Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3458/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialının cəlb edilməklə) işləmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialının cəlb edilməklə) işləmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən 1980-cı ilə və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1959-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində yerləşən evdə məskunlaşmışdır. Ərizəçi bu günə kimi müxtəlif işlərdə işləmiş, təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron - Xızı regional filialına müraciət etmiş, ona əmək pensiyasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub verilmiş və həmin məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Belə ki, ərizəçi 1977-ci il tarixdən Cəbrayıl rayonunda yerləşən Jdanov adına olan üzümçülük sovxozunda fəhlə işləmişdir. 1980-1981-ci illərdə isə peşə məktəbində, daha sonra, yəni 1982-ci il tarixdən 1985-ci il tarixədək texnikomda təhsil almışdır. Ərizəçi təhsilini bitirdikdən sonra yenə də Cəbrayıl rayonunda yerləşən Jdanov adına olan üzümçülük sovxozunda 1985-ci il tarixdən 1993-cü il tarixədək fəhlə işləmişdir. Ərizəçinin işləməsini sübut etmək üçün şahidləri də vardır. Ərizəçi həmin sovxozda məlum məsələlərə görə işləməsini sübuta yetirə bilmədiyi üçün iş stajı toplanmır və təqaüdə çıxa bilmir. Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsini nəzərə alıb sosial sığorta stajının yoxlanılması və məhkəməyə təqdim edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron - Xızı regional filialının xx.xx.2022-ci il tarixli əmək pensiyasının təyin olunması haqqında məktubunda bildirilir ki, ərizəçinin 1977-ci il tarixdən, eyni zamanda 1985-1993-cü illərdə Cəbrayıl rayonu Jdanov adına üzümçülük savxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd edilən dövləri ərizəçi sübuta yetirə bilmədiyi və həmin dövrlərdə işlədiyi sənədləri Cəbrayıl rayonunda qaldığı üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs də ərizəçiyə eyni qaydada cavab verərək, sənədləri əldə etmək mümkün olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Ərizəçi ilə eyni sovxozda çalışan Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan X7, X3 və X8 onun həmin işdə işləməsinə şahiddirlər. Göstərilənlərə əsasən Ərizəçi 1977-ci ildən 1980-cı ilə və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Ərizəçi Fondun Abşeron rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 508 nömrəli qərarı ilə hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) təyin edilmişdir. Hazırda həmin müavinətin məbləği 180 manat təşkil edir. Bundan sonra xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi maraqlı şəxs Fondun Abşeron-Xızı regional filialına müraciət edərək 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 04 mart 2022-ci il tarixli, **********5 nömrəli məktubda 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Daha sonra Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində 1977-ci il tarixdən 1980-cı il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyini, 1980-1981-ci illərdə peşə məktəbində, 1982- 1985-ci illərdə texnikumda təhsil aldığını, təhsilini bitirdikdən sonra yenidən sözügüdən sovxozda 1985-ci il tarixdən 1993-cü il tarixədək işlədiyini, lakin məlum məsələlərə görə işlədiyini sübuta yetirə bilmədiyindən məhkəməyə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərt gözlənilmiş olsun. Lakin iş materiallarından göründüyü kimi şahidlərin sözügedən dövrlərdə əmək fəaliyyətini təsdiq edən nəinki əmək kitabçası, işləməsi faktının müəyyən edilməsinə dair bu və ya digər sənəd (məhkəmə qətnaməsi) təqdim edilməmişdir. Şəxsin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxsin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, ərizəçinin 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Jdanov” adına üzümçülük sovxozunda işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidlərin iştirakı ilə mümkündür. Göstərilənlərə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialının nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş sübutlar kifayət etmədiyindən ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərdi ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. Verilmiş suallara cavabında qeyd edir ki, o, özünə aid əmək kitabçasını məlum hadisələrə qədərki dövrdə sovxozdan almış, məcburi köçkün düşən dövrdə özü ilə gətirmiş, lakin Ərizəçi əmək kitabçası məlum hadisələrlə əlaqədar işğal edilmiş ərazidə qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar, kənddə qonşu olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra isə sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. O, Jdanov adına üzümçülük sovxozunda 1966-cı il tarixdən işləmişdir. Ərizəçi isə o, Jdanov adına üzümçülük sovxozunda işləməyə başlayandan sonrakı illərdə işləməyə başlamışdır. Ərizəçi 1993-cü il tarixdəki məlum hadisələrə kimi onunla birlikdə sözügedən sovxozda işləmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, o, məlum hadisələr baş verməmişdən əvvəlki dövrdə özünə məxsus əmək kitabçasını sovxozdan götürmüş və məcburi köçkün düşəndə əmək kitabçasını özü ilə birlikdə gətirmiş, lakin Ərizəçi əmək kitabçası məlum hadisələrlə əlaqədar işğal edilmiş ərazidə qalmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Ərizəçi məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan 18514175 nömrəli partiya biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1980-cı ilin aprel ayında Azərbaycan Kommunist Partiyasının Cəbrayıl Rayon Komitəsinə qəbul edilmişdir. Mülki işin materiallarında olan 26 fevral 1985-ci il tarixli, DT-İ seriyalı 780917 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1982-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas təhsili nazirliyi Bakı yeyinti sənayesi texnikumuna daxil olmuş, 1985-ci ildə tam kursu bitirmiş və Dövlət ixtisas komissiyasının 25 fevral 1985-ci il tarixli qərarı ilə ona texnik-texnoloq ixtisası verilmişdir. Mülki işin materiallarında olan 24 iyul 1981-ci il tarixli, A seriyalı 771069 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1980ci ildə Bakı şəhəri 94 №-li texniki məktəbinə daxil olmuş, 23 iyul 1981-ci ildə pivə və spirtsiz içkilər maşinisti peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir və imtahan komissiyasının qərarı ilə ona pivə və spirtsiz içkilər maşinisti ixtisası verilmişdir. Mülki işin materiallarında olan 06 aprel 2005-ci il tarixdə verilmiş AA seriyalı 108455 nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkündür. Mülki işin materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİTTS tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 251 nömrəli arayışdan görünür ki, Ərizəçi Cəbrayıl rayonundan məcburi köçkünü kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində məskunlaşmışdır. Mülki işin materiallarında olan Ərizəçi məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1994-cü il tarixdə 5k saylı əmrlə xx.xx.1994-cü il tarixdən Borular sexinə 2-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz xahişinə əsasən işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə 125 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Bakı şəhər Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinə təchizatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 132 saylı əmrlə həmin tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdə 10 saylı əmrlə xx.xx.2006-cı il tarixdən Tam ortaqlı “MŞ” şirkətinin balıq emalı sexinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Mülki işin materiallarında olan dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuş Ərizəçi Dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir (SSN **********562). Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi, 1977-ci il tarixdən, eyni zamanda 1985-1993-cü illərdə Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməməsi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Mülki işin materiallarına əlavə olunmuş X2 məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) görünür ki, xx.xx.1971-ci il tarixli, 130 saylı əmrlə Jdanov adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 80 saylı əmrlə M.V.Vidadi adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 84 nömrəli əmrlə ehtiyaca görə Cəbrayıl rayonu, M.Allahverdiyev adına Çullu kənd tam orta məktəbində xidmətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 223 saylı əmrlə həmin tarixdə çalışmanın yaş həddi başa çatdığına görə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarına əlavə olunmuş X5 məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) görünür ki, xx.xx.1970-ci il tarixli, 155 saylı əmrlə Jdanov adına sovxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 120 saylı əmrlə M.V.Vidadi adına sovxozda üzümçülükdə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 10 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 46 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmişdir. Həmçinin mülki işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar Cəbrayıl rayon Jdanov adına üzümçülük sovxozunun mühasibat sənədləri, əmr və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Odur ki, Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü illər üzrə iş stajı və əmək cədvəlləri barədə Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 1977-ci ildən 1980-cı ilə və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləmişdir. Bu hal eyni sovxozda ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin izahatları və onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Cəbrayıl rayonunda qalmışdır və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialının nümayəndəsi X1 ərizəyə etiraz kimi göstərdiyi mövqeyə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi faktını onunla Jdanov adına üzümçülük sovxozunda birgə işləyən və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin həmin sovxozda işləmələri barədə əmək kitabçaları olan iki nəfərdən ibarət şahid - X3 və X8 təsdiq edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə ərizə təmin olunmalı, Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3458/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3458/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver