Məhkəmə qərarları › İş №2(012)-3427/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3427/2024

24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3427/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs müdiri X1 iştirakları ilə, Ərizəçinın (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü onun, yəni Ərizəçi Müslürn oğlunun doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona, yəni Ərizəçi məxsus doğum aktı qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1970-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. Atası 1941-ci il təvəllüdlü X11 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Anası xx.xx.1936-cı il təvəllüdlü X5 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Qeyd edir ki, o, 1986cı ildə xx.xx.1977-ci il təvəllüdlü qardaşı X14, xx.xx.1967-ci il təvəllüdlü bacısı X2, qardaşı xx.xx.1972-ci il təvəllüdlü X15 ilə Bakı şəhərinə köçərək yaşamağa başlamışlar. Daha sonra naməlum səbəblərdən onun doğum haqqında şəhadətnaməsi itmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnaməmin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə etdiyi müraciətin cavabı olaraq itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməli olunduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən, doğum faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs müdiri X6 izahatında bildirmişdir ki, ərizəçi doğum aktı qeydinin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Ailə Məcəlləsinin tələblərinə əsasən doğum faktını təsdiq edən kifayət qədər sənədlər olmadığından, tərəflərindən doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də, vətəndaşın aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bibisi oğludur. Ərizəçi xx xxxx 1970-ci il tarixində Ermənistan, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. Ərizəçinin atası X11, anası isə X9 olmuşdur və hər ikisi vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi xalası oğludur. Ərizəçi Qafan rayonu, Şabadin kəndində xx xxxx 1970-ci ildə doğulmuşdir. Ərizəçinin anası X9, atası isə X11 olmuşdur. Onların ərizəçi ilə əvvəldən münasibətləri çox yaxın olmuşdur. Ərizəçi Bakıya 1986-cı ildən gəlmişdir. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsini necə itirməsi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İHB-nin Saray Qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 269100 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 dekabr 2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 53 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Saray Qəsəbə İN tərəfindən verilmiş AZ-İİ № 384332 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Qafan rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, İV-СЛ 475289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1936-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 9 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X7r. -Qafan rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İİ-СЛ 086966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1977-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X3r. -Qafan rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ЗЖ 155432 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1972-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X3r. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı 06 aprel 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Maraqlı şəxs məhkəməyə müraciət edilməsini tövsiyyə edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Qafan rayonu, Şabadin kəndində anadan olmuş Nuruyev X10 rayonu, Saray Qəsəbə Ə/D, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçinın ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçinın xx.xx.1970-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X11”, ana adı qrafasında “X9” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Qafan rayonu, Şabadin kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X11”, ana adı qrafasında “X9”, milliyyəti “Azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə şəxsə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar