Məhkəmə qərarları › İş №2(012)-3470/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3470/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3470/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının atası-nümayəndəsi X2 və cavabdehlərin vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 12 oktyabr tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının atası-nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehlərin vəkili-nümayəndəsi X3 iddiaçının atasınümayəndəsinin ərizəsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dairiş üzrə iddiadan imtina etməsi digər tərəflərin hüquq və mənafeyinə zidd gəlmədiyindən icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı mənzilə köçürülmə tələbinədair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar