Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3449/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (yeni qaydalarla: ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, həmin evdən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (yeni qaydalarla: ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, həmin evdən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin iş materiallarına X1 adından məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. AzərbaycanRespublikasıMPM-nin152.4-cüəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3449/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3449/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver