli yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 16 fevral 2016-cı il tarixli akt tərtib edilmişdir. İddiaçı cavabdehə onun Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən binadakı 61,4 kv.m sahəsi olan 8 saylı mövcud mənzilinin əvəzinə həmin ünvanda yeni tikilən binada 20 faiz artıq sahəsi (61,4+12,28=73,68 kv.m) olan yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. Lakin cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək daha artıq sahəs i olan mənzillər, yəni 102,0 kv.m üçotaqlı və 60,0 kv.m birotaqlı mənzillər tələb edib. Cavabdeh ünvan 7 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçisi kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina edib. Cavabdeh qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olur. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014cü il tarixli 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmur. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur.

6. Cavabdeh yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, MTK tərəfindən binanın köhnə və istismara yararsız olması, qəzalı vəziyyətdə olmasına dair sübutlar təqdim edilməmişdir. Buna dair altı il bundan öncə xx.xx.2016-cı il tarixli akt tərtib edilmişdir ki, bina bu günədək həyat və səhhət üçün təhlükə törətməmişdir. MTK iddia ərizəsində qeyd etdiyi kimi mənzillərin dəyərinin ödənilməsini sakinlərin qarşılıqlı razılığı əsasında həyata keçirmir və yalnız öz kommersiya məqsədinə nail olmaq üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, o, əsassız varlanmaq məqsədi ilə müqavilə bağlamaqdan və mənzili təhvil verməkdən imtina etmir. Onun heç bir əsassız varlanmaq niyyəti yoxdur. İddiaçı onun mənzilini 61.4 kv.m olaraq göstərmişdir. Hansı ki, onun mənzilinin qeydiyyat vəsiqəsi üzrə 62.3 kv.m, faktiki sahəsi isə 98.1 kv.m təşkil edir. Faktiki sahəsinin ölçüsü barədə 120 saylı MKİS tərəfindən texniki plan tərtib edilmi ş və təsdiq edilərək ona təqdim edilmişdir. Mənzilin sahəsi 98.1 kv.m olduğu halda iddiaçının ona 73.68 kv.m sahəsi olan mənzil təklif etməsi qətiyyən ədalətli və qanuni deyildir. İddiaçının onun razılığı olmadan mülkiyyətində olan mənzilin sökülməsini tələb etmək hüququ yoxdur. İddiaçının niyyəti mübahisəni özünə sərfəli şərtlərlə həll etməkdir və bu, tamamilə yolverilməzdir. İddiaçının iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim etdiyi sənədlər sürətdir, mötəbər sübut kimi qəbul edilə bilməz.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-479/22) nömrəli, 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilmiş, cavabdehə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 8 saylı evin 62.3 kv.m sahə təşkil edən 8-ci mənzilinin sökülərək əvəzində iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsinin iddiaçıya həvalə olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Cavabdehin iddiaçının faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mən zil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqqının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmaması hüquqdan sui-istifadə etmə kimi qiymətləndirilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərin ə uğun əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4745/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov - sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçıya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamının məzmunundan görünür ki, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin bina sakinləri ilə razılaşdırılmaqla həyata keçirilməsi MTK-ya həvalə olunmuşdur. Lakin işdən görü ndüyü kimi, tərəflər arasında bununla bağlı razılıq əldə olunmamışdır.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarında da sakinlərin yalnız onlarla razılaşdırılmaqla köçürülməsi nəzərdə tutulmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia təmin edildiyi halda mülkiyyət hüququna müdaxilə mövcuddur. Çünki mübahisəli mənzil cavabdehin mülkiyyətindədir, Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Baxılan iş üzrə iddiaçı mübahisəli mənzilin boşaldılıb ona təhvil verilməsi və əvəzində iddiaçıya yeni tikiləcək binadan 73,68 kv.m mənzil verilməsini tələb edir.

16. Tələb edilən müdaxilənin yolverilən olması, yəni iddiaçının tələbinin təmin olunması üçün ilk növbədə buna icazə verən qanunvericılik aktı olmalıdır.

17. Qərardan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarından, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə icazədən, habelə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasında bağlanmış müqavilənin tələblərindən (hazırkı iş üzrə həmin müqavilənin surəti işə əlavə olunmasa da, qeyd olunan Qərarın icrası ilə bağlı bütün şirkətlərlə birtipli müqavilələr bağlandığı üçün həmin müqavilənin şərtləri hamıya bəlli olan haldır) də görünür ki, mübahisəli əmlakın sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericil iyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin akt və müqaviləyə əsasən iddiaçı müvafiq ərazidə yerləşən mülkiyyətçilərə söküntü ərazisində inşa ediləcək binalarda sökülən sahədən 20 faiz artıq sahəsi olan təmirli sahəsi ilə təmin etmək öhdəliyi daşıyır.

18. Qeyd olunan aktlara (sənədlərə) əsasən mülkiyyətçilərin əmlaklarına bazar dəyəri məbləğində kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir.

19. Həmçinin iş materiallarından göründüyü kimi mübahisəli əmlakın dövlət ehtiyacları üçün alınması barədə qanunvericiliyə uyğun hər hansı prosedur başlanmamışd ır.

20. Bundan əlavə, binanın qanunla müəyyən olunmuş qaydada qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı bununla bağlı xx.xx.2016-cı il tarixli aktın kserosurətinə istinad etsə də, cavabdehin tələb etməsinə baxmayaraq həmin aktın əslini, yaxud qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edə bilməmişdir. İşdə olan akt isə yalnız iddiaçının özünün möhürü və səlahiyyəti bəlli olmayan şəxsin imzası ilə təsdiq olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil X2) kassasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilib, iddia tələblərinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdir ki, cavabdehin öz mülkiyyət hüququndan suiistifadə etməklə mənzillərini sökülməsi və həmin ünvanda yeni inşa olunacaq, abad və normal yaşayış t ələblərinə cavab verən mənzillərlə təmin olunmaq istəyən binanın qalan sahə mülkiyyətçilərinin mülkiyyət və mənzil hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilə rin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

24. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayıb, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsini və bununla əsassız varlanmaq niyyətində olduğunu nəzərə almayıb, təqdim edilmiş sübutlar qiymətləndirilmədən, ümumi mülahizələr irəli sürülüb. Məhkəmə cavabdehin yaşadığı sahənin normal yaşayış tələblərinə cavab verməməsi, qəzalı vəziyyətdə olması ilə bağlı sübutları nəzərə almayıb.

25. İddiaçı ilə bütün sakinlər arasında razılıqlar əldə olunub. Cavabdeh öz mənzilinə yarım tikili vəziyyətdə əlavə etdiyi ey vana görə iddiaçıdan bir ədəd üçotaqlı, bir ədəd bir otaqlı mənzil tələb edir. Bu baxımdan onunla razılığa gəlmək mümkün olmayıb. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçıya 91,56 kv.m. üçotaqlı təmirli mənzil təklif edilib. Cavabdehə edilən təklif mülkiyyət hüququna müdaxilə sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının öz iddia ərizəsində, eləcə də kassasiya şikayətində göstərdiyi hallar, yəni digər sakinlərlə guya razılığın əldə olunması, mənzillərin sökülmək üçün təhvil verilməsi, cavabdehə görə işlərin ləngiməsi, buna görə sakinlərin narazılığı və s. bu kimi hallar öz təsdiqini tapmamış, həmin hallara dair hər hansı sübutlar nə birinci, nə də apel lyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Cavabdeh şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, İİ və İİİ hissələr. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə

29. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermə k üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı

36. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konst itusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AzərbaycanRespublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

37. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları m üəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı iş üzrə iddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Mə hkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4745/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar