Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3434/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2nun ölümündən sonra miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 28.11,1965-ci ildə Bakı şəhərində doğulmuş, həmin vaxtdan 2002-ci ilə kimi valideynləri, qardaşı Maraqlı şəxs2 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamış və daha sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Həmin mənzilə xx.xx.2005-cildə atasının adına Qeydiyyat vəsiqəsi alınmışdır. Həmin dövrdən sonra ailəsi ilə birlikdə tez-tez ölkəyə gəlmiş və gəldikləri zaman həmin ünvanda yaşamışlar. xx.xx.2007-ci ildə X2 rəhmətə getmiş və Rusiya Federasiyasının Leninqrad vilayətində dəfn olunmuşdur. Atasının vəfatından sonra sözügedən mənzil faktiki olaraq ərizəçinin sahiblik və istifadəsində olmuş, hər dəfə ölkəyə gələndə özü və ailə üzvləri həmin mənzildən yaşamış, kommunal və digər ödənişləri etmiş, həmçinin zəruri təmir işləri də aparmışdır. Rusiya Federasiyasındakı işləri və ailə vəziyyəti ilə əlaqədar ölkədə uzun müddət qala bilmədiyi üçün vərəsəliklə bağlı sənədləşmə işlərini vaxtında tamamlaya bilməmişdir. Daha sonra atasından qalmış mirasın (ünvan 1) qəbulu barədə Sumqayıt Regional Maraqlı şəxs1 Notariat Ofisinə müraciət etmiş və müvafiq Notariat Ofisi tərəfindən verilən 270 saylı, 02 fevral 2025-ci il tarixli məktubla qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyü üçün Vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş, mirasın qəbulu faktının və ya mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət olunması tövsiyə olunmuşdur. Ərizəçi hal-hazırda da hər dəfə ölkəyə gələndə həmin mənzildən istifadə edir, zəruri kommunal və digər ödənişləri etməklə faktiki olaraq əmlakı idarə etməklə sahiblik edir. Qeyd edilənlərə əsasən hesab edirik ki, Ərizəçi özü və ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşadığından, iş və qazanc yerinin Rusiya Federasiyası olduğu üçün vərəsəliklə bağlı zəruri sənədləri vaxtında icra edə bilməmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxslər 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi, Maraqlı şəxs2 və X9 səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2007-ci il tarixli, 1235 saylı arayışdan görünür ki, X10 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və onun adları qeyd edilən İ növ vərəsələri qalmışdır: Ərizəçi, X9 və Maraqlı şəxs2 X10 vəfat edəndən sonra onun Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən 24 saylı mənzili Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilmişdir və hazırda da onun tərəfindən idarə olunur. Mənzildə Ərizəçi yaşamaqla, bütün kommunal xərclər onun tərəfindən ödənilir. İşdə olan xx.xx.2005-ci il tarixli 16140 qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metrlik, köməkçi sahəsi 12,6 kv.metrlik 24 saylı mənzilin mülkiyyətçisi X8r. İşdə olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində tərtib edilmiş 430 saylı şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 xx.xx.1965-ci il il tarixdə evlənmişlər. İşdə olan doğum haqqında 2462 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X4r. İşdə olan ölüm haqqında 1235 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il ildə ölmüşdür. İşdə olan 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 270 saylı qərarından görünür ki, Ərizəçi xx.xx.2007-ci ildə vəfat etmiş X2ndan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən 24 saylı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə İlə Ofisə müraciət etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyü bildirimişdir.. İşdə olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 ölümü xx.xx.2007-ci il tarixdə 1235 saylı aktla Rusiya,Leninqrad vilayəti “Kinqiseppskiy bələdiyyə rayonu “ BT administrasiyasının VVAQ qeydiyyat şöbəsində qeydə alınmışdır (ölüm tarixi: xx.xx.2007). Ərizəçi doğumu xx.xx.1965-ci ildə Bakı şəhəri Şaumyan rayonunda 2462 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1965). Maraqlı şəxs2 doğumu xx.xx.1973-cu ildə Abşeron rayonu ,Xırdalan ŞQ 413723 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1973). Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ölmüş və onun mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 saylı evin 24 saylı mənzil miras qalmışdır. Onun Ərizəçi, Maraqlı şəxs2, X9 3 vərəsəsi qalmışdır (İ növbə). X3 ölümündən sonra ondan miras qalmış əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsələr buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X6 vərəsəsi Ərizəçi onun miras əmlakı olan hazırda barəsində mübahisə qaldırılan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən 24 saylı mənzilə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. Mübahisə məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X2ndan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən 24 saylı mənzilə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 ünvanında yerləşən 24 saylı mənzildən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3434/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3434/2025
31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver